Baş səhifə » 2014 » İyun » 4 » Tələbə ilə Şeyx Useyminin cahilliyin üzr olması məsələsi ilə bağlı söhbəti.-video+mətn-
10:25
Tələbə ilə Şeyx Useyminin cahilliyin üzr olması məsələsi ilə bağlı söhbəti.-video+mətn-

 Tələbə ilə Şeyx Useyminin
cahilliyin üzr olması məsələsi ilə bağlı söhbəti.

-video+mətn-

------------


-------------------

Tələbə ilə Şeyx Useyminin cahilliyin üzr olması məsələsi ilə bağlı söhbəti

-----------

Yüklə:
20 kb

-----------------

Tələbə: Fəzilətli şeyx, əssələmu aleykum va rahmətullahi və bərakətuh.

Şeyx Useymin: Va aleykumussələmu va rahmətullahi və bərakətuh.

Tələbə: Möhtərəm şeyx, sizin “Lə iləhə illəllah, Muhəmmədən rəsulullah” deyib, sonradan Allahdan başqası üçün qurban kəsən haqda mövqeyiniz nədir? Belə birisi müsəlman sayılırmı? Nəzərə alaq ki, bu insan İslam ölkəsində böyüyüb-başa çatıb.

Şeyx Useymin: Necə yəni, Allahdan qeyrisinə qurban kəsir?

Tələbə: Bəli, Allahdan qeyrisinə qurban kəsir və: “Əgər mən bunu tərk etsəm mənə, yaxud ailəmə zərər toxunacaq” –deyir.

Şeyx Useymin: Yox, bunu demirəm. Soruşuram ki, qurban necə kəsir?

Tələbə: Allahdan qeyrisinə qurban kəsir...

Şeyx Useymin: Yəni, bunu o kəsdiyinə yaxınlaşmaq üçün edir?

Tələbə: Bəli, yaxınlaşmaq üçün kəsir.

Şeyx Useymin: Allahdan qeyrisinə qurban kəsən, qəsdi o kəsdiyinə yaxınlaşmaqdırsa müşrikdir. Böyük şirk edib. Dediyi “Lə iləhə illəllah” kəliməsi, nə namazı, nə də etdiyi başqa əməlləri ona fayda verməyəcək. İstisna odur ki, o insan uzaq bir ölkədə yaşasın, bu hökmü bilməsin. Belə birisi cahilliyinə görə üzrlüdür. O öyrədilir.

Tələbə: Şeyx, “uzaq ölkə” dedikdə nəyi qəsd edirsiz?

Şeyx Useymin: Uzaq ölkələrdə, yəni Səudiyyə Ərəbistanında yox, elə bir yerdəki, orada Allahdan qeyrisinə qurban kəsilir, qəbirlərə, övliyalara qurban kəsilir və bu əməllər onlara görə heç problem deyil. O ölkə ki, onlar bunun şirk və haram olduğunu bilmirlər. Belə bir insan cahilliyinə görə üzrlüdür. Amma bir insana (hüccət qaldıraraq): “Bu etdiyin əməl küfrdür!” deyilirsə, o isə cavabında: “Yox, mən övliyaya qurban kəsməyi tərk edə bilmirəm!” deyirsə, ona artıq hüccət qalxmış olur və o kafir sayılır.

Tələbə: Əgər ona nəsihət olunsa və hüccət qaldırıb, başa salınsa ki, bu etdiyin əməl şirkdir, (o öz fikrində qalarsa) bundan (hüccətdən) sonra ona müşrik demək olarmı?

Şeyx Useymin: Bəli. O artıq müşrik, kafir və mürtəddir. Tövbəyə çağırılır, tövbə etməsə öldürülür.

Tələbə: (Üzr mövzusunda) gizli və zahir məsələlər arasında fərq varmı?

Şeyx Useymin: Kiməsə bir məsələ gizli qalarsa, ona açıqlanır. (Təkfir olunmur)

Tələbə: Misalçun, necə açıqlanır?

Şeyx Useymin: Məsələn, elə bu məsələ kimi. Kimsə deyə bilər ki, “Vallahi, mən elə bir yerdə yaşayıram ki, orada övliyalara qurban kəsirlər və mən bunun haram olduğunu bilməmişəm”. Aydındır? Zahir və gizli məsələ nisbidir. Bu elə bir şeydir ki, mənə gizli qalan məsələ, sənin üçün zahir ola bilər. Və ya əksi.

Tələbə: Mən ona qarşı hansı dəlili gətirməliyəm?

Şeyx Useymin: De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur.” (Ənam, 162-163)
Həqiqətən, biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! (Kövsər, 1-2)

Bu ayələr dəlildir ki, təzim və yaxınlaşmaq üçün qurban kəsmək ibadətdir Kim ibadəti Allahdan qeyrisinə yönəldərsə, o muşrikdir.

Tələbə: Bəziləri bunu fərqləndirərək demişlər ki, zahiri məsələlərdə üzr yoxdur, üzr yalnız gizli məsələlərdədir.

Şeyx Useymin: Az öncə mən sənə dedim, səndə bilirsən – məgər gizli və aşkar məsələsində insanlar hamısı eynidirlərmi? Hə?

Tələbə: Xeyr, eyni deyillər.

Şeyx Useymin: Bəli, eyni deyillər. Ola bilər bir məsələ mənə zahir olsun, sənə isə qaranlıq qalsın. Hətta dəlillərin əsas gətirilməsi zamanı hansısa alimə görə dəlil məsələyə açıq-aydın əsas hesab olunur, digərinə görə isə bu gizli qalır. Məsələnin məgzi insana hüccətin çatmasıdır.

Tələbə: Hüccət çatmalıdır.

Şeyx Useymin: Bəli, hüccət çatmalıdır.

Tələbə: Yəni Quran çatıbsa?

Şeyx Useymin: Ona açıqlanmalıdır ki, bu etdiyi əməl şirkdir. Bəli? Əgər etsə, etməsə bəyan edilməlidir.

Tələbə: Deməli ona bu haqda ətraflı məlumat verilməlidir?

Şeyx Useymin: Əlbəttə, mütləq.

Tələbə: Bu məsələ aydın oldu, lakin burada başqa bir məsələ də var. Bəziləri deyir ki, “Müsəlman şirk edirsə, ona deyilir ki, onun etdiyi əməl şirkdir, özü isə müşrik deyildir.” Buna nə cavab verək?

Şeyx Useymin: Bu dorğu sözdür. Hüccət qalxmamış o müşrik deyildir.

Tələbə: Bəs o insan Quran və Peyğəmbər çatıbsa necə?

Şeyx Useymin:Hədisdə “Ey Rəbbim! Sən mənim qulumsan, mən Sənin rəbbin.” – deyənin halı kimi... Bu əməl küfr deyildi?

Tələbə: Bəli, küfr idi.

Şeyx Useymin: Lakin o kafir olmadı. O şiddətli sevinc halında küfr etmişdir, lakin kafir olmamışdır. Həmçinin küfr etməyə məcbur edilən kəs də, zahirən küfr edib kafir olur, qəlbi isə imanla sabit qalır. Alimlərin: “Sözlər küfrə dəlalət edə bilər, lakin onu söyləyən kafir deyildir.” – sözü dəlil çatmayan və halı bizə məlum olmayan kəslərə aiddir. Halını bildikdə isə bizə nə qalır? Biz bu halda da təkfir olunmur –desək, onda təkfir edilən bir adam da qalmaz. Hətta namaz qılmaqdan imtina edən də təkfir edilməzdi.

Tələbə: Xeyr, İbn Teymiyyə isə deyir ki..

Şeyx Useymin: Hətta İbn Teymiyyə. İbn Teymiyyə deyir ki, hüccət qalxmamış kafir olmur.

Tələbə: Hüccət qalxsa. Quranı ona çatdırmaq artıq hüccətdir. Ona Quran və Rəsulun gəlməsi artıq hüccətdir.

Şeyx Useymin: Xeyr, bu kifayət deyil.

Tələbə: Necə yəni kifayət deyil?

Şeyx Useymin: Bu kifayət deyil! Fərz elə ki, insan əcəmidir (yəni, qeyri ərəbdir) və Quranın mənasını başa düşmür.

Tələbə: Yəni, deyirsiz ki, ona (Quran) çatmayıb?

Şeyx Useymin: Xeyr. Bunu demirəm. Bəli, çatıb və Quranı eşidir. Lakin mənasını başa düşmək lazımdır axı. Bu mütləqdir.

Tələbə: Necə yəni mənasını başa düşməlidir?

Şeyx Useymin: Yəni, mütləq mənasını başa düşməlidir. Allah sənə bərəkət versin.

Tələbə: Axı İbn Teymiyyə deyir ki, təfsilatlı açıqlamaq lazım deyil, o, kafirdir.

Şeyx Useymin: Xeyr! O belə deməyib.

Tələbə: Bu İshaq ibn Abdurrahmənin risaləsində var.

Şeyx Useymin: Xülasə, Şeyxul İslamın kitabları məşhurdur. O insanları təkfir etməkdən ən uzaq olanlardan biri idi.

Tələbə: Xeyr, bu təkfir deyil. Biz deyirik ki, bu elə bir məsələdir ki, ona hüccət qaldırmaq lazımdır, lakin başa salmağa ehtiyac yoxdur.

Şeyx Useymin: Başa salınmağa ehtiyac var.

Tələbə: Çünki bu zahiri məsələlərdəndir.

Şeyx Useymin: Xeyr bu zahir məsələsi deyil. Deyirəm ki, nəinki qeyri-ərəb, hətta ola bilər ki, ərəbə Quran oxuduqda, o, başa düşməsin.

Tələbə: Şeyx, məgər bu mümkündür?

Şeyx Useymin: Səbrli ol. Bura sənin üçün münazirə yeri deyil. Bura sual-cavab yeridir. Münazirə sənlə mənim aramda olan bir şeydir. Bu mövzunun faydası isə hamıya aiddir. Tək Quranın çatması kifayət etmir. Ta ki, başa düşənə qədər. Çünki fərz etsək ki, bir insan qeyri-ərəbdir və ona gecə-gündüz Quran oxunur. Lakin mənasını başa düşmür.Məgər ona hüccət çatmış sayılır? Əlbəttə yox. Uca Allah buyurur: “Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, (haqqı) onlara bəyan etsin! (İbrahim, 4)”

Tərcümə:
fatvalar.com

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 708 | Yüklədi: selefimedia