Yalan danışan kəs bilməlidir ki, danışdığı yalanlara görə sabah Allah
qarşısında cavab verəcəkdir. Düzgünlük öz sahibini Cənnətə apardığı
kimi yalan danışmaq da öz sahibini Cəhənnəmə aparır.
Abdullah ibn Məsud
(Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat
və salamı olsun) buyurmuşdur:
«Doğruluqdan əl çəkməyin!
Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə
Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət Allah
yanında doğruçu sayılır. Yalandan çəkinin! Çünki yalan (adamı) günah
işlərə yönəldir. Günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o
qədər yalan danışır ki, nəhayət Allah yanında yalançı sayılır».
(Sahih əl-Buxari, 7/95, Sahih Muslim 4/2012)