İndi Binə ticarət mərkəzində işləyən qardaşları
siyahıya alırlar. Neynəyək, ticarətlə məşğul olmayaq? Hər kəs orda öz
ailəsinin ruzisini qazanır da. Radikalların artmasının əsas səbəbləri
xaricdə olsa da, daxildə də yetərincə səbəb var. Dövlət addımlarına
fikir verməlidir. Saqqallarını qırxmaqla guya onlar fikirlərindən
dönürlər? Tam tərsi, radikallaşmaqlarına təkan verirlər.
-------------------------
Çox qəribədir ki, Əsəd tərəfində döyüşən azərbaycanlıların adını
çəkən yoxdur.
Hizbullahın liderinin
Liviyadan etdiyi çağırışa görə, gedib orda döyüşən Azərbaycan şiələri az
deyil. Mən o adamın çağırışına qulaq asdım. Loru dildə desək, deyirdi
ki, həm sünni, həm də şiə olanlar gəlsin "razborkamızı” orda həll edək.
Şiələrdən gedib döyüşənlərin əksəriyyəti elə o Nəsrullahın çıxışına
görədir.
Onu da deyim ki, Əsəd tərəfində ermənilərdən də gedib
döyüşənlər var. Çünki ermənilər suriyalılara borcludurlar. Çünki
suriyalı ərəblər və ermənilər Qarabağ müharibəsi zamanı ermənilər
tərəfində vuruşub.