15:06 Quran yas mərasimlərində dilimizdə oxunsunmu? | |
Quran yas mərasimlərində dilimizdə oxunsunmu?
Spiker Oqtay Əsədov Milli Məclisdə müzakirələr zamanı dini məsələlər haqda danışıb. Teleqraf.com-un
xəbərinə görə, spiker deyib ki, yas mərasimlərində Qurani-Kərimdən olan
ayələrin Azərbaycan dilində oxunmasını məqsədəuyğun hesab edir.
Onun fikrincə, belədə insanlar duaların mahiyyətini daha yaxşı
anlayarlar: "Dinimizin əsas kitabı Qurani-Kərimdir. Bu kitab Azərbaycan
dilinə tam tərcümə olunub. Ərəb dilində dua oxunanda onu çox adam
anlamır. Bu məsələyə də diqqət yetirmək lazımdır. Əgər bu kəlamlar bizə
lazımdırsa, qoy, öz dilimizdə deyək ki, hamısı başa düşsün. Məclislərdə
oxunan Qurani-Kərimdən ayələr öz dilimizdə oxunsa, daha yaxşı olar”. Teleqraf.com
mərasimlərdə Quran ayələrinin azərbaycan dilində oxunmasına münasibət
öyrənmək üçün tanınmış ilahiyyatçıların fikirlərini öyrənib. Qafqaz
Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah bildirdi ki,
Quranın müxətlif dillərdə tərcümə olunması və ayələrin başqa-başqa
dillərdə oxunması təkliflərinə normal baxmaq lazımdır: "Maarifçilik üçün
Quranın hər millətin başa düşdüyü dildə izah olunması normaldır. Sırf
rəsmi dini konteksdən baxdıqda bu məsələ mübahisəlidir. Quranda elə
rituallar var ki, dəyişilməzdir. Məsələn, namazın dili dəyişilməz.
Peyğəmbərimiz namazı hansı dildə qılıbsa, bütün müsəlmanlar onu həmin
dildə qılmalıdır. Bununla bütün namaz qılanlar müsəlmanları tanıyır.
Quranın ərəbcədən oxunması vacibdir. Amma onun Azərbaycan dilində izahı
müsbətdir. Mərasimlərdə ayəni ərəbcə deyib, azərbaycanca izah oluna
bilər. Amma rəsmi dini törənlərdə Quranın başqa dildə oxunmasının savabı
olmaz. Ərəb diliz zəngin dildir. Elə məsələlər var ki, onu yalnız ərəb
sözlərilə ifadə etmək olar. Bu mənada mən Quranın ərəbcə oxunmasını,
amma Azərbaycan dilində izah olunmasına müsbət yanaşıram" "Əbu
Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov hesab edir ki, Quran
ayələrinin dilimizdə izah olunması problem deyil: "Ola bilsin ki, spiker Quran ayələrinin, duaların Azərbaycan dilində şərh olunmasını nəzərdə tutub: "Quran Azərbaycan dilinə tərcümə olunub, dilimzdə ayələrin izahları verilib və s. Amma Azərbaycan dilində ibadət etmək, ayələr oxumaq düzgün deyil. Olmaz. Bunun savabı da yoxdur. Bu, artıq kəlam sayılmır. Heç bir müsəlman ölkəsində belə şey yoxdur". -------------------- Ruslan. http://teleqraf.com "Suriyada döyüşənlərin qarşısını almaq həqiqətən çətindir”Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu, çox ciddi məsələdir: "Lakin oradakı (Suriyadakı) azərbaycanlıların hamısına terrorçu demək düzgün deyil. Ondan 2 dəfə çox Avropadan gələn nümayəndələr Azərbaycandakı döyüşlərdə iştirak ediblər. Onları terrorçu kimi damğalamaq olmaz. Bunun üzərində işləmək lazımdır. Bunlar muzdlu əsgərlərdir. Onların qarşısını almaq həqiqətən də çətindir. Bu məsələlərdə problemlər var".Spiker deyib ki, islam dini çox mütərəqqi dindir. O.Əsədovun fikrincə, internetdə açıq terrorizmə çağırış məsələlərinə baxmaq lazımdır. | |
Bölmə: Xəbərlər | Baxılıb: 1409 | |