Baş səhifə » 2012 » Sentyabr » 17 » Şeyx Saleh əl-Fovzan "Peyğəmbəri təhqir edən film haqqında nəsihət"
15:01
Şeyx Saleh əl-Fovzan "Peyğəmbəri təhqir edən film haqqında nəsihət"
Şeyx Saleh əl-Fovzan

"Peyğəmbəri təhqir edən film haqqında nəsihət"


Sual:
Həddindən artıq sual gəlir ki, Sizin İstər elm tələbələrinə, istərsə də digərlərinə son zaman peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) şərəfinə toxunacaq film haqqında nəsihətiniz nə olardı? Sizin bununla bağlı nəsihətiniz nə olardı?



Sual:
Həddindən artıq sual gəlir ki, Sizin İstər elm tələbələrinə, istərsə də digərlərinə son zaman peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) şərəfinə toxunacaq film haqqında nəsihətiniz nə olardı? Sizin bununla bağlı nəsihətiniz nə olardı?

Şeyx Alləmə Saleh əl-Fovzan:
Nəsihətimiz odur ki, buna qarşı təmkinli olsunlar və beləcə bu yolda həddi aşmasınlar. Mitinqlər, təqsiri olmayan kimsələrə zərər vurmaq, malların tələf olunması icazəli deyil. Onlara rədd edənlərə gəlincə, avamlar yox, alimlər cavab verməlidirlər. Onlar (kafirlər) bizim aramızda xaos yaratmaq istəyirlər və bununla bizə təsir etmək arzusundadırlar. Istəyirlər ki, öz aramızda bir-birimizi qıraq. Bununla da əsgərlərin camaata (nümayişlərə) mane olaraq zərbərvurma, yaralanma halları baş verir. Onlar da bunu istəyirlər. Təmkinli olun! Sakitlik göstərin!
Onlara cavab vermək məsuliyyəti alimlərin və bəsirət əhlinin işidir. Beləcə ola bilsin onlara cavab verməyi seçsinlər, ya da cavab verməsinlər.
Müşriklər peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) sehirbaz, kahin, yalançı və s. Bununla belə Allah Təalə ona səbirli olmağı əmr edərdi. Bununla belə onlar Məkkədə mitinq etmədilər, ya da müşriklərin evlərini dağıtmadılar, heç kimi öldürmədilər.
Səbir və təmkinli olmaq lazımdır ki, Allah Təalə bununla da müsəlmanlara çıxış yolu göstərsin. Xüsusi ilə müsəlman ölkələrində baş verən bu fitnəli və şərrli günlərdə sakit və təmkinli olmaq lazımdır. Yayılmış fitnəyə qarşı səbirli olub tələsməmək lazımdır. Bu işlərə avamların cavab verməsi məsləhət deyil, onlar cahil olduqlarından nə etdiklərini bilmirlər. Bununla elm əhli və bəsirət əhli ancaq məşğul olur.
Bölmə: Videolar | Baxılıb: 759 | Yüklədi: selefimedia