23:06 Şeyx əl-Əlbani:" Tövhiddə cəhalət üzürdür". | |
Şeyx əl-Əlbani -rahimahullah- " Tövhiddə cəhalət üzürdür " Sual: "Ölülərə dua edən bir halda ölən kimsələr, əgər bu ölülərin fayda və ya zərər verdiklərinə inanırlarsa amma tövhidin həqiqətini bilmirlərsə, bununla birliktə bu xüsusu haqqdan sapmış alimlərdən öyrəniblərsə onların hökmü nədir? Cavab: "Mən deyirəm ki bu kimsələr İslamın rukunlarını mühafizə edirlərsə amma cahildilərsə, onlardan sorumlu olanlar da elm əhlindən olan və onları sapdıran kimsələr idisə bu hal üzrə olan kimsələr haqında əsl olan onların müsəlman olmalarıdır.Dolayısı ilə onlarla müsəlman müamiləsi edilir.MÜsəlmanların qəbirstanında dəfn edilir.Və bununlada onların qəbirlərinin yanından keçən kimsə "Bu diyarın əhli olan möminlərə və müsəlmanlara salam olsun" deyər.Onlar üçün rəhmət oxuyar, mərhəmət və bağışlanma diləyər.Onların durumu isə Allaha qalmışdır.ÇÜnki Allahu Təala belə buyurmuşdur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar." (Nisa, 48) Ayrıca müşrik belə ancaq dəvət ona çatdıqdan sonra sorumlu tutular: "Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!" (İsra,15) Rəbbimiz lütfü və qullarına olan mərhəməti dolayısı ilə qulun üzrünü qəbul edər. Bu xarafəçi müsəlmanlardan biri haqq yoldan azarsa və ortada onları uyaracaq, çəkindirəcək və sapqınlğından ona çəkindirəcək kimsəsə yoxsa o Rəbbi qatında məzur olur.O da əleyhində dəlil sabit olan kimsəni sorumlu tutduğu kimi onuda sorumlu tutmaz. "Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!" (İsra,15) Silsilətul_Huda_vən_Nur, no:95 | |
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 921 | |