Baş səhifə » 2012 » Sentyabr » 22 » Şeyx Saleh ibn Useymin:"Təkfirçilər xəvariclərin varisləridir"
08:27
Şeyx Saleh ibn Useymin:"Təkfirçilər xəvariclərin varisləridir"
Şeyx Saleh ibn Useymin:

"Təkfirçilər xəvariclərin varisləridir"




Şeyx İbn Useymin:

Təkfirçilər Əli bin Əbu Talibə (radiyallahu anh) qarşı çıxan xəvariclərin varisləridir,
(Sual verən müdaxilə edir....)
Kafir Allah və Rəsulunun (ona Allahın salamı və salavatı olsun) "kafir" elan etdiyi kimsələrdir. Təkfirin şərtləri var, onun kimi elm və iradə lazımdır. Biz bilməliyik ki, hakim haqqı bildiyi halda ona zidd hərəkət edir və məqsədli şəkildə haqqa qarşı gəlir və heç bir qaranlıq qalacaq halı yoxdursa, onun kimi bir insan bütə səcdə etməyin şirk olduğunu bildiyi halda səcdə edir, onun kimi məsələdə heç bir qaranlıq halı yoxdur.
Ən vacibi budur ki, bu məsələdə şərtlər var, bu halda təkfir etməyə qaçmaq düzgün deyil.
Onun kimi "Bu halaldır, bu isə haramdır" deməyə tələsmək icazəli deyil.
Sual:
Şeyx, Onlar Salman bin Fəhd əl-Avdah və Səfər Həvalinin kasetlərini dinləyirlər. Onlara qulaq asmamağı nəsihət edəkmi?
Şeyx İbn Useymin:
Allah səni bərəkətli qılsın.
Onların kasetlərində olan xeyir digərlərinin kasetlərində də var. Kasetlərində onların əleyhinə olan bəzi müşahidələr var, bəzi kasetlərində, hamısında deyil. Mən onların arasında olan fərqləri sənin üçün fərqləndirə bilmərəm.
Sual:
Şeyx, bizə onları dinləməməyi tövsiyyə edirsiniz?
Şeyx İbn Useymin:
Yox (onların kasetlərini dinləməyin). Sizə Şeyx İbn Baz, Şeyx əl-Albani və digər sağlam və orta mövqedə oması ilə tanınan alimlərin kasetlərini dinləməyinizi tövsiyyə edirəm, yoxsa inqilab (sovra) fikirli kimsələri deyil.
Sual:
Şeyx, bəs bu haqda necə? Məsələn, burda xiləf (fərqlilik) var. Belə ki, onlar hakimləri təkfir edirlər və belə deyirlər: "Bu cihaddır."-məsələn əl-Cəzairdə. Onlar Salman və Səfər əl-Həvalinin kasetlərini dinləyirlər. Şeyx, bu xiləf (fərqlilik) Dinin əsasına olan fərii (törəmə) xiləfdir? Bu Dinin əsaslarında olan xiləfdir?
Şeyx İbn Useymin:
Yox, bu Əqidədə olan xilafdır, çünki Əhli Sünnə və Cəmaata görə biz insanı etdiyi günahına görə təkfir etmirik.
Sual:
Şeyx! Onlar hakimlər istisna olmaqla böyük günah sahiblərini təkfir etmirlər və bu ayəni dəlil gətirirlər:
Allahın nazil etdiyi ilə hökm verməyənlər -- məhz onlar kafirlərdir. (5:44)
Onlar yalnız hakimləri təkfir edirlər.
Şeyx İbn Useymin:
İbn Abbasdan (radiyallahu anhumə) bu ayə ilə bağlı rəvayət var ki, burada olan küfr Dindən çıxaran küfr deyil. Onun kimi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) söylədiyi kimi:
"Müsəlmanı söymək fasiqlik, onunla vuruşmaq isə küfrdür."
Bəzi müfəssirlərin görüşlərinə görə həmin ayə Kitab Əhli üçün nazil olub, çünki ayənin zahiri mənası bunu göstərir.
Allah Təalə buyurur:
"Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər -- məhz onlar kafirlərdir." (5:44)

Bölmə: Videolar | Baxılıb: 1232 | Yüklədi: selefimedia