"...Mən dindarın siyasətə qarışmasına pis baxıram. Ona görə
ki, Allaha şərik qoşulmamalıdır. Peyğəmbərlər məhz buna görə gəliblər.
Əgər diqqətlə baxsanız görərsiniz ki, heç bir peyğəmbər birinci
hakimiyyət qurmayıb. Əksinə, ilk olaraq insanların əqidəsini,
mənəviyyatını düzəldib. Bunları düzəltmədən hakimiyyətə cəhd etmək
islamın üslubu deyil..."
-----------------
"...İndi müsəlman ölkələrində inqilab dəbdədir. İnqilab baş tutan
ölkələrdə dərhal islamçıları hakimiyyətə gətirirlər. Sonra vəziyyəti
sakitləşdirir və dərhal islamçıları aradan çıxarırlar. Misirdə də baş
verənlər bundan ibarətdir. Əslində bu Liviyada və Tunisdə də olmuşdu.
Başqa bir şey yoxdur..."