Baş səhifə » 2014 » İyun » 23 » Ramazan ayı ilə bağlı fətva verildi.29 iyun Ramazanın 1-dir.
15:37
Ramazan ayı ilə bağlı fətva verildi.29 iyun Ramazanın 1-dir.
29 iyun Ramazan ayının 1-ci günü, iyunun 28-i orucluğun niyyət gecəsidir

 

Bakı. Mübariz Aslanov – APA, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan fətvada bildirilir ki, Ramazanın hər gəlişi İslam aləmi üçün böyük sevincdir, çünki müqəddəs Qurani-kərim bu ayda nazil olub, xeyir-bərəkət bu ayın rəhmətinə bağlanıb.

 

“Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasını tərtib edib. Builki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il - hicri tarixi ilə  Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir.

------------------
Ramazanın başlanması və sonu İXTİLAFları haqqında Alimləriin fətvaları üçün bu linkə daxil olun:

Ramazanın başlanması və sonu İXTİLAFları haqqında fətvalar.

Bölmə: Ramazan | Baxılıb: 835 | Yüklədi: selefimedia