Baş səhifə » 2014 » Noyabr » 14 » Qamət Süleymanov Zöhrab Şıxəliyevin həbsindən danışdı :"Buna inanmıram"
10:42
Qamət Süleymanov Zöhrab Şıxəliyevin həbsindən danışdı :"Buna inanmıram"

Qamət Süleymanov Zöhrab Şıxəliyevin həbsindən danışdı:

"Buna inanmıram"

"Mən Zöhrab Şıxəliyevin silah-sursat saxlaya biləcəyini  yəqin etmirəm".
 
Bunu Avropa.info-ya açıqlamasında "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov,  dünən Sumqayıtın Corat qəsəbəsində həbs  olunan, 1978-ci il təvəllüdlü  Zöhrab Şıxəliyevin həbsi haqqında danışarkən deyib.
 
"Bu xəbər bizi çox təəcübləndirdi. Bildiyimiz kimi  Zöhrab Sumqayıtda radikallara qarşı olan bir şəxs idi o hər zaman onlara qarşı kəskin mövqe sərgiləyirdi.  Zöhrab Sumqayıtda məscid olmadığına görə, öz evini məscid etmişdi. Mən Zöhrabın silah sursat saxalaya biləcəyini yəqin etmirəm."
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin dünən yaydığı açıqlamada , Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanıldığı və axtarış nəticəsində evindən silah-sursat çıxdığı bildirilib.

Mənbə: http://avropa.info/?xeber=71392
---------

 

Sumqayıt sələfilərinin lideri Zöhrab Şıxəliyev həbsinə onun ən yaxın silahdaşı hesab olunan "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov münasibət bildirib. 

 

“Qafqazinfo” xəbər verir ki, o, aznews.az-a açıqlamasında iddia edib ki, Zöhrab Şıxəliyev radikalların düşməni olub:

“Zöhrab Şıxəliyev Sumqayıtda radikalların bir nömrəli düşməni idi. O, radikallara qarşı çox sərt mövqe tutmuşdu. O, heç vaxt hökumətə qarşı olmayıb”. 

Q. Süleymanov Sumqayıtda radikallığın artdığını bildirib və bunun səbəbinin ibadət yerinin olmamasıyla əlaqələndirib: 

“10 -15 il bundan öncə orada süni məscidi var idi. Onu da bağladılar. Bunun nəticəsində Sumqayıtda radikallıq artdı. Son bir ildə mərkəzi məsciddə namaz qılmaq üçün cəhd etdilər. Lakin orda peoblem yarandığından əhalini həmin məscidə qoymadılar. Bunun nəticəsində Zöhrab evində namaz qılınması üçün şərait yaratdı. Nəsə yeraltı zirzəmi, keçid olmayıb. Sadəcə evində bir yer ayırmışdı ki, camaat orda namaz qıla bilsin”. 

Zöhrab Şıxəliyevi yaxından tanıdığını deyən Hacı Qamət Süleymanov onun mətbuatda təqdim olunduğu kimi bir adam olmadığını söyləyib: 

“Normal, hamı kimi biridir. Mətbuatda təqdim edildiyi kimi olsaydı, biz heç onunla yaxınlıq etməzdik. O, radikal deyildi, elə fikirlərdən uzaq idi. Əksinə, Sumqayıtda radikalların bir nömrəli düşməni idi. O, öz əməlləri ilə göstərmişdi. Kim razı olar ki, 30-50 nəfər evində daimi namaz qılsın. O, dövlətin xeyrinə iş görmüşdü. İndi durub onu vəsf etmək ki, başqa şey olub. Hamımızı təəccübləndirir. Hesab edirəm ki, təhqiqat aparılır və o, azad olunacaq”. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin dünən yaydığı açıqlamada Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanıldığı və axtarış nəticəsində evindən silah-sursat çıxdığı bildirilib.

 

Qamət Süleymanov:

“Zöhrab Şıxəliyev dini baxışlarında radikal deyildi”

“Təkcə mən yox, radikal olmayan sələfilər də Zöhrab Şıxəliyevi yaxşı tanıyırdılar”, - fəaliyyəti dayandırılmış “Əbu-Bəkr məscidi”nin imamı Qamət Süleymanov  Turan-a bildirib.

O, Z.Şıxəliyevin dində radikallığa qarşı olduğunu, buna görə də həbsinin qeyri-radikal sələfilər daxilində təəccübə səbəb olduğunu söyləyib. Q.Süleymanov Z.Çıxəliyevin silah saxlaması haqda məlumatların inandırıcı olmadığını nəzərə çatdırıb.

Onun sözlərinə görə, Z.Şıxəliyev yaşadığı Corat kəndində məscid yox, özünə ev tikib. Tikilməkdə olan evin zirzəmisini sələfilərə namaz qılmaq üçün verib ki, bunun da səbəbi var. Q.Süleymanov Sumqayıtda əhli-sünnə üçün məscidin olmadığını, şəhərdəki bir məsciddə namaz qılmaq istəyən sələfilərə problem yaradıldığını açıqlayıb. Onun sözlərinə görə, sələfilər bu evin zirzəmisində 2 ilə yaxındır ki, namaz qılırlar.    

“Düzdür, onun ünvanına irad və qınaqlar var idi, Z.Şıxəliyevi  sələfilərə namaz qılmağa şərait yaratmaqda qınayırdılar, amma məsələ indiki kimi həbsə qədər gəlib çatmamışdı”, - Q.Süleymanov bildirib.

Onun sözlərinə görə, Z.Şıxəliyevlə birgə daha 9 nəfər sələfi saxlanılıb, onlar 10 saata yaxın polisdə saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Q.Süleymanov deyib ki, həmin sərbəst buraxılan şəxslərə cümə günü saat 9:00-da polisə gəlmək tapşırığı verilib. . “Bizə dedilər ki, saqqallarınızı qırxın, ondan sonra idarəyə gəlin, biz də saqqallarımızı qırxmaq niyyətində olmadığımız üçün polisə getmədik”-deyə Z.Mehdiyev bildirib.

Ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları noyabrın 13-də Z.Şıxəliyevi saxlayıb, evində silah-sursat, 500 nüsxəyə yaxın qadağan edilən ədəbiyyat aşkarlanıb.


Sumqayıtda tutulan Zöhrab Şixəliyev haqqında müdhiş iddialar

 

Axar.az Z.Şıxəliyevlə bağlı arayış əldə edib. Şıxəliyev təriqətin ruhani liderlərindən olmasa da, aktiv sələfilərdəndir. O, bu ilin yanvarında üçmərtəbəli evini sələfilərə ibadət etmək üçün istifadəyə verdiyini mətbuata açıqlamasında təsdiqləmişdi. 


Z.Şıxəliyevin adı ötən il Sumqayıtda sələfilərin cümə məscidini ələ keçirmək cəhdində hallanmışdı. Həmin vaxt bir qrup sələfi məscidə gələrək, bu məsciddə camaat namazı qılmaq istədiklərini bildirmişdi. 


Ancaq həmin vaxt məsciddə rəsmi təyinatlı axundla yanaşı, ikinci bir ruhaninin camaat namazı qılmaq istəməsi yerli dindarların narazılığına səbəb olmuşdu. Bir neçə gün qarşıdurma vəziyyəti yaransa da, sonradan sələfilər geri çəkilməyə məcbur olmuşdular. 


Maraqlıdır ki, Zöhrab Şıxəliyev Suriyada döyüşməyə gedənlərin tərəfdarları olmadığını, başqa qruplaşmanın üzvü olduğunu demişdi. Üstəgəl vurğulamışdı ki, hökumət qurumları bu qruplaşmaları yaxşı tanıyır. 


Qeyd edək ki, Z.Şıxəliyev Sumqayıtda Qamət Süleymanov tərəfdarlarının əsas simalarından biridir.

http://axar.az/news/34716


------
Saytımızın arxıvı:

Zöhrab Şıxəliyev:"Sumqayıt Cümə Məscidinə getməyimizə radikal dindarlar etiraz edirlər."
http://selef-media.ucoz.ru/news/zohrab_six_liyev_sumqayit_cum_m_scidin_getm_yimiz_radikal_dindarlar_etiraz_edirl_r/2014-03-13-909

Sumqayıtlı sələfi Zöhrab:"Nəinki Qarabağı, elə Göyçə mahalını da alıb orada Heydər məscidi tikdirməyə hazırıq."
http://selef-media.ucoz.ru/news/sumqayitli_s_l_fi_zohrab_n_inki_qarabagi_el_goyc_mahalini_da_alib_orada_heyd_r_m_scidi_tikdirm_y_haziriq/2014-01-25-867​


Bölmə: Xəbərlər | Baxılıb: 1544 | Yüklədi: Azerislamoglu