:: ZİYARƏTİ GEC-GEC EDİN Kİ, SEVGİNİZ ARTSIN :: ___________________________________________ "Aradabir (tez-tez olmamaq şərtilə) ziyarət edin ki, sevgi artsın.." (1)
İbn Adi, "əl-Kəmil" adlı əsərində, Əbu Hureyra, İbn Ömər, Ebu Zər və
Hubeyb ibn Məsləmə`dən rəvayət edir ki, Rəsulullah (عليهم الصلاة
والسلام) belə buyurur: … "Gec-gec ziyarətə gedin ki, məhəbbət artsın.." İbn Adi, İbn Ömərin belə dediyini rəvayət edir:
"Biz cahiliyyə dövründə, "gec-gec ziyarət et ki, (aranızdakı) sevgi
artsın" -deyərdik.. Peyğəmbər də, (عليهم الصلاة والسلام) bizə eyni şeyi
söyləyərək belə buyurdu: "Gec-gec ziyarət et ki, sevginiz artsın.."
SƏBƏB (hədisin səbəbi): İbn Adi, Ata b. Əbi Rabəh yoluyla Əbu
Hureyradan, Rəsulullah`ın (عليهم الصلاة والسلام) belə buyurduğunu
rəvayət edir: "Ey Əbu Hureyra, dünən harada idin?" Mən:
"Ailəmdən bir neçə üzvünü ziyarət etdim." (Başqa bir rəvayətdə: Əbu
Hureyra belə demişdir: "Müsəlman olan ailə üzvlərimdən bir neçəsini
ziyarət etdim.") Bundan sonra Rasul (عليهم الصلاة والسلام) belə buyurdu: "Seyrək şəkildə ziyarət et ki, (aranızdakı) məhəbbət daha da artsın.." İbn Adi, İsməil b. Virdan yoluyla Əbu Hureyranın belə dediyini rəvayət edir:
"Rəsulullah (s), Aişə`nin (رضي الله تعالى عنها) evindən çıxdı.. Mən
O`nu izlədim. Sonra Ummu Sələmənin (رضي الله تعالى عنها) evindən çıxdı,
yenə O`nu izləməyə davam etdim. Sonra, üzünü mənə tərəf çevirib belə
buyurdu: "Ey Əbu Hureyra, seyrək (tez-tez olmayan) şəkildə ziyarət et ki, məhəbbət artsın.." (2) _________________________________________________
(1) - Hədisi və səbəbini İmam Zəhəbi, "Mizəni-İ`tidal" adlı əsərində
rəvayət etmişdir. (4/391); Beyhəqi, "əş-Şu`ab" (səh. 232); Acluni
"Kəşf`ul-Həfə" (1/528); Əbu Nuaym əl-İsbəhəni "Axbaru'l-İsbəhən"
(1/143). (2) - İmam Cələluddin əs-Suyuti "Əsbəbu vurud`il-Hədis".
|