Baş səhifə » 2013 » İyul » 10 » Şeyx Fəuzan:"AZƏRBAYCAN HAQDA YENİ FƏTVA" (İYUL 2013) -video+mp3+mətn-
20:03
Şeyx Fəuzan:"AZƏRBAYCAN HAQDA YENİ FƏTVA" (İYUL 2013) -video+mp3+mətn-
Şeyx Salih əl-Fəuzan'ın Azərbaycan haqqında ən yeni fətvası

Bu sual Şeyxə, 01 İyul 2013 tarixində Ciddədə olan dövrə zamanı verilmişdir.


Mp3 Yüklə:


2.0 MB


Sual verən:

Allah sizi xeyirlə mükafatlandırsın! bu sual azərbaycanlı bir elm tələbəsinin sualıdır.

Şeyx Fəuzan:
Necə?

Sual verən:
Bu sual verən Azərbaycandandır. Soruşur ki, ölkəmizdəki bəzi adamlar BÖYÜK ŞİRK EDİRLƏR, lakin bizdə Quranın tərcüməsi var...

Şeyx Fəuzan:
Hal hazırda böyük şirk edənlər o qədərdir ki! İstər sizin ölkənizdə olsun, istər digər ölkələrdə olsun. Bəli.

Sual verən:
Ölkəmizdəki bəzi adamlar BÖYÜK ŞİRK EDİRLƏR, lakin bizdə Quranın tərcüməsi var. həmçinin Səhih Buxari ilə Səhih Muslim də tərcümə olunub.

Şeyx Fəuzan:
Quranın tərcüməsi mümkün deyil, tərcümə olunan təfsirdir, Quranın mənasıdır. Amma Quranın tərcüməsi mümkün deyil. Allahın kəlamı başqa bir dilə köçürülə bilməz və bu mümkün də deyil. Bəli

Sual verən:
Və başqa tövhid kitabları və dərslər də var.

Şeyx Fəuzan:
Biz də nə var?

Sual verən:
Bizdə Quranın tərcüməsi var, həmçinin Səhih Buxari ilə Səhih Muslim də tərcümə olunub.

Şeyx Fəuzan:
Quranın tərcüməsini dedik ki, bu mumkün deyil. Quranın məna ilə tərcüməsidir. Bəli, həmçinin???

Sual verən:
Səhih Buxari ilə Səhih Muslim də tərcümə olunub və digər tövhid kitabları və elmi dərslər də mövcuddur.

Şeyx Fəuzan:
Aha? Sonra?

Sual verən:
Onlar (böyük şirk edənlər) bununla belə ÜZRLÜ sayılırlarmı?

Şeyx Fəuzan:
BƏLİ SAYILIRLAR! Yolunu azmış elə adam var ki, o qədər kitabı var, lakin onları nə başa düşmür, nə də anlamır!Elələri var ki, kitabxanası var, amma haqdan azır. Allaha sığınırıq! Çünki, elmsizdir və başa düşmür. Elmi alimlərdən götürməyib. Kitablar kifayət etmir, nə Quranın təfsirinin tərcüməsi, nə Səhih Kitablar toplumunun tərcüməsi, Müsnədlərin tərcüməsi, Sünənlərin tərcüməsi- bunların heç biri kifayət etmir. MÜTLƏQ ALİM OLMALIDIR. MÜTLƏQ ALİMLƏR OLMALIDIR Kİ, İNSANLARA BƏYAN ETSİNLƏR, ONLARI ƏSASLAR ÜZƏRİNDƏ ÖYRƏTSİNLƏR, AMMA TƏKCƏ KİTABLARIN OLMASI KİFAYƏT DEYİL. Bu qorxağın əlində olan silaha bənzəyir. Sənin evin silahla dolu olarsa amma sən qorxaq olarsansa yaxud silahı necə istifadə etməyi bilməzsənsə heç bir faydası olmaz.
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1015 | Yüklədi: selefimedia