Baş səhifə » 2012 » Noyabr » 22 » Şiələrin Aşura günü üçün hazırladığı yeməyi yeməyin hökmü.
13:05
Şiələrin Aşura günü üçün hazırladığı yeməyi yeməyin hökmü.
Şiələrin Aşura günü üçün hazırladığı yeməyi yeməyin hökmü.

Sual:

Şiələr tərəfindən Aşura gününə həsr olunmuş yeməyi yemək olarmı?
Onlar deyirlər ki bu yemək Allah rızası üçün bişirilib amma əcri Hüseynə (Allah ona razı olsun) məxsus olacaq.Əgr mən onu qəbul etməsəm anlaşılmazlıq olacaq.Onlar hətta bunun üçün mənə əziyyətdə verə bilərlər.Çünki mən sünnülərə necə münasibət bəslədildiyi bəlli olan İraqda yaşayıram.


   Cavab:

Alllaha həmd olsun.
Şiələrin Aşura günü etdiyi əməllər üzə vurmaq, başa döymək, başı kəsici alətlə yarmaq və xüsusi yeməklərin hazırlanması bütün bunlar bidət və iyrən yeniliklərdir.Bu haqda biz
40339438 nömrəli məsələdə aydınlıq gətirmişik.Bunlarda iştirak və bunları edənlərə kömək etmək onlara günah və cinayətlərində dəstəkçi olmaqdır.
Və onların bidət və azmalarının əlanmətləri olan bu yeməyidə yemək olmaz.

Şeyx İbn Baz rahimahullah buyurdu:
"Bu qaçnılması gərəkən iyrənc günah və rədd edilən bidətdir.Bunda iştirak etmək və hazırlananları yemək olmaz."


   Və o buyurdu:
"Bunda iştirak edərək bişirilən ət yeməklərini və ya (bunun üçün) hazırlanan içkiləri içmək olmaz.Əgər kəsilən heyvan Allahdan başqasının razılığı , istər əhli beyt olsun, istərsədə başqası üçün bu böyük şirkdir.

Çünki Uca Allah buyurur
:


   "De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!.Onun heç bir şəriki yoxdur.Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”  (əl-Ənam .162-163)

    "(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!" (əl-Kovsər .1-2)

Fətava əl-Şeyx AbdulAziz İbn Baz (8.320).

Yox əgər bu yeməyi qəbul etməmək sizin həyatınızın təhlükəyə düşməsinə səbəb olacaqsa ziyan çəkməmək üçün bunu qəbul etməkdə eyib yoxdur.

Doğrusunu Allah bilir.


Mənbə: http://www.islamqa.com/ar/ref/102885
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 795 | Yüklədi: selefimedia