Baş səhifə » 2014 » İyun » 5 » Ramazanın başlanması və sonu İXTİLAFları haqqında fətvalar.
10:18
Ramazanın başlanması və sonu İXTİLAFları haqqında fətvalar.

 

 Ramazan ayının başlanma və sonu İXTİLAFları haqqında fətvalar.

Əslən bu fətvaları yerləşdirməyimiz hər il qardaşlar arasında yaranan çaşqınlıq və fitnənin yenidən alovlandıraraq artırmaq deyil.Məqsəd bəzilərini adətlərinə uyğun olaraq hər il bu məsələdə cahilcəsinə sanki ixtilaflar,  bu fətvalar yox imiş kimi davranmaları və  haqq, fətva sahibi olmadıqları halda bilərəkdən və ya bilməyərəkdən fətvalar verərək camaatı bir neçə yerə parçalayıb fitnə salmalarının qarşısını almaqdır.
Bu gün Səudiyyəni və ya hansısa ölkəni özünə şuar edənlər diqqət yetirsələr görərlər ki,  alimlərimiz özləri Səudiyyə üçün "Ramazan filən gündür" dedikləri halda digər ölkələrdəki vəziyyətidə gözəl bildikləri üçün
aşağıda  yaydığımız ,  dinini insaflı olaraq araşdıran birisinin tapa biləcəyindən daha artığını demişlər, yazmışlar və yaymışlardır.
Onların tələbələrinində dedikləri həmişəki kimi şəxsi fikirləri yox Alimlərimizin dediklərini təkrarıdır.


Müxaliflərin yaydığı növbəti şübhələrdən biridə Ramazan ayı fətvalarını dövlətin bu səlahiyyəti verdiyi məlum idarə mənsublarının əqidələrindəki məlum problemlər  səbəbi ilə rədd edilməsinin vacibliyidir.Amma aşağıdakı fətvaları tam diqqətlə oxusanız görəcəksiniz ki, Alimlərimiz günümüzün müsəlmanlarının toplum olaraq yaşadığı diyarların halını bildikləri halda yenədə və dəfələrlə dövlətə tabe olmaqlarını, camaatdan ayrılmamaqlarını tövsiyyə edirlər.Bu isə kimnsə əqidəsinə tabe olmaq yox müsəlmanların birliyinin və dəvətin qorunması məsləhətindəndir.Görəsən bu şübhələri  yayanlar öz mənhəclərindən yola çıxaraq günümüzdə yer üzündə aşağıdakı fətvaların keçərli ola biləcəyi hansısa bir müsəlman ölkəsinin mövcud olduğunu qəbul edirlərmi?
Doğrusunu Allah bilir.

Uca Allah Özü bütün məsələlərdə şahid və hakimdir.


--------------------------------

Fayl olaraq Yüklə:
DosxPDF

 


Şeyx Albani:

"Məncə İslam ölkələri oruc tutub, iftar açmaqda həmrəy olmalıdırlar. Necə ki, Həcc haqqında ittifaq etmişdirlər. Kaş ki, bu məsələdə də ittifaq edərdilər. Lakin bir camaatdan bəzilərinin öz dövləti ilə, digərlərinin isə başqa dövlətlə gedərək, öz arasında parçalanmağı caiz görmürük! Bu cür etmək (yəni, öz cəmiyyəti ilə birgə olmaq) böyük fəsadı kiçik bir fəsadla dəff etməkdir.
(Silsilətul Əhədisis-Sahihə, 2624-cü hədis-in şərhi)


Şeyx Albani "Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür.” hədisini şərh edərək buyurur:
"İmam Tirmizi bu hədisi zikr etdikdən sonra deyir: Elm əhli bu hədisi şərh edərək demişdir: Hədisin mənası budur ki, oruc tutmaq da, iftar açmaq da camaatla birlikdədir!”
Şeyx Albani sözünə davam edərək buyurur: "İmam Sənani "Subuləs-Sələm” (cild 2, səh 72) kitabında buyurur: Bu hədis dəlalət edir ki, bayramın sübut edilməsi, camaatın müvafiq (həmrəy) olması ilədir. Bir kəs ayı görərsə belə, bu məsələdə digərlərinə tabe olmalıdır. İstər namaz olsun, istər oruc və qurban olsun, camaatın bir olduğu hökmə tabe olmalıdır.”

(Silsilətul Əhədisis-Sahihə, səh. 1ci cild, səh. 224, hədis 445)


Şeyx Abdul-Aziz İbn Bəz:
Sual: Bəzi islam ölkələrində ayı görüblərsə və mən işlədiyim dövlətdə Şaban və Ramazan aylarını 30 günə tamamlayıblarsa bu halda nə etməliyəm? Ramazan ilə bağlı insanlar arasında yaranan ixtilafların səbəbi nədir?
 

Şeyx İbn Bəz:Həmd Allaha məxsusdur.
SİZİN ÜZƏRİNİZƏ DÜŞƏN ÖLKƏ CAMAATI İLƏ GETMƏKDİR. ONLAR ORUC TUTDUQDA ORUC TUTURSUNUZ, ORUCU AÇDIQDA ORUCUNUZU AÇIRSINIZ.
Bu barədə Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) istinadən rəvayət olunan hədisdə bildirilir: "Oruc sizin oruc tutduğunuz, iftar (orucu açmaq) iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”. Çünki, ixtilaf şərdir. Sizə vacibdir ki, ölkənizin camaatına görə hərəkət edəsiniz. Əgər sizin ölkədə müsəlmanlar orucu açarsa siz də orucu açırsınız, oruc tutarsa siz də oruc tutursunuz.
İxtilafların səbəbinə gəldikdə bu ona görə baş verir ki, bəziləri təzə ayı görür, bəziləri görmür, sonra da ola bilsin ki, digərləri təzə ayı görənlərə etibar edib onların görməyinə görə hərəkət etsinlər yaxud da onlara etibar etməyib onların ayı görməyinə görə hərəkət etməsinlər. Nəticədə, ixtilaf baş verir. Bir dövlətdə təzə ayı görüb buna görə hökm edərək oruc tutub oruclarını aça bilərlər. Başqa bir dövlətdə isə bir çox-siyasi və digər səbəblərdən onların görməyinə inanmaya və həmin dövlətə etibar etməyə bilərlər.
Müsəlmanlara vacibdir ki, təzə ayı gördükdə hamılıqla oruc tutsunlar, təzə ayı gördükdə oruclarını açsınlar. Bu dediklərimizə Peyğəmbərin ümumi sözü dəlalət edir: "Təzə ayı gördükdə oruc tutun, təzə ayı gördükdə orucu açın, çox buludlu olduqda günlərin sayını 30-a tamamlayın”. Əgər onların hamısı təzə ayın göründüyünün doğru olduğundan əmin olarsa və bu görmə həqiqi olub sübuta yetirilərsə, bu halda buna müvafiq olaraq oruc tutub, orucu açmaq vacibdir. Lakin, faktiki olaraq insanlar bu məsələdə ixtilaf edərlərsə və biri-digərinə etibar etməzsə SİZİN ÜZƏRİNİZƏ DÜŞƏN VƏZİFƏ ÖZ ÖLKƏNİZƏ GÖRƏ ORUC TUTMAQ VƏ ONLARLA BİRGƏ ORUCU AÇMAQDIR.
Bunu Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) bu hədisinə əməl edərək yerinə yetirirsiniz. Hədisdə deyilir: "Oruc sizin oruc tutduğunuz, iftar (orucu açmaq) iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”.
İbn Abbasa (Allah hər ikisindən razı olsun) istinadən bildirilir ki, Küreyb (adlı bir şəxs) ona Şam camaatının artıq oruca başladığı barədə xəbər verdikdə İbn Abbas ona belə cavab verdi: "Biz onu (təzə ayı) şənbə günü görmüşük. Təzə ayı görməyincə oruc tutmağa davam edəcəyik ya da otuz günə tamamlayacağıq. İbn Abbas Şam camaatının ayı görməyinə müvafiq hərəkət etmədi. Çünki Şam, Mədinədən uzaq idi. Bu ikisinin arasında ayı görmək fərqli ola bilər və onun fikrincə bu ictihadi bir məsələ idi. İbn Abbas sizin üçün nümunədir və onun rəyini götürən alimlər bildirirlər ki, müsəlman gərək öz ölkəsinin camaatı ilə oruc tutsun və onlarla birgə orucunu pozsun. Müvəffəq edən Allahdır.

(Fətvalar və Müxtəlif Məqalələr Toplusu, (15/100-102))
Mənbə:

http://www.binbaz.org.sa/mat/411
 

Sual:
Mən Şərqi Asiyadanam və bizim ölkəmizdə hicri tarix Səudiyyə Ərəbistanından bir gün fərqlidir. Biz tələbələr də Ramazan ayında ölkəmizə səfər edəcəyik. Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sözünə uyğun olaraq Səudiyyə ilə oruc tutmuşuq, sonra Ramazan ayı ərəfəsində ölkəmizə səfər edirik. Ayın sonunda 31 gün oruc tutmuş oluruq. Sualım isə belədir: Bizim bu orucumuzun hökmü nədir və biz neçə gün oruc tutmalıyıq?
Şeyx İbn Bəz:
Siz Səudiyyədə yaxud digər ölkədə oruc tutub sonra ölkənizə dönsəniz və ayın qalan hissəsini də orada tutsanız, ölkənizdə iftar edilən vaxtı iftar edin. Hətta bu 30 gündən çox olsa da belə edin. Amma 29 gün tamamlamasanız onda bir gün qəza tutun. Çünki qəməri aylar 29 gündən az 30 gündən isə çox olmur. Allah hər şeyi yoluna qoyandır.

Sual:
Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?
Şeyx İbn Bəz:
Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür".
Həmçinin şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. Həmçinin Ibn Teymiyyə demişdir: "Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər".
Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər.
Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir.


Şeyxul İslam İbn Teymiyyə:
 

Şeyxul İsləm İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurur:
"(Hər kəs) Camaat ilə oruc tutmağa başlamalı və camaat ilə də orucunu açmalıdır. Bu ən doğru rəydir. Çünki Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür.” Tirmizi rəvayət edib, hədisin həsən qərib olduğunu bildirmişdir. Həmçinin, Əbi Davud və İbn Macə bu hədisi yalnız "orucu açmaq və qurbanı” qeyd etməklə rəvayət etmişdirlər. Eləcə də, Tirmizi, Abdullah ibn Cəfər hədisindən onun Osman ibn Muhəmməddən, o əl-Məqbəridən, o da Əbu Hüreyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə söylədiyini rəvayət edirlər: "Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”. Tirmizi demişdir: Bu həsən qərib hədisdir. Bəzi alimlər bu hədisin mənasının "camaat və insanların (çoxluğu) əksəriyyəti ilə oruc tutmağa başlayıb bitirmək” olduğunu təfsir etmişdirlər”.”
(Məcmuul Fətava, 25/114)


Həmçinin Şeyxul İsləm İbn Teymiyyə buyurur:
"Bir kəs zulhiccənin təzə doğan ayını fərdi olaraq görmüş olsa belə, alimlərdən heç kəs deməmişdir ki, o təkbaşına Ərəfatda durmalıdır! İnsanlardan bir çoxu bu məsələ barədə xəta edirlər və düşünürlər ki, təzə ay səmada göründükdə, insanlara göründüyü, məlum olduğu və bunu elan edib etməməsindən asılı olmayaraq, həmin gecə ayın birinci günü hesab edilir. Lakin məsələ düşünüldüyü kimi deyil. Daha doğrusu bu insanlara görünməli, məlum olmalı və onlar bunu gördükdə ayın başlanğıcını elan etməlidirlər. Odur ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”. Yəni, orucluğun başlanması və yaxud bitdiyini elan etdiyiniz, qurban kəsdiyiniz gündür. Əgər bunu tanımasanız, heç bir hökm buna əsaslana bilməz”.”
(Məcmuul Fətava, 25/202)


İbnul Qeyyim (Allah ona rəhmət etsin):

""Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür” hədisinin şərhində buyurur:
"Bu hədisdə o kəslərə rədd var ki, o kəslər deyirlər: "Ayın çıxıb-batmasını izləyərək bilən kəs, başqaları bilməsə belə, orucunu tuta və ya aça bilər! Həmçinin bir kəs öz gözü ilə ayı görərsə, lakin qazi onun bu şəhadətini qəbul etməzsə, onun oruc tutmasına, həmçinin insanların oruc tutmasına hökm verilməz!””

(Təhzibus-Sunən kitabı)


Həmçinin İmam Sindi (Allah ona rəhmət etsin) bu hədisin şərhində buyurur:
"Bundan görünən odur ki, bu cür məsələlərdə fərdlərə etibar edilməz. Və bu kimi məsələlərdə fərdləşmək olmaz, əksinə bu məsələdə əməl imama və camaata qayıdır! Bu məsələdə fərdlər imama və camaata tabe olmalıdır. Məhz bu səbəbə görə, əgər bir kəs Hilalı (təzə doğmuş ayı) görərsə, lakin imam onun şəhadətini qəbul etməzsə, bu məsələdə həmin (ayı görən) kəsə etibar edilməz. Bu camaata tabe olmaq vacibdir. Hədisin mənası da məhz budur! Hədisi gücləndirən isə, Aişənin (Allah ondan razı olsun) Məsruqa etdiyi rəddir! O vaxt ki, Məsruq Qurban gününə düşmək qorxusundan, Ərəfa günü oruc tutmur. Bunu görə Aişə (Allah ondan razı olsun) ona bəyan etmişdir ki, onun bu rəyində heç bir fayda yoxdur və bu rəy mötəbər sayılmaz. Sənin üzərinə düşən camaata tabe olmaqdır. Qurban günü insanlar qurban kəsdikləri, iftar isə insanların iftar etdikləri gündür.” (Şeyx sözünə davam edərək:) Bu səxavətli və möhkəm şəriətə də layiq olan məhz budur, o şəriət ki, insanların vahid toplu olması üçün göndərilmişdir. Məhz bu səbəbdən, camaat halında edilən ibadətlərdə, fərdlərin rəyi səhih olsa belə, ona etibar edilməz. Axı səhabələr bir məsələ ətrafında ixtilaf etsələr də, camaat namazını bir-birini arxasında qılardılar. Hətta o həddə çatmışdır ki, camaat naminə, öz səhih rəyindən mütləq olaraq dönmüşdür. Necə ki, Osman (Allah ondan razı olsun) Minada dörd rükət qıldı. Abdullah ibn Məsud ona dedi: "Mən peyğəmbərlə (Ona və Ailəsinə salavat və salam olsun) iki rükət qıldım. Əbubəkrlə iki rükət qıldım, Ömərlə iki rükət qıldım.” Sonra Abdullah İbn Məsudun Osmanın arxasında dörd rükət qıldı. Orada olanlar ona dedi: "Özün Osmana irad tutdun, lakin özün də dörd rükət qıldın?!” Abdullah ibn Məsud buyurdu: "İxtilaf şərdir!”” (Şeyx buyurur:) Namazlarında insanları parçalayanlar bu hədisə nəzər salsınlar və bu hədisdən ibrət alsınlar. Bu zikr etdiyimiz elm ətrafında düşünsünlər, bəlkə beləcə öz cahil nəfslərinin məğrurluğunu müalicə edə bildilər və müsəlman qardaşları ilə bir səff olsunlar! Həqiqətən də, Allahın əli camaatın üzərindədir.

Sual:
Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb xahiş edirik bizə bu haqda fətva verin?!

Daimi elmi araşdırmalar və fətvalar mərkəzi:


Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Ona görə də, islam alimləri deyilən məsələdə ta qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, sünnə və müqayisədən dəlillər gətirmişlər. Ola bilsin hər iki tərəf eyni dəlili gətirsin amma bu dəlili başa düşməkdə ixtilaf etsinlər. Amma bütün bunlara baxmayaraq deyilən məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamışdır və onlar bir-birlərinə qarşı ehtiramla yanaşırdılar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o orucluğun daxil olmasını, yaxud olmamasını desə ona itaət etməyiniz vacibdir. Çünki hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar.

Şeyx Salih əl-Fovzan:

Sual:Məsələn, Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əl-Cəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir?
Şeyx Saleh ibn Fovzan :
Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". Peyğəmbər ona Allahın salavatı və salamı olsun orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Cəzairin ay çıxışları müxtəlif ola bilər. HƏR BİR İNSAN YAŞADIĞI YER VƏ CAMAAT İLƏ ORUC TUTUR VƏ İFTAR EDİR. YAŞADIĞIN ÖLKƏDƏN ASILI OLMAYARAQ SƏN, YAŞADIĞIN ÖLKƏ CAMAATININ HÖKMÜNDƏSƏN VƏ SƏN ONLARLA İFTAR EDİR VƏ ONLARLA DA ORUC TUTURSAN!

Mənbə:
http://www.alfawzan.af.org.sa/node/7450



Ramazandakı ixtilaflar haqqında digər fətvalar.



Fətva- 1

Uləmədan bəzisi ayın müxtəlif doğuşunu məqbul saymış, digərləri isə məqbul saymamışdır. (yəni, bəziləri bir ölkədə görünən ayın digərlərinə aid olmadığını, digərləri isə bir ölkədə görülən ayın bütün ölkələri əhatə etdiyini söyləmişdir.)
Hər iki rəydə olan alimlər Kitab və Sünnədən dəlil gətirirlər, fəqət bu dəlilləri fərqli tərzdə anlayırlar.
Bu məsələdə böyük bir ixtilaf etmək qorxulu deyildir. Müsəlmanlar əsrlər boyudur yaşayır və bu vaxtlar ərzində də ayı görmək məsələsində yekdil rəyə gəlməmişlər. Hər bir dövlətin haqqı vardır ki, alimlər vasitəsi ilə bu iki rəydən birini seçsin!


[Fətava əl-Ləcnə əd-Daimə]

Fətva -2

İslam alimləri bu məsələdə qədim dövrdən bu vaxta kimi ixtilaf etmişdir. Onların bəzisi bunu məqbul saysa da, digərləri məqbul saymamışdır. Onların hər biri də Quran, Sünnə və qiyasdan dəlil gətirmişdir. Ola bilər onlar eyni bir dəlili gətirsinlər, fəqət bunu necə anlamaqda ixtilaf olsun. Amma buna baxmayaraq bu məsələdə olan ixtilaf alimlər arasında heç bir problem yaşatmamış və onlar bir-birlərinə qarşı böyük sayğı ilə yanaşmışdılar.

MƏHZ BU SƏBƏBDƏN SİZ HƏR HANSISA BAŞQA BİR ÖLKƏDƏ AYIN GÖRÜLMƏSİNİ EŞİTDİKDƏ AYIN BAŞLANMASINI VƏ BİTMƏSİNİ ƏMR SAHİBLƏRİNƏ, DÖVLƏTİNİZİN BAŞÇISINA HƏVALƏ EDİN. ƏGƏR O ORUCLUĞUN GİRİB- GİRMƏMƏSİ HAQDA MƏLUMAT VERSƏ ONA İTAƏT ETMƏYİNİZ VACİBDİR. ÇÜNKİ HAKİMİN HÖKMÜ BU CÜR İXTİLAFLARI DƏFF EDİR. BELƏ OLDUQDA DA ARANIZDAKI ÇƏTİN MƏSƏLƏLƏR ÖZ HƏLLİNİ TAPAR.


[Fətava əl-Ləcnə əd-Daimə]

Fətva- 3

Şəri dəlillər HƏR KƏSİN YAŞADIĞI YERƏ TABE OLARAQ, ONLARLA BİRGƏ ORUC TUTMASINA dəlalət edir. Rasulullah -sallAllahu aleyhi və səlləm- buyurur: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür"

Həmçinin, şəriətimiz bizə camaat olmağı əmr etmişdir. Parçalanmaqdan və ixtilaf etməkdən çəkindirmişdir.

Şəri dəlillərə daha yaxın olan odur ki, müsəlmanlar bacardıqca eyni vaxtda oruc tutub, eyni vaxtda iftar etsinlər.


[Şeyx AbdulAziz ibn Abdullah ibn Bəzz]


Fətva- 4


"عليك أن تبقى مع أهل بلدك ، فإن صاموا فصم معهم ، وإن أفطروا فأفطر معهم ؛ لقول النبي صلى الله عليه وسلم : (الصوم يوم تصومون ، والإفطار يوم تفطرون ، والأضحى يوم تضحون) ، ولأن الخلاف شر ، فالواجب عليك أن تكون مع أهل بلدك ، فإذا أفطر المسلمون في بلدك فأفطر معهم ، وإذا صاموا فصم معهم .


بقوله صلى الله عليه وسلم : (الصوم يوم تصومون ، والفطر يوم تفطرون ، والأضحى يوم تضحون) . وثبت عن ابن عباس رضي الله عنهما أن كريباً لما أخبره أن أهل الشام قد صاموا يوم الجمعة قال ابن عباس : نحن رأيناه يوم السبت ، فلا نزال نصوم حتى نرى الهلال ، أو نكمل ثلاثين ، ولم يعمل برؤية أهل الشام لبعد الشام عن المدينة ، واختلاف المطالع بينهما ، ورأى رضي الله عنهما أن هذا محل اجتهاد ، فلك أسوة بابن عباس ومن قال بقوله من العلماء في الصوم مع أهل بلدك والفطر معهم ، والله ولي التوفيق" انتهى .


- Siz ölkə camaatı ilə getməlisiniz. Onlar oruc tutanda siz də tutun, onlar iftar etdikdə siz də edin. Bu haqda Peyğəmbərdən -sallAllahu aleyhi və səlləm- nəql edilmiş hədisdə bəhs edilir:"Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”.

Ona görə ki, ixtilaf özü şərdir. Sizin üçün vacibdir ki, öz ölkənizin camaatına görə hərəkət edəsiniz. Əgər sizin ölkənin müsəlmanları iftar edərsə sizdə edin, oruc tutarlarsa siz də tutun!

Əgər ayın görünməsi məsələsində insanlar ixtilaf edərlərsə (hansı ki bu ixtilaf qaçılmazdır), sizə vacib olan ÖLKƏNİZƏ GÖRƏ ORUC TUTMAQ VƏ ONLARLA BİRGƏ İFTAR ETMƏKDİR. Bunu peyğəmbərin -sallAllahu aleyhi və səlləm- aşağıdakı hədisinə əməl olaraq edirsiniz:
- "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”.

Kureyb İbn Abbasa -radıyAllahu anhu- Şam əhalisinin oruca başladığını söylədikdə o demişdir: Biz təzə ayı şənbə günü gördük. Təzə ayı görmədiyimiz müddətcə oruca davam edəcək və 30 günə tamamlayacağıq.

İbn Abbas -radıyAllahu anhu- Şam əhalisinin ayı görməsinə müxalif oldu. Çünki Şam Mədinədən xeyli aralı idi. Bunlar arasında ay görünməsi müxtəlif ola bilər və ona görə bu ictihadi məsələ idi. İbn Abbas sizin üçün gözəl örnəkdir və onun rəyini seçmiş alimlər deyirlər ki, MÜSƏLMAN GƏRƏK ÖZ ÖLKƏSİNİN CAMAATI İLƏ BİRGƏ ORUC TUTSUN VƏ ONLAR İLƏ BİR İFTAR ETSİN.


[مجموع فتاوى ومقالات متنوعة- 15/100 - 102 ]

Fətva -5

HƏR BİR KƏS YAŞADIĞI YER VƏ CAMAAT İLƏ ORUC TUTUB - İFTAR EDİR. YAŞADIĞI ÖLKƏDƏN ASILI OLMADAN, SƏN ÖZ YAŞADIĞIN ÖLKƏ CAMAATININ HÖKMÜNDƏSƏN VƏ SƏN ONLARLA İFTAR EDƏRƏK, ONLARLA DA ORUC TUTURSAN.

[Şeyx ibn Salih Fəuzan əl-Fəuzan]

Fətva -6

Həmçinin Şeyx Useymin bu rəyin daha güclü olduğunu vurğulayır.

 [2/155-156 كتاب الدعوة ] 

Həmçinin Şeyx Useymin deyir ki, bu rəy İbn Teymiyyənin -rahiməhullah- seçdiyi rəy idi. İbn Teymiyyə -rahiməhullah- buyurur:

- Hər hansısa bir ölkədə ramazanın girməsini bildirən ayın görünməsi bütün ölkələrə aid edilə bilməz. Bu dəlildən çıxarılmış çox güclü bir anlamdır ki, bunu da nəzəriyyə və qiyas isbatlayır!

Həmçinin Şeyx Useymin -rahiməhullah- buyurur:

- Əgər siz " bir ölkədə görülən ayın bütün ölkələri əhatə etdiyi" rəyini götürmüsünüzsə, amma ölkəniz bu rəy ilə getmirsə və iki rəydən birini götürürsə, bu zaman sizin onlara müxalif olduğunuzu açıq-aşkar şəkildə büruzə verməyə gərək yoxdur. Çünki bu cür etmək fitnəyə, hərci-mərcliyə, bəhslərə səbəb olur.


[Məcmuul-Fatava, 19/44]


Fətva -7

Və sonda şeyx Albaninin -rahiməhullah- bu haqda söylədiyi məşhur sözünü qeyd edirəm:

- Mən hər bir kəsə ÖZ DÖVLƏTİ ilə oruc tutub, iftar etməsini məsləhət bilirəm. Bəziləri öz ölkəsi ilə, digərləri isə başqa ölkələr ilə oruc tutub, öz aralarında parçalanmasınlar. Çünki bu cür etmək, onlar arasında olan ixtilafları dahada artırır. Biz artıq neçə illərdir ki, bir neçə ərəb ölkəsində bunun şahidi olmuşdur. Allah daha yaxşı bilir.

[
تمام المنة 1/398]
.

Hazırladı Az Zubeyr

PS- FƏTVALARI MÜXTƏSƏR QEYD EDİLİB
 

-------------------------

Şeyx İbrahim İbn Amir ər-Ruheylinin

Ramazanın başlanma tarixi haqqında ixtilafa düşənlərə tövsiyyəsi.


Bu fətvanı hal-hazırda Mədinə şəhəri İslam Universitetinində təhsil alan azərbaycanlı tələbələr birbaşa şeyx İbrahim ər-Ruheylidən soruşmuş və onun səslə yazılmış kasetini bizə yollamışlar. Budur həmin kasetin mətni.

Əs-Salamu aleykum və rəhmətullahi və bərəkətuhu!

Sual: Şeyx! Bizim ölkəmizdə, yəni Azərbaycanda qardaşlar arasında orucluğun başlanması və bitməsi məsələsində fikir ayrılığı olmuşdur. Bəzi qardaşlar dövlət ilə oruc tutmaq fikrini dəstəkləmiş, digərləri isə Səudiyyə Ərəbistanı ilə oruc tutmaq fikrini dəstəkləyirlər. Və onların dəlilləri isə bunlardır:
Birinci: Bizim ölkəmizdə (yəni, Azərbaycanda) yeni doğmuş ayı təqib etmirlər.
İkinci: Bizim dini idarə müftimiz Əhli Sünnə və Camaatdan deyildir.
Üçüncü: Bizdə bayramların təyini üçün təqvimlərə əsaslanırlar.
İndi isə sizdən xahiş edirik ki, bizə bu haqda bir tövsiyə edərdiniz!


Cavab:

Aləmlərin Rəbbi Allaha həmd sənalar olsun. Peyğəmbərimiz Məhəmməd, onun ailəsi və bütün səhabələri üzərinə Allahın salat və salamı olsun!

Müsəlmanların hansı ölkədə yaşamasından asılı olmayaraq, onlar ixtilaflardan uzaqlaşmalı və camaat ilə olmalıdırlar. Çünki camaat ilə olmaqda onların həm dinləri həm də dünyaları üçün böyük xeyir, məsləhət vardır. Əgər camaat oruc tutur yaxud iftar edirsə elm adamlarına da camaat ilə oruc tutmaq vacibdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Oruc sizin (yəni, camaatın) oruc tutan gününüz, iftar isə sizin (yəni, camaatın) iftar etdiyiniz gündür...".Əgər orada olan bəzi adamlar, onların yaşadıqları ölkənin ayın çıxmasına laqeyd yanaşmalarını, yaxud bu işdə təqvimlərə əsaslanmalarını ictihad edərək dəlil kimi gətirirlərsə onlar bilməlidirlər ki; Camaat ilə olmaq bu məsələdən daha önəmlidir. Həmçinin camaata tabe olmağın məsləhəti daha böyük və əzəmətlidir. Müsəlman camaadın ixtilaf edib parçalanması isə böyük fəsaddır. Elə buna görə də camaata tabe olmağın zəruriliyi bizə aydın olur. Və orucu da ölkə əhalisi ilə tutub, onlarla da orucu açmaq lazımdır. Əgər camaat ilə oruc tutduqdan sonra qonşu ölkələrdə ayın görsənməsi dəqiqləşdirilsə və sizin Ramazan orucunuzda: gec başlamaq və ya ramazan ayı bitməmiş tez iftar etməklə - hansısa naqislik olarsa onda siz bayramdan sonra həmin günü qəza edin. Bununla da siz həm camaata tabe olar, həmçinin ramazan orucunu da tam tutmuş olarsınız. Və bu cür etmək vacibdir.

Elm tələbələrinin bir fikirdə, eyni sözdə olması çox böyük məsləhətdir. Beləliklə müsəlman camaat da parçalanmaz. Elm tələbələri də belə olmalıdırlar.

Bu məsələ haqda bir çox alimlərin fətvaları mövcuddur. Məsələn, Daimi elmi araşdırmalar mərkəzi və onun başında olan Şeyx Əbdül Əziz İbn Bəzz (Allah ona rəhmət etsin). Onlar, digər müsəlman ölkələrdə yaşayan müsəlmanlara: həmin ölkələrdə ayın çıxışlarına və s. kimi qaydalara riayət edilmədiyinə baxmayaraq - öz ölkələri ilə oruc tutub iftar etmələrini tövsiyə edirdilər. Amma camaat olmaq məsləhəti bütün bu fəsadlardan daha əhəmiyyətlidir. Çünki belə fəsadlar nəticəsində müsəmanlar arasında ikitirəlik yaranır. Bəziləri oruc tutur, digərləri isə iftar edirlər. Belə olduğu halda böyük fitnə-fəsad, şər baş verir. Bu fitnə-fəsad bir günü ramazan ayından hesab edib oruc tutmaqdan daha böyük və təhlükəlidir.

Biz bilirik ki, əgər səfər və ya xəstəliyə görə hansısa bir çətinlik olarsa ramazan ayında həmin adam iftar edə bilər. Bəs əgər deyilən məsələyə görə belə böyük və təhlükəli fitnə-fəsad varsa onda necə?!!!

Bu məsələdə insan qarşısında böyük bir genişlik mövcuddur. Ona görə alimlər öz fətvalarında deyirlər ki; əgər insan bir ölkədə oruc tutur sonra isə ramazan ayında başqa ölkəyə səfər edir və həmin ölkənin camaatı bir gün tez iftar edəndə onun tutduğu oruc günlərinin sayı cəmi (28) gün olursa necə etməlidir? Belə halda o getdiyi ölkənin əhalisi ilə iftar etməli sonra əksik günləri qəza etməlidir. Çünki qəməri aylar 29 və ya 30 gün olur.

Əgər ramazan ayından bir gün naqis olsa onda həmin günün əvəzinə bir gün qəza etməlidirlər. Belə olduqda onlar həm ramazan ayını tamamlar, həm də camaata tabe olarlar.

Mən, camaatın müraciət etdikləri, sözlərini dinlədikləri və onları örnək olaraq götürdükləri elm tələbələrini həzər edərək (çəkindirərək) deyirəm! Qoy bir olsunlar, öz aralarında müşavirə etsinlər və məsələ haqda alimlərdən soruşsunlar sonra isə bu fətvaları camaata çatdırsınlar. Belə olduğu halda camaatda onlara qarşı inam yaranar, böyük məsləhət və xeyir olar.

Camaatın bir olması, onların ixtilaf etməməsi özü böyük məsləhətdir. Ona görə elm adamları bunlara xüsusi diqqətlə yanaşmalıdırlar.

Allah bizim hamımızı Öz dinində sabit etsin!... Allah daha yaxşı biləndir!. Allah bizi və bizim camaatımızı Öz dinində sabit etsin, bizi fitnə-fəsaddan və parçalanmaqdan qorusun.... Amin!



Son sözümüz.
Uca Allah baş vermiş ixtilaflarda bizləri öz izni ilə haqqa yönəltsin.Dinində fəqih, fəhmli olmaq kimi nemətlə şərəfləndirsin.Bizləri fitnə və fitnə əhlindən qorusun.Bilmədən etdiklərimiz barədə elmimizi artırsın.Bilərkdən etdiklərimizdən isə tövbə etməyi bizə nəsib etsin.Əmin.
Uca Allah daima camaatımızı ixtilaf və parçalanmalardan qorusun.
Əmin.

 

Bölmə: Ramazan | Baxılıb: 2076 | Yüklədi: selefimedia