Əbu-l-Aliyə deyir ki biz Tustər şəhərini fəth edəndə Hurmuzanın
evində çarpayının üzərində uzanmış kişi meyyiti gördük.Onun baş
tərəfində bir kitab var idi.Biz kitabı götürüb Ömər ibn əl-Xəttaba
göndərdik.Ömər Kəəb adlı səhabəni çağırıb onu ərəbcəyə tərcümə etdirdi.O
kitabı ərəbcə oxuyan ilk ərəb mən idim.Mən o kitabı da bu Quranı
oxuduğum kimi oxudum. Rəvayətçi deyir ki,mən Əbu-l-Aliyədən : "Orada nə haqqında yazılmışdı?” deyə soruşdum. O dedi : "Orada gələcəkdə baş verəcək hadisələr haqqında yazılmışdı”
|
|