Baş səhifə » 2013 » Aprel » 27 » Uca Allahın Peyğəmbər arvadlarına:"Onlar ərlərinə xəyanət etdilər" ifadəsinin təfsiri.
20:49
Uca Allahın Peyğəmbər arvadlarına:"Onlar ərlərinə xəyanət etdilər" ifadəsinin təfsiri.

Uca Allahın Peyğəmbər arvadlarına:

"Onlar ərlərinə xəyanət etdilər"

ifadəsinin təfsiri.

"..Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh bәndәlәrimizdәn iki bәndәnin nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan (Allahın әzabından) heç cür xilas edə bilmədilər. Onlara: "Girənlərlə birgə ikiniz də oda (Cәhәnnәmә) girin!”– deyildi.."

(Tәhrim, 10)

- Abdullah ibn Abbas'a görә, burada "xәyanәt" deyәrkәn, başqa xüsus deyil, dini mәsәlәlәr nәzәrdә tutulur. Çünki, heç bir Peyğәmbәrin xanımı әxlaqsızlıq yoluna düşmәmişdir. Ayәdә - Nuh'un arvadının xәyanәti - onun kafir olması vә Nuh Peyğәmbәri dәlilikdә ittiham etmәsidir. Lut Peyğәmbәrin arvadının xәyanәti isә, Lut'un (aleyhis-Salam) gizlәtdiyi müsafirlәri, lutiliklә mәşğul olan әxlaqsızlara bildirmәsidir.

İkrimә'dәn nәql edilәn görüşә görә, bu iki qadının xәyanәti - Allaha şәrik qoşmaları, Dәhhaq'a görә isә - Allah'ı inkar etmәlәridir. İbn Abbas'dan (radıyallahu anhumә) nәql edilәn digәr bir görüşә görә, Nuh'un arvadının xәyanәti - Nuh'un sirlәrini öyrәnib, iman etmiş insanları, düşmәnlәrinә xәbәr vermәsi, satmasıdır. Lut'un (aleyhis-Salam) arvadının xәyanәti isә, Lut'un müsafirlәrindәn hәr hansı bir kişini, o çirkin işi - yәni kişinin kişi ilә cinsi tәmasda olması işini edәn insanlara bildirmәsidir. (Lut, onları o әxlaqsızların әlindәn gizlәdirdi.)

Ayәdә, bu qadınların әrlәrinin Peyğәmbәrlәr olmalarına baxmayaraq, bu amilin onların digәr kafirlәrlә birlikdә Allah tәrәfindәn cәzalandırılmalarına mane ola bilmәyәcәyi bәyan edilir. Bu da, kafirlәr üçün heç bir qurtuluş yollarının olmadığını göstәrir...

____________________________
"Tәfsir Tabәri" (8/360)

Hazırladı:

Mədinə İslam Unversitetininn tələbəsi Ayxan Yaquboğlu.
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 652 | Yüklədi: selefimedia