kkkk
Məqalənin tamamını yox əsas məqami xususi olaraq paylaşırıq.
Gözəl açıqlamadır.Allah qardaşıda, bütün müsəlmanlarıda dinində sabit etsin.Amin.
-----------
- İndi verəcəyim sualı əvvəlcə redaksiyada müzakirə elədik. İkitirəlik yarandı: kimi dedi ki, sual verilməlidir, kimisi də dedi ki, verilməməlidir. Mənə görə cəmiyyətdə bu məsələyə birdəfəlik nöqtə qoymaq üçün məhz bu sual indi Sizə verilməlidir. Özünüz də bilirsiniz ki, “Qarabağ”da oynayan futbolçuları və Qurban Qurbanovu hansısa dini tamayüllü hesab edirlər. Bəlkə Qurban Qurbanov konkret olaraq dini baxışlarını açıqlasın və məsələ də bununla bitsin, cəmiyyətdə də bu məsələnin müzakirəsi bağlansın.
- Çox söz-söhbət olur, bunun niyə olduğu mənə çatmır. Biz nəyi düz eləmirik və nəyi pis edirik? Hamımız özümüzü müsəlman sayırıq. Biz Məhəmməd peyğəmbərin (s.ə.s.) yolunu gediriksə, dediklərini etməyə, dinimizi təbliğ etməyə çalışırıqsa, pis fikir və əməllərdən, dedi-qodudan, spirtli içkidən, insan orqanizminə ziyan olan hər bir şeydən uzaq olmaq istəyiriksə, bunun nəyi pisdir?
- Sualı belə qoyaq: Qurban Qurbanov dindardır, yoxsa hansısa dini təriqətin üzvüdür?
- Çalışıram ki, dinin tələb etdiyi vacib əməlləri yerinə yetirim, müsəlman kimi yaşayım və müsəlman kimi də dünyadan köçüm. Mənim o dərəcədə elmim də yoxdur ki, bunu hərf-hərf açıqlayım. Mənim bildiyim odur ki, vəhhabi təriqəti, ümumiyyətlə, yoxdur. Bu, sadəcə uydurmadır. Kimisi saqqal saxlayır, kimisi saxlamır. Hərəyə bir ad qoşsan, gəlib hara çıxacaq? Bunların hamısı boş şeylərdir. Buna önəm də vermirəm. Peyğəmbərin (s.ə.s.) üstünə su da atıblar, döyüblər də, yeri gələndə tüpürüblər də, amma o, Allahın rəsulu kimi onun dediklərini yerinə yetirməyə başlayıb. Dini hansı formada insanlara çatdırmaq lazımdırsa, öz işi ilə məşğul olub. Onlar belə şeylərə səbr ediblərsə, qoy minlərlə adam desin ki, Qurban “filankəsdir”. Heç bir pis yolun yolçusu deyiləmsə, kiməsə pislik etməməyə, düzgün və təmkinli, təmiz olmağa çalışıramsa, qoy kim nə danışır danışsın. Kimin haqqında danışmırlar ki? O tip fikirləri ortaya atanları zəif insan sayıram. Önəm vermirəm, yəqin ki, bu məsələ ilə bağlı məndən indiyə kimi bu qədər geniş açıqlama eşitməmişdiniz. Bundan sonra nə qədər istəsələr danışa bilərlər. İndi elə dövrdə yaşayırıq ki, bilirlər Qurban hara gedir, hardan gəlir. Hamı bilir ki, kim hansı yolun yolçusudur. Ən zəif insanlar bilmədiyini danışan, böhtan atan insanlardır.
- Bu tip söhbətlər “Qarabağ”ın imicinə zərbə vurmaq üçün atılan addım ola bilər?
- Bəlkə də düşünülmüş fikirlərdir. Əgər biz, rəhbərlik, futbolçular, məşqçilər olaraq bir-birimizə inanırıqsa, media nümayəndələri, dövlət məmurları bizi tanıyırsa, bizim narahat olacaq bir işimiz yoxdur. 40 yaşımız var, bioqrafiyamızı 40 dəqiqə içində danışa bilərik. Amma böyük ümidlərlə “Çempionlar Liqasının qrupuna düşək”, “çempion olaq” kimi xəyallar qururuq. Axırda özümüzlə nə aparacağıq? Ən azından pis ideya və fikirlərdən, kiminsə dalınca danışmaqdan uzaq olaq. Qalan şeylər inşallah düzələr. Qurbanın içdiyi, siqaret çəkdiyi vaxt da olub. Qurban onda yaxşı olub, indi o vərdişlərdən uzaqdır deyə pis oğlan olub?
- Neçə yaşında ibadətə gəldiniz?
- Gözümü açandan anamı namaz qılan görmüşəm. O vaxtlar namaz qılmasam da, yaxşı əməllər etməyə çalışmışam. İbadətə Rusiyadan Bakıya dönəndən sonra, 31 yaşında başladım.
Mənbə:
http://virtualaz.org/idman/31218
|