Baş səhifə » 2013 » Aprel » 26 » Saleh Ali Şeyx:"Namaz qılmayanı təkfir və hökmləri tətbiq etmək eyni deyil" -video+mətn-
06:47
Saleh Ali Şeyx:"Namaz qılmayanı təkfir və hökmləri tətbiq etmək eyni deyil" -video+mətn-

Saleh Ali Şeyx
həfizəəhullah

TƏKFİR etmək hər uşağın işi deyil! Alimin, qazinin, müftinin işidir!!!


TƏKFİR şərtlər və maneələr əsasında edilməlidir.

Namaz qılmayanı təkfir edənlər buna aid hökmləri tətbiq etməsinlər.

Yalnız bütün ümmətin yekdilliklə qəbul etdikləri əsaslara görə təkfir edilməlidir, ixtilaflı məsələlərə görə yox.




Ona görə elmdə püxtələşmiş, Quranı, sünnəni və ümmətin sələfinin hansı yolda olmasını düzgün başa düşərək TƏKFİR dairəsini çox genişləndirmirlər, əksinə bu məsələni isbat etmək asan iş olmadığı üçün təkfir dairəsini daraldırlar.

Raşid: Hökmləri də tətbiq edilir?

Hökm verildikdən sonra şərii əhkamları, ailə əhkamlarını və.s tətbiq edirlər. Hətta elələridə vardır ki, bəzi ixtilaflı məsələlərə görə əhkamları da tətbiq edirlər. Məsələn NAMAZI TƏRK ETMƏK MƏSƏLƏSİ. Məlum olduğu kimi, elm adamlarının bir neçə rəyindən bizim qane olduğumuz rəyə görə tənbəllik və ya laqeydlik üzündən namazı tərk edən kimsə küfr edir. Buna əsas verən aşağıdakı hədisdir:

- Kim namazı tərk edərsə küfr etmiş olar.

Bildiyiniz kimi bu məsələ ixtilaflı məsələdir. Şafii, Hənəfi və digər məzhəb alimləri belə insanı kafir hesab etmirlər. Əmma bəziləri bu məsələdə bir qədər dərinə varıb: " kim namazı tərk edərsə onun nigahı ləğv edilir, digər hökmlər tətbiq olunur" - və.s kimi rəylər söyləmişlər. Əmma bu heçdə yaxşı hal deyil. Çünki hökmlər 2 halda tətbiq edilir:

1. İttifaq edilmiş əsaslarla.
2. Yaxud şərii rəhbərin və ya qazinin hökmü ilə.

Çünki ona hökm vermək üçün şübhəsinin dəf etmək lazımdır.

Ona görə fiqh alimləri, hətta hənbəli məzhəbinin alimləri namazı tərk edənin nə zaman küfr etməsi və ona nə zaman hökm kəsildiyi haqqında danışarkən demişlər:

- Belə insanın tövbə etməsi və namaz qılması tələb olunur. Əgər o digər namazın vaxtı girənə qədər namaz qılmaqda israr edərsə o zaman rəhbər və ya onun köməkçisi onu öz yanına çağırıb tövbə etmək üçün üç gün möhlət verməlidir. Əgər tövbə etsə heç, əks halda isə qətlə yetrilir. Demək qazi bir nəfərə üç gün müddətində möhlət verir və onun namaz qılmasını tələb edir. Bu müddətdə heç bir yozum yeri qalmasın deyə onun şübhəsini dəf edir və "üç gün ərzində namaz qılmasan qılınc görəcəksən" deyərək ona müraciət edir. Sonra hımin adam bu sərt cəzanı namazdan üstün tutur. Belə halda bu onun nəfsində olan bir məqamı aşkarlayır. Belə çıxır ki, həmin insan əslində namaza nifrət edir və ya namazı inkar edir. Yaxud da həmin insanın namaz barəsində şəkk-şübhəsi yoxdur. Sadəcə olaraq bu təkəbbürlükdən və şərii qayda-qanuna asi olmaqdan irəli gəlir.

Mən bununla demək istəyirəm ki, Sələfi dəvətinin alimləri şərtlər və maneələr məsələsini xüsusi olaraq açıqlamışlar. Onlar fiqh alimlərinin verdikləri bir çox hökmləri qaydalar çərçivəsinə salmışlar. Ona görə islahatçı şeyx Muhəmməd ibn ƏbdülVahhabın dəvətinə nisbət edilən və düşmənləri tərəfindən "Vəhabilik dəvəti" deyə adlandırılan bu dəvət dörd məzhəb alimlərinin fiqh kitablarında mövcud olan hökmləri dar çərçivəyə salmış, bu hökmləri təkfir məsələsində genişləndirməmişlər. Əksinə bu dəvətdə məzhəb alimlərinin yekdil rəylə təsdiqlədikləri görüşlər önə çəkilmiş, ixtilaflı məsələlər kənara qoyulmuşdur. Şeyx Muhəmməd ibn ƏbdülVahhabın bu xüsusda bir kitabıda vardı. Həmçinin Şeyx Abdullah ibn Muhəmməd ibn ƏbdülVahhabın da bu mövzuda kitabı vardır. Ümumiyyətlə dəvət alimləri, İbn Teymiyyə, İbn əl-Qeyyim və digər elm adamları (Allahın Onların hamısına rəhmət etsin) bu mövzuda geniş açıqlamalar vermişlər.

DEMƏK BU MƏSƏLƏDƏ ŞƏRTLƏR VƏ MANEƏLƏR VARDIR Kİ, ONLARI TAM NƏZƏRƏ ALMAQ LAZIMDIR. YALNIZ İTTİFAQ EDİLMİŞ ƏSASLARLA TƏKFİR EDİLƏ BİLƏR.

Məqbul sayılan yozuma əsaslanaraq yozumlu düşünən insana nəzər salaq. Əks tərəf onun barəsində düşünür ki, onun əməli, sözü və ya hərəkəti küfrdür.

Məsələn, indi gəlin xəvariclərə baxaq. Onlar, Osman ibn Əffanı (radiyallahu anhu) və Əli ibn Əbu Talib (radiyallahu anhu) qətlə yetirmiş, müsəlmanlara qarşı döyüşmüş, bu günə qədər fitnə-fəsad törtəməklə ağır cinayətləri törətmişlər. Alimlər onların kafir olub-olmamaları barədə ixtilaf etmiş və iki rəy söyləmişlər. Əli ibn Əbu Talib (radiyallahu anhu) onlar barəsində:

- Onlar kafirdilərmi? deyə soruşularkən demişdi: Onlar elə küfrdən qaçıblar.

Yəni bu məqamda Əli (radiyallahu anhu) onların səhv yozumlu düşüncələrini nəzərə almışdır. Qısası deyilən şərtlər və maneələrin mövcudluğu labüddür. Və hər hansı insana hökm vermək üçün təkfirin bütün şərtləri və maneələrini əhatə etmək lazımdır. Bu iş sıravi insanların öhdəliyinə düşən bir iş deyil. Bu, qazinin, yaxud qazini əvəz etmək bacarığı olan müftinin səlahiyyətidir.
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 634 | Yüklədi: selefimedia