DƏNYAL PEYĞƏMBƏR
Əbu-l-Aliyə deyir ki biz Tustər şəhərini fəth edəndə Hurmuzanın (1)
evində çarpayının üzərində uzanmış kişi meyyiti gördük.Onun baş
tərəfində bir kitab var idi.Biz kitabı götürüb Ömər ibn əl-Xəttaba
göndərdik.Ömər Kəəb adlı səhabəni çağırıb onu ərəbcəyə tərcümə etdirdi.O
kitabı ərəbcə oxuyan ilk ərəb mən idim.Mən o kitabı da bu Quranı
oxuduğum kimi oxudum. Rəvayətçi deyir ki,mən Əbu-l-Aliyədən : "Orada nə haqqında yazılmışdı?” deyə soruşdum. O dedi : "Orada gələcəkdə baş verəcək hadisələr haqqında yazılmışdı” Mən : "Bəs o kişinin meyitini nə etdiniz?” - deyə soruşdum.
O dedi : "Biz gündüz vaxtı bir birindən ayrı on üç ədəd qəbir
qazdıq.Gecə düşəndə insanlar onun hansı qəbirdə basdırıldığını
bilməsinlər deyə,onu qəbirlərin birində dəfn edib digərlərini də
doldurduq.Əgər yerini bilsəydilər onu yenə qəbirdən çıxara bilərdilər” Mən : "ondan nə diləyirdilər?” - deyə soruşdum. O dedi : "Bir müddət yağış yağmadıqda onu çarpayının üstündə çölə çıxarırdılar və yağış yağırdı” Mən : "O adamın kim olduğunu güman edirsiniz?” - deyə soruşdum O dedi : "O Dənyal adlı bir kişi idi” Mən : "Onun neçə il öncə öldüyü ehtimal olunurdu?” - deyə soruşdum. O dedi : "Üç yüz il olardı” Mən : "Onun bədəni heç çürümüşdü?” - deyə sual verdim. O dedi : "Xeyr təkcə başından bir az tük qopmuşdu” - Həqiqətəndə peyğəmbərlərin cəsədini nə torpaq çürütmür nə də vəhşi heyvanlar yemir. ( Əbu-l-Aliyə nisbət edilən bu sənəd SƏHİHDİR )
Qeyd : Əgər onun vəfatı rəvayətdə deyildiyi kimi üç yüz il öncə
olmuşdusa o,peyğəmbər deyil əməlisaleh insanlardan olub.Çünki Buxaridə
rəvayət olunan hədisə (2) əsasən deyə bilərik ki,İsa ilə Muhəmməd
arasında peyğəmbər olmayıb.Onların ikisinin arasında isə dörd yüz,digər
rəvayətə görə altı yüz,yaxud altı yüz iyirmi il müddət olmuşdu.Belə olsa
bu Dənyal Peyğəmbərin vaxtına yaxın olmuş olur.Təbii ki,bunları həmin
adamın Dənyal olduğu halda deyirik.Ola bilər o başqa adamdır.Amma onun
Dənyal olması ehtimalını gücləndirən səbəb var.Belə ki,farsların
hökmüdarı Dənyalı özü ilə aparmış və orada onu həbsdə saxlamışdır.
Əbu-l-Aliyə istinad edilən səhih sənədli rəvayətdə onun burnunun bir
qarış olduğu deyilir.Ənəs ibn Malikə (-radıyallahu anhu) yaxşı sənədlə
istinad edilən rəvayətdə isə onun burnunun bir dirsək olduğu deyilir.Bu
vəsflər onun qədimdə yaşayan bir peyğəmbərlərdən olduğuna nişanə ola
bilər.Daha doğrusunu Allah bilir. İbn Əbu-d-Dünyə,Əbdrrəhman
ibn Əbu-z-Zinaddan,o da atasından rəvayət edir ki : "Mən Əbu Musa əl
Əşarinin oğlu Əbu Burdənin əlində bir üzük gördüm.Onun üzərindəki
naxışda bir kişi və yanına onu yalayan iki şir həkk olunmuşdu.Əbu Burda
deyirdi ki,bu üzük buranın əhalisinin Dənyal olduğunu iddia etdikləri
həmin o ölən adamın üzüyüdür.Əbu Musa əl-Əşari(-radıyallahu anhu) bu
üzüyü onu dəfn edən gün götürmüşdü. Əbu Burda deyir : "Əbu
Musa əl-Əşari (-radıyallahu anhu) həmin yerin alimlərindən üzüyün
üzərindəki naxışlar barədə soruşduqda onlar dedilər : "Münəccimlər və
elm sahibləri Dənyalın vaxtında hökmüranlıq edən padşahın yanına gəlib
deyirlər : "Filan gecə sənin mülkünü dağıdacaq və viran qoyacaq bir uşaq
dünyaya gələcəkdir.Padşah dedi : "Allaha and olsun! Həmin gecə dünyaya
gələn hər bir uşağı qətlə yetirəcəyəm”Onlar Dənyalı öldürmək üçün onu
şirin qarşısına atdılar.Amma orada olan dişi və erkək şir uşağa heç bir
xətər verməyib bütün gecəni onu yaladılar.Anası uşağın dalınca gələndə
şirlərin onu yaladıqlarını gördü.Beləliklə Uca Allah onu xilas edib
vəzifəsinə çatdırdı. Əbu Burda deyir ki Əbu Musa əl-Əşari
(-radıyallahu anhu) belə deyirdi : "Həmin yerin alimləri deyirdilər
ki,Dənyal Uca Allahın bu lütfkarlığını unutmasın deyə həm özünün həm də
onu yalayan şirlərin təsvirini üzüyünün üzərinə həkk etdirmişdi” Rəvayətin sənədi HƏSƏNDİR. 1 – İranın Xuzistan əyalətinin canişini idi.Uzun müddət müsəlmanlara qarşı döyüşmüş sonra özü də İslamı qəbul etmişdir. 2 – Mən Məryəmin oğluna daha yaxınam.Peyğəmbərlərin ataları birdir.Mənimlə onun arasında heç bir peyğəmbər yoxdur (4334) İbn Kəsirin "Əl Bidayə və-n-Nihayə” adlı kitabından
Tərcümə : Mədinə Şəhəri Beynəlxalq. Islam Universitetinin mə'zunu.
Abdurrahim qardaşa məxsusdu. ( İmadəddin İbn Kəsir,Peyğəmbərlərin həyatı
kitabından,səh576,577) Köçürdü : Abduz-Zahir
|