Rabi ibn Huseymin Munzir əs-Səuriyə etdiyi nəsihət - Ya Munzir, bildiyin şeylərdə Allahdan qorx! Bilmədiklərini isə bilənlərə həvalə et.
Ya Munzir, heç biriniz: "Allahım sənə tövbə edəcəyəm!”- deməsin. Sonra
tövbə edə bilməsə bu yalan olacaqdır. Əksinə desin: "Allahım, tövbəmi
qəbul et!” – bax, bu bir dua olar. …
Ya Munzir, bil ki, Xeyir istəyib, şərdən sığınmaq, yaxşılığı əmr edib,
pisliklərdən çəkindirən, eləcə də Lə iləhə illəllah, Əlhəmdulilləh,
Allahu Əkbər, SubhənAllah və Quran ayələrindən başqa heç bir sözdə xeyir
yoxdur. Ölümü çox anın. Çünki siz onu gözləyirsiniz, o isə
uzun müddətdir görünmür. Uzun müddət görünməmək o deməkdir ki, artıq
onun qayıtmasına az qalmışdır. Bunu dedikdən sonra gözləri yaşarır və bu ayələri oxuyur:
- Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq, sənin Rəbbin və
səf-səf (düzülmüş) mələklər gələcək və o gün Cəhənnəm gətiriləcək. O gün
insan (günahlarını) xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona nə
faydası? (Fəcr, 21-23) _________________ Tərcümə: əz-Zubeyr İstifadə etdiyim mənbələr:
• İbn Həcər, Təhzibut-Təhzib • Əbu Nuaym, Hılyətul-Əuliyyə, 11/105-118 • İbnul Cəuzi, Sıfətus-Səufə, 111/59-68 • Əhməd bin Hənbəl, Kitabuz-Zuhd, səh.336 • İbn Qutaybə, əl-Məarif • İbn Həzm, Cəmhərul-Ənsabil-Arab • İbn Saad, Ət-Təbəqatul-kubra VI/10
|