İnsanlar namaza qarşı səhlənkarlıq edərək çoxlu xeyrdən geri qaldılar.
Bu dünyada namaz qılmadan xoşbəxtlik axtaran insanın halı doğurdanda çox
qəribədir.
----------------------------
Bəlaları dəhf etmək Allahın əlindədir, ölüm və həyat
Allahın əlindədir, xəstələrə şəfa vermək Allahın əlindədir, ruzini
genişləndirmək Allahın əlindədir, bütün xeyir qapılarının başı Allahın
əlindədir, O bir şeyin olmasını istədikdə ondan yalnız ol deməkdir.
-------------------
Allaha gedən yol isə namazdan keçir, daşlardan, qayalardan, pirlərdən
qəbirlərdən deyil. Allah özü ilə qulları arasında namazı vasitə etdi
pirləri və qəbirləri deyil. Allah dünyadaki məmurlar kimi deyilki ona
çatmaq üçün mütləq kimisə araya salasan. Allahla insanın arasını
korlayan pozan şeylər ancaq günahlardır və bunun əksi olaraqda insanı
Allaha yaxınlaşdıran şeylər isə ancaq namazla, yaxşı əməllərlə dualarla
edilən təvəssüldür.