Zöhrab Şıxəliyev:"Sumqayıt Cümə Məscidinə getməyimizə radikal dindarlar etiraz edirlər." - 13 Марта 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » Mart » 13 » Zöhrab Şıxəliyev:"Sumqayıt Cümə Məscidinə getməyimizə radikal dindarlar etiraz edirlər."
11:39
Zöhrab Şıxəliyev:"Sumqayıt Cümə Məscidinə getməyimizə radikal dindarlar etiraz edirlər."
Zöhrab Şıxəliyev:

"Bütün fəaliyyətimiz insanları radikallaşmaya aparan yoldan uzaqlaşdırmaq və onları maarifləndirməkdir”
 Sumqayıtda evini əhli sünnə camaatının ibadəti üçün verən sələfi Zöhrab yazılanlara dair danışdı - MÜSAHİBƏ

Zöhrab Şıxəliyev:

"Bütün fəaliyyətimiz insanları radikallaşmaya aparan yoldan uzaqlaşdırmaq və onları maarifləndirməkdir”

Bir müddət əvvəl "Xeberle.com"-a müsahibəsində öz evini sumqayıtlı sələfilərin məscidi kimi istifadəsinə verdiyini açıqlayan Zöhrab Şıxəliyev son günlər mətbuatda yazılanlarla bağlı fikirlərini bizimlə bölüşüb. Belə ki, mətbuatda ötən həftə Zöhrabın yaşadığı Corat qəsəbəsindəki evinin yaxınlığında iki traktorun toqquşması nəticəsində qəza baş verdiyi və qəza nəticəsində traktorlardan birinin yoldan çıxaraq Zöhrabın yaşadığı evin həyətinə girdiyi barədə məlumatlar yayılmışdı. Məlumatda həmçinin bildirilirdi ki, həyətində aşkarlanan qanunsuz tikintinin söküntüsünə cəlb olunan ağır texnika çətinliklə üzləşib. Dəmir-beton konsturuksiyalar o qədər möhkəm tökülüb ki, sanki ev deyil, hündürmərtəbəli bina tikiləcəkmiş.

 "Xeberle.com" yazılanlarla bağlı Zöhrab Şıxəliyevin mövqeyini öyrənib.

 - Siz mətbuatda yayılan məlumatlarla bağlı nə deyə bilərsiniz? Bunlar həqiqətdirmi?

 - Bismillahi-r-Rəhmani-r-Rəhim. Mən öz evimin yanında hər bir Azərbaycan vətəndaşı kimi mülkiyyət hüququmdan istifadə edərək digər bir ev tikmək niyyətindəyəm. Tikinti işlərinə başlasam da, sənədləşmə işləri tam yekunlaşmayıb. Aidiyyəti dövlət qurumlarından gələrək tikintini dayandırmağı, lazımi sənədləri qaydasına salmağı və bəzi rekonstruksiyaları sökməyi tapşırdılar. Qanunvericiliyin tələbinə hörmətlə yanaşaraq deyilənlərə əməl etdim. Ötən gün Qafqazinfo.az saytı guya ki, mənim evimin yanında böyük bir tikilinin aparıldığını və onun söküntüsü zamanı ağır texnikanın çətinliklə üzləşdiyini, dəmir-beton konsturuksiyaları sökməyin çətin olduğunu yazıb. Əvvəla, demək istəyirəm ki, söküntü işləri əl ilə aparılıb və heç bir texnika cəlb olunmayıb. Daha sonra isə sayt yazır ki, evimin yaxınlığında iki traktorun toqquşması nəticəsində qəza baş verib. Qəza nəticəsində traktorlardan biri yoldan çıxaraq mənim yaşadığım evin həyətinə girib. Bu da tam yalan və həqiqətə uyğun olmayan bir böhtandır. Heç bir qəza-filan olmayıb. Evimin ətrafında olan müşahidə kameraları vasitəsilə gün ərzinde baş veren görüntülər qeydə alınır. Əgər kimsə buna şübhəylə yanaşırsa, videgörüntüləri təqdim edə bilərəm. Sayt gərək jurnalist etikasına hörmətlə yanaşaraq qarşı tərəfin də mövqeyini öyrənərdi.

- Evinizi məscidə çevirdiyiniz qeyd olunur.  Olmazmı ki, Sumqayıtda olan məscidlərdə ibadət edəsiniz?

 - Bu gün ölkədə dini müstəvidə çaxnaşma salmaq istəyən qüvvələr var və onlar özlərinin təsir əhatəsində olan media vasitələrindən istifadə etməklə özlərinin qərəzli və məkrli niyyətlərini həyata keçirmək istəyindədirlər. Ötən müsahibəmdə bildirmişdim ki, Sumqayıt şəhərində əhli sünnə məscidi olmadığından ibadət əhli Ceyranbatan məscidinə üz tutur. Bura da şəhərdən uzaqdır və hər zaman ora getmək mümkün olmur. Eyni zamanda dindarların, adi inanclı insanların maariflənməsi bu gün ən vacib və aktual məsələlərdən biridir. Çünki məscidlərin olmaması ibadət edən insanların müxtəlif cərəyanlara xidmət edən radikal qruplaşmalara düşmə ehtimalını artırır. Yəni, məscidlərin olmaması radikallaşmaya aparır. Biz isə radikalizmin əleyhinəyik və buna qarşı mübarizə aparırıq. Bilirsiniz ki, Sumqayıt əhli sünnə camaatı təmirdən sonra cənab Prezidentin iştirakı ilə açılışı olan Sumqayıt Cümə Məscidinə ibadət etmək üçün getsələr də, oranın radikal yönümlü dindarları tərəfindən məscidə buraxılmamışdılar.

 - Evinizdə dini dərslər də keçirilir?

- Sumqayıt əhli sünnə camaatının namaz qılmaları, elm öyrənmələri və maariflənməyi üçün yer olmadığından mənim şəxsi evimdə toplaşırdılar. Orada isə aparılan bütün dərslərin audio və video yazıları aparılır. Bütün fəaliyyətimiz isə insanları radikallaşmaya aparan yoldan uzaqlaşdırmaq və onları maarifləndirməkdir. Gəlin bir anlıq təsəvvür edək ki, mənim də evimdə əhli sünnə camaatının toplaşmasının qarşısı alındı, bu nə ilə nəticələnəcək? Biz onda məcbur olub yenidən Sumqayıt Cümə Məscidinə getməli olacağıq. Buna isə oranın radikal dindarları etiraz edirlər. Bu isə ciddi qarşıdurma yarada bilər və bunda da maraqlı qüvvələr var. Biz isə heç bir halda qarşıdurmaya getməyəcəyik. Müsəlman hakimə və dövlətə qarşı çıxmaq sələf əqidəsinə görə haramdır. Mən bir daha KİV nümayəndələrini dini mövzuda material hazırlayarkən diqqətli və obyektiv olmağa dəvət edirəm.

Söhbətləşdi: Ramil Zeynallı

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1039 | Yüklədi: selefimedia