Baş səhifə » 2013 » Avqust » 9 » Təqabbələllahu minnə va minkum.Allah Bizdəndə və Sizdəndə qəbul etsin.
12:07
Təqabbələllahu minnə va minkum.Allah Bizdəndə və Sizdəndə qəbul etsin.
 
الله أكبر الله أكبر لا إله إلا الله، والله أكبر الله أكبر ولله الحمد

Allahu Əkbər, Allahu Əkbər, ləə iləhə illəllah, Vallahu Əkbər, Allahu Əkbər Va lilləhil Həmd.

Təqabbələllahu minnə va minkum.


Allah Bizdəndə və Sizdəndə qəbul etsin.

Amin!




Bayramla əlaqəli bəzi məsələlər.

BAYRAM TƏBRİKİ
تكبيرات العيد

الله أكبر الله أكبر لا إله إلا الله، والله أكبر الله أكبر ولله الحمد

Allahu Əkbər, Allahu Əkbər, ləə iləhə illəllah, Vallahu Əkbər, Allahu Əkbər Va lilləhil Həmd.

Allah böyükdür, Allah böyükdür, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, Allah böyükdür, Allah böyükdür və həmd Allaha məxsusdur.

Bayram namazından sonra isə görüşdükdə bir birinizə edilən dua.

تَقَبَّلَ اللهُ مِنَّا وَمِنْكُمْ

Təqabbələllahu minnə va minkum. (Allah Bizdəndə və Sizdəndə qəbul etsin).

Məhəmməd ibn Ziyad belə buyurur:

- Əbi Umamə Əl- Bəhili və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) başqa səhabələri ilə birlikdə idim. Bayram namazından qayıtdıqları zaman bir-birinə "Allah bizlərdən və sizlərdən qəbul etsin” deyirdilər. [1]

İbn Qudamə [2] Məhəmməd ibn Ziyadın aşağıdakı sözlərini xatırlatmışdır:

- Mən, Peyğəmbərin (sallallahu aleyhi və əlihi səlləm) əshabələrindən olan Əbu Uməmətə əl-Bəhiliy və başqaları ilə birgə (bayramlarda) oldum. Onlar bayramdan qayıdarkən bir-birinə belə deyərdilər:
- ”Allah bizdən də, sizdən də qəbul etsin”. Amma insanların "Hər il xeyir içində olasınız!” (kullu əmin və əntum bixeyrin) və s. bu kimi sözlər deməsi məqbul deyildir.

Əksinə belə ifadələr Uca Allahın ayəsinə ziddir. Allah Subhənəhu və Təalə buyurur:

- Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? [3]

Bayramda QADAĞAN olunan bəzi məsələləri sadalayaq:

Əziz Müsəlman Bacı və Qardaşım! Allah Subhənəhu və Təalə bizləri haqq yoldan ayırmasın, bizləri bu yolda sabit etsin. Bilməlisən ki, bayramlardakı şadlanma ilə bir çox insanlar öz dini cavabdehliklərini, İsləm əhkamlarını unudur və ya da unutdurulurlar. Beləki onların bir çox günahlar və yolverilməz işlər etdiklərini görürsən. Özləri isə həmin işləri yaxşı əməl adlandırırlar, hətda bunu dindən belə görürlər.

İbn Qeyyim (rahiməhullah) buyurur:

- İnsanların bir çoxu Allaha Onun haram etdiyi vasitələrlə ibadət edir və bu vasitələrin Allaha itaət və yaxınlıq olduqunu sanırlar. Bu cür insanların halı, günah edərək etdiyi əməlin günah olduqunu bilən kimsələrin halından daha şidətlidir. [4]

1. Saqqalı qırxmaq.

Bu bir çox insanların gördüyü işdir. Halbuki saqqalın qırxılması pak və nöqsansız Allahın dinində haram buyurulmuşdur. Deyilənə sübut saqqalın uzadılmasını əmr edən səhih hədislərdir. Saqqalın uzadılmasına səbəb ya müşriklərə oxşamamaq, onlardan fərqlənmək, ya da dəyişdirilməsinə icazə verilməyən fitrətdir. Bilməlisən ki, onun qırxılmasının haramlığı barədə sübut və dəlillər dörd məzhəb kitablarında vardır. [5]. Əlavə olaraq bu haqqda gələn səhih hədislərin mənbələrini qeyd edirəm, hədisləri yazmıram ki uzunluq olmasın. İstəyən bu mənbələrə müraciət edə bilər. [6]

2. Yad qadınlarla əllə görüşmək.

Ümumi bir bəlaya çevrilmiş bu işdən yalnız Allahın rəhm etdiyi kimsələr xilas ola bilir. O, Peyğəmbərin (səllallahu aleyhi və əlihi və səlləm) buyurduğu aşağıdakı sözlərə əsasən haramdır:
- Kişinin başına dəmir iynənin batırılması, yad qadına toxunmasından daha yaxşıdır. [7]

Peyğəmbər (səllallahu aleyhi və əlihi və səlləm) buyurdu:
- Şübhəsiz ki, mən qadınlarla əl verib görüşmürəm (Başqa rəvayətdə: Mən qətiyyən qadınların əlinə toxunmuram). [7]

Bu işin haramlığı dörd məzhəb kitablarında dəlillərlə göstərilmişdir. [8] Diqqətli ol Əziz qardaşım!

3. Özünü geyimdə, çalğı alətlərinə qulaq asmaqda və.s pis işlərdə kafirlərə bənzətmək.

Peyğəmbər (səllallahu aleyhi və əlihi və səlləm) buyurmuşdur:
- Kim özünü bir qövmə bənzədərsə, onlardan sayılar. [9]

Peyğəmbər (səllallahu aleyhi və əlihi və səlləm) buyurdu:
- Başqasının sünnəti (adət ənənələri) ilə əməl edən bizdən deyildir. [10]

4. Qadınların açıq-saçıqlığı, bazarlara və.s yerlərə getmələri Allahın şəriətinə görə haram edilmişdir.

Uca Allah buyurur:

- Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. [11]

Ey namuslu ATA! Ailəni qadın və kişilərin bir-birinə qatışdığı toplu yerlərə, dəniz sahilinə, açıq aydın münkər olan gəzinti yerlərinə aparmaqdan çəkin!

5. Bayram gününu xüsusiləşdirərək qəbrləri ziyarət etmək, halva və digər yeyiləcək şeyləri orada paylamaq. Qəbr üstündə oturmaq, kişi və qadınların bir-birinə qarışması,
lüzumsuz yerlərə səfərlər, ölülər üçün qışqırmaq və.s qəti qadağandır. [12]

6. Ehtiyac duyulmayan, məsləhət görülməyən və heç bir faydası olmayan işlərdə israfçılıq və bədxərclik etmək.

Uca Allah buyurur:

- Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur. [13]

Digər bir ayədə isə:

- Şübhəsiz ki, (Allah) israf edənləri sevmir. [14]

7. Əksər adamlar, səhər tezdən bayram namazını qılmağa getməyərək qəbrstanlığa yığışırlar. Bayrama isə dinə aidiyyatı olmayan adlar verirlər – "Qara bayram”, "Mollallar Günü”və.s

Belələri "xüsusən bayram günü qəbrləri ziyarət etmə" BİDƏT`inə yoluxmuşlar. [15]

Allah Subhənəhu və Təalə Bizi bu cür çirkin bidətlərdən qorusun.

8. Şeyxləri dəstəkləyən bir çox insanlar bayram günlərində Allaha yaxınlıq adlı bidətlər də edirlər. Baxmayaraq ki, uca Allahın dinində bu əməlin heç əsli belə yoxdur. O, çoxşaxəli bidətdir. [16]

9. Bəziləri bu edilənlərə əlavə olaraq qəbrlərin üzərinə xurma və digər ağacların budaqları qoyurlar !! Bütün bunlara sünnədən heç bir əsas yoxdur.

10. Bəziləri müəyyən səbəblər üzündən məscidə bayram namazına gəlməyir. Bəzəndə gəlib ancaq məscidə bayram namazını qılmaqla kifayətlənirlər, digər namazları isə yerinə yetirmirlər. Bu ən böyük bəlalardandır.

Şeyxul İslam ibn Teymiyyə (rahiməhullah) demişdir:

- ... Elə bu səbəbdən də bayram namazının hər bir fərdə vacib olmasını daha düzgün
hesab etdik. Necə ki, bu, Əbu Hənifənin və başqalarının dediklərinə uyğundur. Onu əş-Şəfii belə bəzi ifadələrində bildirmişdir. Həmçinin o, Hənbəli məzhəbinin əsaslandığı iki nəzər nöqtəsindən biridir. Bayram namazını vacib saymayanların dedikləri sözlərə
gəlincə, onların bu ifadələri məqsəddən çox-çox uzaq düşmüşdür. Həqiqətə qalsa o,İslamın ən əzəmətli rəmzlərindən biridir. Çünki insanlar bu mərasimə cümə namazından daha çox sayda toplaşırlar. Həmçinin həmin günə təkbir deyilişi təyin edilmişdir. Amma, "Bayram namazını bir dəstə insanın qılması ilə digərlərinin üzərindən bu məsuliyyət götürülər” (fardun ələ əl-kifəyəti) deyən kimsələrə gəlincə, onların bu sözləri heç bir qaydaya əsaslanmır ... [17]

İmam Şövkəni (rahiməhullah) belə buyurur:

- Bayram namazının vacibliyini sübuta yetirəcək dəlillərdən biri də, onun cümə namazı ilə bir günə düşdüyü zaman cüməni təxirə salmasıdır [18]. Vacib olmayan bir şey isə, vacib olanı təxirə sala bilməzdi. Həmçinin sübuta yetmişdir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) onu, bir ibadət olaraq təyin edildiyi gündən, dünyasını dəyişənədək camaatla qılmışdır. Onun (səllallahu aleyhi və əlih və səlləm) davamlı surətdə yerinə yeretdiyi bu əmələ, insanların namaz qılmağa getmələrini əmr etməsi də əlavə edilir. [19]

_________________________

[1] - İmam Əhməd "isnadı yaxşıdır” demişdir.” (Əl-Cəvhər ən-Nəqi, 3/320).
[2] - ”əl-Muğni” (2/259) əsəri.
[3] - əl-Bəqərə , 61.
[4] - İğasətul-ləhvan, 2/181.
[5] - Fəthu əl-bəri (10/351), İxtiyəratu əl-elmiyyə (6), əl-Muhəllə (2/220), Ğazəu əl-əlbəb (1/376) və.s
[6] - Heysəmi "Məcməuz Zəvaid” 5/166. Əhməd "Musnəd” 2/356 , Buxari 5892, Müslim 259. İbn Əbi Şeybə "Musənnəf”, Müslim "Təharət” 56, Tirmizi 2757. Müslim 2344, Əhməd 5/104, Nəsəi 8/183., "Quvvətul Qulub” 4/9, İbn Həcər Əsqəlani "İsabə” 2/511, 2/455, İbn Sad "Təbəqat” 3/25,58. "İxtiyaratul İlmiyyə”., Təmhid.
[7] - Hədis səhihdir. Təbərani "Kəbir” 20/212, əl-Albani "Səhihul Cəmi” 4921
[8] - "Şərh ən-Nəvəvi ələ Muslim” (13/10), "Haşiyətu İbn Abidin” (5/235), "Töhfətu əl-əhvazi” (7/95) və "Ədvau əl-bəyən” (6/603) əsərlərinə bax.
[9] - Hədis Əhməd (2/50, 92) İbn Ömərdən həsən isnadla, ət-Tahavi "Muşkilu əl-əsər” (1/88) kitabında Həssən ibn Atiyyədən, Əbu Nueym "Əxbəru Əsbəhən” (1/129) əsərində Ənəsdən rəvayət etmişdir.
[10] - Səhihul Cəmi 5439.
[11] - əl-Əhzab, 33.
[12] – Şeyx Əlbəninin (rahiməhullah) "Əhkəmu əl-Cənəiz” (258 – 267) kitabına bax.
[13] - əl-İsra 26-27
[14] - əl-Ənam 141.
[15] - İbn əl-Həcin "əl-Mədxəl” (1/286), Əli Məhfuzun "əl-İbdəu” (səh. 135), əl-Şəqirinin "Sunənu əl-İdeyn” (səh. 39).)
[16] - Bu haqqda daha ətraflı "Əyədu əl-İsləm” (58), "Bayramlardakı bidətlər" fəslinə bax.
[17] – "Məcmuu əl-Fətava” 23/161.
[18] Əbu Hureyrənin (radiyallahu anhu) rəvayət etdiyi hədisdə Bayramla cümə bir günə düşdüyündə Peyğəmbər (səllallahu aleyhi və əlihi və səlləm) belə buyurmuşdur:
Bu gününüzdə iki bayram üst-üstə düşüb. gər kim istəsə cümənin mükafatını qazana bilər, lakin biz onları birləşdirəcəyik (yəni bu iki bayramı bir yerdə qeyd edərək, cümə namazını qılmayacaq, yalnız bayram namazı ilə kifayətlənəcəyik ).

Hədisi Əbu Davud (1073) və İbn Məcə (1311) həsən isnadla rəvayət etmişdir. "əl-Muğni” (2/358) və "Məcmuu əl-Fətava” (24/212).
[19] - Neylu əl-Əvtar (3/382-383) və ər-Rovdatu ən-nədiyyə (1/142).

___________________
Hazırladı : Əbu Muqbil
Bölmə: Şəkillər | Baxılıb: 2134 | Yüklədi: selefimedia