Baş səhifə » 2013 » Dekabr » 31 » Qamət Süleymanov, Emin Hacıyev, Fərman İsyaev :" Paylanılan son vərəqlər haqqında məlumat " -video-mp3-
22:41
Qamət Süleymanov, Emin Hacıyev, Fərman İsyaev :" Paylanılan son vərəqlər haqqında məlumat " -video-mp3-
Qamət Süleymanov,Emin Hacıyev və Fərman İsayev.

" Paylanılan son vərəqlər haqqında məlumat "


Son olaraq Ömər Cumanovun bəyanı əlavə edildi-13.01.2014

Dinlə:



Mp3 Yüklə:


6.7 MB
 


 
 

Emin Hacıyevin son hadisələrə cavabı

Sual:

Əssələmu aleykum. Qardaş, Elxanın paylatdırdığı vərəqdə sənin də adını yazıb. Bir də Mübariz öz səhifəsində yazı paylayıb ki, guya siz Minada toplaşıb müzakirə etmisiniz ki, mənhəci bəyan etmək barədə oturub danışacaqsınız, sonra getməmisiniz. Bunlara açıqlama verərdiniz. Birdə Elxan sənin və Fərman qardaşın adından yayıb ki, siz ona yalançı demisiniz, bu doğrudurmu? Əgər doğrudursa onun yalanına isbatınız varmı? Allah razı olsun

Cavab:

 

Aleykum salam və rahməətullah. Əvvəla Allah Təalədən istəyirəm ki, hər birimizi haqqı haqq kimi göstərib ona tabe olanlardan, batili batil kimi göstərib ondan çəkinənlərdən etsin. Allah Təalə Quranda buyurur: Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Maidə. 8 Başqa ayədə buyurur: "Ey iman gətirənlər! Şahidliyiniz, özünüzün, valideyninizin və qohumlarınızın əleyhinə olsa belə, Allah üçün şahidlikdə ədalətli olun. Əleyhinə şahidlik etdiyiniz varlı və ya kasıb olmasından aslı olmayaraq Allah onlardan daha yaxındır. Havanıza uyub ədalətsizlik etməyin. Əgər yalan söyləsəniz, yaxud haqqı gizlətsəniz Allah sizin etdiklərinizdən xəbərdardır" Nisə 135 Qardaşım, mən sizin qeyd etdiyiniz hər iki yazını oxudum və bir açıqlama yazmağı qərara aldım: 1. Elxanın yaydığı iddia edilən vərəqdə mənim adımı və telefon nömrəmi yerləşdirib. Birinci onu deyirəm ki, bu yazının dəsti xətti açıq aydın sübut edir ki, bu Elxanın yazısıdır, bunu yazdığı dəlillərdən, misal gətirdiyi şer misralarından və tələbələrin nömrələrini yazmağından bəllidir. Həmçinin orda bəzi tələbələrin adlarını qeyd edib ki, bunu da yalnız Elxan yaza bilər. İkinci mənim adımı yazmaq məsələsinədə, Elxan çox gözəl bilir ki, mən Azərbaycanda deyiləm, necə olar bilər ki, mən o toplantıda olum? Üçüncü əgər Elxan təxmini edib yazıbsa deyirəm ki, ora nömrə yazdığında birinci özün zəng edərdin mənə, Emin sən mənə xəvaric demisən? Emin sən Qamətə beyət etmisən?...Ayrı vaxt gecə gündüz təsəbbütdən (dəqiqləşdirib danışmaqdan ) saysız hesabsız xütbələr verir, amma özü dediyinə əməl etmir. Dördüncü tələbələrin beyət etdiyini deyir. Mən də deyirəm: ألا لعنة الله على الكاذبين Allahın lənəti yalançıların üzərinə olsun! Eləcə də ona xəvaric damğası vurmaq məsələsini də mən orda iştirak edən bir neçə nəfərdən dəqiqləşdirdim, (məsələn Adil qardaşdan) dedilər ki elə söhbət olmayıb. Yenə deyirəm: Allahın lənəti yalançıların üzərinə olsun! 2. Elxan mənim adımı yazmaqla qabaqdan gəlmişlik edir, bilirdi ki, bir gün gec tez mən onu ifşa edəcəm, onun yalanlarını üzə çıxaracam. Çünki bildiyim yalanları var ki, əgər o yalanın biri bir adamda olarsa onun elmi tərk olunur- o yalanlar bir adamda cəm olsa necə?! Bu yalanlardan biri: 2012 ci il Həccdə Elxan mənə dedi ki, Emin, mənim tərcüməmə burda mane olurlar. Mən də dedim ki, elə şey ola bilməz. Çünki, mən tez tez nəşriyyata gedirəm və soruşuram , mənə deyirlər ki onun tərcüməsi növbədədir , vaxtı gələndə çap olunacaq. Ona görə də inanmıram kimsə nəsə etsin yaxud edə bilsin. Dedi Emin, mən nəşriyyata gedib dəqiqləşdirəcəm. Dedim yaxşı... Həccdən sonra Elxangil Azərbaycana qayıdan gün Haramda görüşdüm. Soruşdum ki Elxan, nə oldu getdinmi? Dedi getdim və məktubu da gözümlə gördüm. Yazılmışdı ki bunun əqidəsi xarabdı bunun tərcüməsini çap etməyin... mən şoka düşdüm. Məsələnin mənə aidiyyatı olmasa da arada iki qardaşım- Fərmanla Elnur ittiham olunurdu. Bir tərəfdən bu deyirdi ki gözümlə görmüşəm , digər tərəfdən də həmin tərcüməni Fərmanla Elnur yoxlayıb nəşriyyata təqdim etmişdilər ki çap olunsun. Necə ola bilərdi ki 1 ildən artıq əziyyətlərinin üzərinə xətt çəksinlər? Mənim Elxana deyəcək bir sözüm olmadı , görüşüb ayrıldıq. Bir neçə gün sonra nəşriyyata getdim. Orda Asiya dilləri üzrə şöbənin məsul işçisidir. Muhammad Əşrafla görüşdüm. Təkrar soruşdum ki nə oldu çap olunmadı? Dedi ki, növbədədir vaxtı gələndə çap olunacaq. Dedim belə bir xəbər yayılıb ki guya çap olunmayacaq mane olurlar? Dedi boş söhbətdir. Necə mane oluna bilər ki artıq din işləri naziri Şeyx Saleh əli Şeyx çap haqda qərar verib?! Elxanın özü də gəlmişdi bura dedik ki yaxınlarda çap olunacaq. Dedim ki, şeyx , mənə Elxanın özü dedi ki vərəqi özüm oxumuşam ki elxanın əqidəsi xarabdı çap etməyin. Dedi ki Elxan yalan danışır!!! Bundan sonra mənə Elxanın sifəti aydın oldu. Üstəlik də bu il apreldə Mədinə Universitetində konfransa gələndə Elnur çəkib Elxanı qırağa ki bu nə söhbətdir bakida bizim adımıza çıxarmısan? Elxan da deyib ki sizi yoxlayırdım görüm doğurdan da mane olmusunuzmu?? İkinci hadisə, mənə həccdən sonra Ömər Cumanov zəng etdi ki, Emin, konfransa gələnlər arasında Elxanın adı olub, sən gedib sildirmisən? Çünki, Elxan bunu binəqədi Arif qardaşa deyib, Arif də mənə dedi. Dedim yalandır, elə şey olmayıb! Bununla belə ürəyim durmadı , Universitetin həmin idarəsinə getdim və soruşdum ki, Elxanın adını mən sildirmişəm, yaxud kimsə sildirmək istəyib? Dedilər, elə bir şey olmayıb, onun və Mübarizin adı iştirakçılar sırasındadır. Dedim ki, özü gələndə sizin yanınıza gətirsəm ona deyə bilərsinizmi ki, belə bir şey olmayıb? Dedilər gətir. Konfrans vaxtı Elxanı çəkdim ki, belə söz demisən, gəl gedək soruşaq. Dedi ki, yox ehtiyac yoxdur, sənlik bir şey olmayıb! Dedim bəs mənim adımdan belə demisən? Dedi mən tələsirəm.. Və çıxıb getdi.... Əziz qardaşlarım, bildiyiniz kimi yalan dində ən böyük günahlardandır. Hədisdə gəlir ki, mömin zina edə bilər, oğurluq edə bilər, amma yalan danışmaz. O ki, qaldı bu yalanı elm tələbəsi dediyimiz birisi, kimlərəsə böhtan ataraq etsin! Hədis elminin əsaslarından bilindiyi kimi, hətta heyvanı belə aldadan adamdan hədis yaxud elm götürülmür. Buna Cərh, tədil kitablarında yüzlərlə misal var. Bəs Elm tələbələrinin adına böhtan atıb yalan danışanlar necə?! 3. Elxan orda bəzi qardaşların adlarını yazıb ki, onlar orta mövqelidirlər, bununla həmin qardaşları öz tərəfində olanlar kimi qeyd edib, məsələnin tələbələr arasında iki tərəfə bölündüyünü camaata göstərmək istəyir. Əslində isə elə deyil. Əgər ədalətli adam idisə o zaman onların nömrələrini niyə yazmadı ki, camaat onlara da zəng edib onların da rəyini soruşsun ki, onlar nə rəydədir. 4. O vərəqdə hamının telefon nömrələrini yazıb ki, zəng edin soruşun. Sual: ey vərəqi yazan, sən o telefon nömrələrinə özün zəng edib dəqiqləşdirdinmi? Ikinci də izn olmadan kiminsə nömrəsini sosial şəbəkələrdə yaymağa sənə kim izn verib? 5. O ki qaldı, Elxanın yazdığı son bəyanata, orda da adillikdən danışıb amma adil olmayıb. Bəli tələbələr Həccdə toplandılar, amma orda Elxanın mənhəcinin bəyan olması söhbəti getmədi. Orda Elxanla Qaməti barışdırmaq söhbəti getdi. İnsan danışanda gərək adil ola, emosiyaynan danışmaya. Haqqı söyləyə. 6. Sonra yazıb ki, kitablarından çəkindirirlər. Bu da bir yalandır. Hər zaman qardaşlar onun kitablarından faydalanmağı tövsiyə ediblər, çünki o kitablar Elxanın deyil, Ya Allahın kəlamıdır, ya Hədislərdir, ya da sələf alimlərinin kitablarıdır. Amma əsl maneçiliyi Elxan etdi, Bütün Mədinə tələbələrinin kitablarını Burhan dükanından çıxartdı. Hətta o kitabların içində Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləri olan Sünən Əbu Davudu belə çıxartmaqdan çəkinmədi. O ki qaldı Elxana olan mövqemə, yuxarıda qeyd etdiyim kimi, bu insandan gördüyüm yalanlara görə bu insanın elmini tərk etməyi tərcih edirəm. Çünki yalançıdan elm götürmək sələfin mənhəcindən deyil. Qaldı ki, bəzi qardaşların dəlil tələb etməsinə ki, isbat edin ki, Elxan xəvariclərə dəstək verir- bunun cavabı odur ki, ola bilər ki, buna dəlil gətirmək çətin olsun, çünki, Elxan elə söhbətlərdə həmişə telefonları söndürməyi əmr edir. Yaxud da zapis olarsa onları silməyi tələb edir. Məsələn 2005 ci ildə Ləzgi məsçidində Xəvariclər adlı bir dərs verdi. Hər kəs o dərsi zapis etdi. Eləcə də mən də zapis etdim. Elxan o dərsdə bəzi yerlərdə xətaya yol vermişdi, hətta xəvaric kəliməsinin Allah yolunda xuruc edib cihada çıxan kəliməsindən əmələ gəldiyini demişdi. Söz söhbət yayılanda Elxan hər kəsdən o zapisləri alıb qaytarmadı. Eləcə də məndən də istədi ki, özümdə yaxşı zapis olmayıb ver köçürüm. Mən də verdim. Sonra gəldi ki onu bir daha sənə qaytarmayacam. Bəli ortada dəlillər olmasa da qarainlər yəni əlamətlər var, Məsələn Elxanın Müşviqdə dərs deməsi, hansı ki, orda digər tələbələri imam keçməyə qoymurlar, Ləzgidə Adilin imamlıqdan və dərsdən mane olunması, hansı ki, Elxana bu maneə yoxdur üstəlik də Mübariz ora imam təyin olundu. Üçüncüsü, Təkfirə meyilli insanların, Mədinə tələbələrinin ardınca danışanların Elxanın ətrafında toplanması... Belə əlamətlər çoxdur. Amma bunlar bizə əsas vermir ki, biz Elxana xəvaric deyək, ona görə də demirik. Sadəcə deyirik ki, onlarla səffini ayır. Elxan deyir ki, sələf alimləri mövqelərini necə bildiriblər? Cavab odur ki, hər kəsdən durduğu yerdə müəyyən məsələdə mövqe tələb olunmur. O insandan tələb olunur ki, o müəyyən məsələdə ittiham olunur. Elxandan Sadəcə tələb olunan odur ki, əgər bir adamın adından nəsə danışılarsa gərək həmin məsələdə mövqeyini bəyan etsin. Necə ki, İmam Buxarini, Qurana məxluq deməkdə ittiham edəndə, Buxari, "Xalq Əfaalul ibəəd" kitabını yazıb həmin şübhələrə cavab vermişdir. İndi əgər Elxan da fitnə istəmirsə adına deyilən sözləri özündən uzaqlaşdırmaq üçün elmi bir dərs versin, və hər kəs görsün ki, bu sələfin mənhəcindən kənara çıxmır, üstəlik də onu dəlil gətirən xəvaric fikirli insanlar da görsünlər ki, Elxan onlarla deyil. Fitnə istəməyən bunu edə bilər. Sonda Allahdan istəyirəm ki, bizləri yalandan, nifaqdan qorusun. Bizləri Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi üzərində sabit etsin. Bizləri fitnəkarların atdığı böhtanlardan qorusun. Hər birimizin qəlbini islah etsin, Bizləri nəfsimizə devət edənlərdən yox, sırf Allaha dəvət edənlərdən etsin.

Emin Hacıyev, Mədinə İslam Universitetinin magistratura tələbəsi.

31.12.2013
-------------------------

Fәrman İsayevin son hadisələrə cavabı.

Bismilləh. Ömər Cumanov qardaşımızın yazdıqları ilə tamamilə razıyam. Mən 8 ildir ki, Mədinədə oxuyuram. Ondan qabaq da Abu Bakrda - Əlixandan, Qamətdən, Yaşardan, Mübarizdən, Ömərdən, Adildən, Qabildən və s. dərs almışam.
Burda mənimlə birgə olan tələbələr heç vaxt Qamətlə, Yaşarın və Əlixanın arasında olan şeylərə qarışmamışıq. Fitnədi deyə söhbəti yatızdırmışıq. Buna dəlillər:
1 - Fitnəyə görə Ramazanda baş verən ixtilafda hansı rəydə olsaq da, müxalifə dil uzatmamışıq. Baxmayaraq ki, şəriətin məqsədlərindəndir ki, hər kəs cəm olmalıdır.
2 - Qamətlə Yaşarın bizim yanımızda Əlixandan danışmasına razı olmamışıq. (Necə ki, Əlixan da bizim yanımızda onlar barədə danışıb. Şəxsən mənim yanımda. Mədinəyə gələndə. Yenə də fitnə olmasın deyə ört basdır etmişik. Heç bunu Yaşar da bilmir.)
3 - Əlixan qardaş Quranı tərcümə edib və onu Səudiyyə Ərəbistanda çap olmaq üçün "Malik Fahd" adlı quran çap etmə kompleksinə təqdim edib. Ordan da Şeyxlər bizə bu tərcüməni veriblər ki, səhvlər varsa yoxlayaq. Mən, Vasif Balaşov və Elnur Əliyev bu işi öz öhdəmizə götürdük. Baxdıq ki, tərcümə də səhvlər var. Mən özüm şəxsən Əlixana zəng etdim ki, belə xətalar var və təfsirlərdən dəlil gətirdim. Mənə belə cavab verdi: Qardaş nə istəyirsiniz onu da edin. Xəta varsa dəyişdirin. Dedik Allah razı olsun. Necə də ixlaslı qardaşdır. Həmin tərcüməni 8 cür təfsirə qayıdaraq xətaları bacardığımız qədər yoxladıq və düzəltdik. Tərcümə işi biraz gec alındıqdan təqribi olaraq 3 il gecikdi axırıncı dəfə keçən il Həccdə görüşdük. Hər şey yaxşı idi. Bizə heçnə demədi. Sonra Azərbaycana gedib, Abdulaziz adlı qardaşı söhbətə çağırıb. Bu da onun nömrəsidir 00994558249552 ona deyib ki, Fərman mənim tərcüməmi bilə-bilə gecikdirir. Qardaş da mənə xəbər verdi. Mən and aman etdim ki, insan o qədər zındıq, münafiq olar ki, Allahın kitabının yayılmasına mane olsun ? Get qardaşla danış. Özünə də mesajlar yazdım ki, bu nə söhbətdir Şeyx ? Sən burda idin mənə niyə belə şeyi demədin. Gedib orda camaata yayırsan ? Bir xəbər gəlmədi. Sonra qardaşla görüşüb deyib ki, yox Fərman yaxşı qardaşdır. Sadəcə olaraq başqalarına uyur. Onu yönəldirlər. Bu məsələni də yenə ört basdıq etdik. Allah şahiddir öz nəfsimizə görə bağışladıq və Mesaj yazdım ki, sən bizim Şeyximizsən. Səndən elm almışıq. Eybi yoxdur. Fitnə çıxmasın deyə. Sonra bu işdən yenə imtina etmədi. Bakıda hamıya yaydı. Hətta burda da Veysəl qardaşa deyib ki, kompleksdə mənə məktub göstərib şeyxlər. Məktubda yazıblar ki, Əlixanın əqidəsi xarabdır, onun tərcüməsini çap etməyin. Veysəl qardaş bunu Emin Hacıyev qardaşa deyib. Bizdə Eminlə getdik Şeyx Muhamməd Əşrəfin yanına (tərcümə işlərinə o baxır) və ona Əlixanın dediklərini dedik. Dedik ki deyir siz ona həmin məktubu göstərmisiniz. Şeyx belə dedi: Yakzib.. Yəni yalan deyir. Belə bir şey olmayıb. Lap olsa belə bu tərcümənin çap olmasına nazir qol çəkib (Saleh Əli Şeyx) onun qolundan sonra heç kəsin sözü götürülmür. Buna baxmayaraq o Bakıda yayıb ki, bu üç nəfər mənim tərcüməmin yayılmasına mane olur. Bəlkə bunu oxuyanlar da bu söhbəti eşidiblər. Sonra buraya keçən il konfransa gələndə Elnur qardaş deyib ki, bu nə söhbətdir ? O da belə deyib: Mən sizi yoxlayırdım. Subhanallah böhtan atmaqlamı ? Camaatın içində şər yaxmaqlamı ? Abdulaziz qardaşa da sonradan elə deyib. Bu bir ilin içində olan söhbətdir. Fitnə olmasın deyə yaymamışıq. Əgər öz nəfsimizə görə nəsə etsəydik bunu yayıb hər kəsə bəyan edərdik.
4 - Tərcümədə oturan şeyxlər bizə demişdilər ki hər hansı bir tərcümədə xəta görsəniz bizə bildirin Onu dəyişək, Allahın dininə kömək üçün. Rus dilli qardaşlar mənə Elmir Quliyevin Şəhadət kəlməsini düz tərcümə etmədiyini bildirdi. Məndə baxdım ki , tərcümədə "Allahdan başqa ilah yoxdur" deyir.. Təbii ki bu böyük xətadır və Əhli sünnənin əqidəsinə ziddir. Elmi bir şəkildə kitablardan sübutlarla bunun xəta olmasını Şeyxlərə verdim. Hətta Renat Abu Muhammədin rusca belə bir məqaləsi də ərəb dilinə tərcümə olunub Şeyxlərə verilib. Şeyxlər Əlixandan bu barədə soruşanda deyib: "Bu adam rusca bilmir. O düz tərcümə edib." SubhənAllah insan da öz qohumuna görə batili müdafiəmi edər ?? Allah bizi qorusun. Nə isə yenə də susduq fitnə olmasın deyə. Amma son zamanlar xavaric və təkfirçilərə başçılıq edir. Onların önündə gedir, o təkfirçilərə ki insanlara belə deyirlər: "Filankəs namazı atıb, niyə onu öldürmürsən ?" Öldürmək hər adamış işidi bəyəm ? Bir il bundan qabaq sən bu mənhəcdə deyildin. Təkfir edənləri təkfirçi adlandırırdın. Amma nə oldu sənə indi ? Təkfirçilərin özüdə səni heç sevmirdi. (Təkfirçi deyəndə insanları şərtsiz və qaydasız təkfir edənlər nəzərdə tutulur. Şərtsiz və qaydasız insanları təkfir edənlər xavariclərdir.). Sonra da yazır ki, biz Qamətə beyət etmişik və Qamətə görə buna xavaric deyirik. Yalan deyənə Allahın lənəti olsun. Qamət və Yaşar üçün səndən çəkindirsəydik bu neçə ildə tərk edərdik səni. İndi niyə edirik ?? Sonrası da ki, biz ona xavaric demirik. Ona xavaric demək xavariclərə zülmdür. Çünki Xavariclər etdikləri şeyi əqidəyə görə ediblər və yalan danışmaq, böhtan atmaq isə onlara görə küfrdür. Əlixan isə əqidəyə görə yox, öz şəxsi intiqamına görə belə edir. Öz şəxsi söhbətlərinə dəvəti qatıb və parçalayır. Bunu Elnur qardaşa da deyib ki, mən sizə göstərərəm. Hər şeyi acığa edir. Bütün Mədinə tələbələri də dəvətə görə onu tərk etmək qərarına gəliblər. Bu şəriətimizin mühüm qaydalarındandır. İnsanın ayağı xəstələnərsə onu müalicə edirsən. Neçə illərdir ki, müalicə gedib. Müalicə baş tutmayanda ayaq qanqren olur və həkimlər məsləhət görürlər ki, qanqren olan ayaq kəsilib atılmasa bədənin hamısı bütünlüklə məhv olacaq. Şəriətdə bu qaydaya əslin qalması üçün bir hissənin tələf olunması deyilir. Dəlili də Xıdır əleyhissəlamın miskinlərə gəmilərinin bir hissəsini xarab etməsidir ki, Zalım padşah gəminin hamısını götürməsin. Qardaşlar düz başa düşün xahiş olunur şəriət dəlillərinə əsasən. Buna dəlil, bu söhbətdən sonra Əlixan Burhandan (öz mağazası) bəzi qardaşların tərcümə etdikləri kitabları qaytarması və satışına icazə verməməsidir. Səhih Sünən Əbu Davudun tərcüməsi və s. kimi. Amma biz onun tərcümə etdiyi kitabların Sələfin kitabları olduğu üçün onları oxumaqdan və almaqdan və satmaqdan çəkindirməmişik. Dəvəti fikirləşən belə şey deyərmi ? Allah daha yaxşı bilir. Bu hələ bildiklərimin bir hissəsidir. Əsas yazmaqda məqsədim Əlixanın yaydığı vərəq və atdığı iftiraya görədir. Allah daha yaxşı bilir...

30.12.2013

Ömər Cumanovdan Elxan Musayevin iftiralarına cavab

Bismilləhir Rəhmanir Rahim.
HƏSƏD...İFTİRA...YA CƏSUSULUQ ?!
Həmd yalnız uca Allahadır, onun Rəsuluna və onun ailəsinə Allahın salavatı və salamı olsun.
Əziz qardaşlarım, bu yazını əslində yazmasaydım da, kifayət edərdi, ancaq bəzi qardaşlar məsləhət etdilər ki, qısa olsa da nəsə qeyd etmək lazımdır. Çünki bu cür yazılar bizi həqiqi mənada dəvətdən saxlayır, bizi ən böyük xeyirdən yayındırır. Qardaşlarım mən Elxanın mənim barəmdə yazdıqlarının nə qədər həqiqət olub olmadığını bildirmək istəyirəm, amma fərgli üslubda. Mənim heç kimin nə malında, nə də mülkündə heç bir iddiam və nəfsim yoxdur. Yoxsa indiyə kimi bizim ağzımızdan belə bir şey çıxıbmı ki; "Nəyə görə filankəsin filan şeyi var, filankəsin filan şeyi yoxdur?” Allah Təala buyurduğu kimi: "o Allahın fəzilətidir, kimə istəyirsə ona da verər". Mən yalnız mənim haqqımda deyilənlərə aydınlıq gətirmək istəyirəm. Eyni zamanda şəriətimizdə qayda var: "Nəcis nəcislə təmizlənmir".
Mən istəmirəm ki, bilmədiyim bir şey haqqında iddialı danışım və sonunda özümü haqlı etmək üçün başlayım lənət oxumağa, cünki cox lənət oxumağın özü belə düz deyil, neca ki, İmam Müslim rəvayət etmişdir: "Çox lənət oxuyanlar giyamət günü şəfaətçi olmazlar!", biz bu əməldən Allaha siğiniriq.
Halbuki keçən 10 ildə biz Sənin bunu dəfələrlə etdiyinin şahidi olmuşuq. Eyni zamanda Əli radiyallahu ənhunun dediyi kimi: "İnsanla düşmənçilik edəndə aranızı qoruyun, səhəri günü dostunuz ola bilər!” Həqiqətdə bizim məqsədimiz haqqın izhar olunmasıdır, yalan və böhtanlarla kimi isə insanların gözündən salmaq deyil. Mənim Elxanı bu günə qədə mudafiə etməyimi siz butün tələbələrdən xüsusi ilə Turab, Ramil, Adil, Səid, Yaşar, Qamətdən də soruşa bilərsiniz. Eyni zamanda məni yaxından tanıyan gardaşlardan da soruşa bilərsiniz. Qardaşlarım düz 10 il bundan əvvəl siz Elxanın yanında olan gardaşlara baxsaydınız, bu gün onlardan hec birini Elxanın yanında görə bilməzsiniz, buna səbəb isə həmin insanların Elxanı yaxından tanımalarıdır.
Elxan son müraciətində bildirir ki, mənim imzam vərəqin sonunda Nizamidən şer sitat gətirməyimdir, bəs görəsən mənim haqqımda yaydığı vərəqdə nəyə görə Nizaminin sitatı yoxdur, yoxsa böyük şairimizin şerləri bu yalana, iftiraya dözə bilmədiyi üçünmü burda yoxdur?
Həqiqətən Elxanı bu cür iftira ve yalanlara vadar eden ne oldu? Bilirsinizmi? Mənə elə gelir ki, mənim Elxan haqqinda dediklərim! Qardaşlarım əvvəla istəyirəm ki, mənim Elxan haqqında dediklərimi sizə catdirim.
Qardaşlardan biri məndən soruşdu ki, siz mədinə tələbələri Elxana xavaric və təkfirçi demisinizmi? Mən də cavabında dedim ki: "Xeyir, Əli radiyallahunun dövründə olan xavariclərdə bir üz var idi, amma bu insanda bir neçə üz var. O, hər bir camaata onların istədikləri dil və üz ilə gedir. Bu isə sələflərin mənhəci deyil. Ona görə biz qardaşlara bildiririk ki, bu adamin mənhəci bəlli deyil" Əvvəla mən dediklərimi əsaslandırım: "Məgər bu həmən Elxan deyildimi bir neçə il öncə hamının təkfirçi hesab etdiyi (hətta bugünkü gündə namazin tərkini birbaşa təkfir edənlər belə) bir camaat çixmişdi ortaya, bilmirəm hansi səbəbə görə Elxan ləzqi məscidində dərslərin birində axirda dua edərək demişdi ki: Allahım bizi xavariclərdən elə. Bunu ona irad tutanda demişdir ki, mən Allah yoluhda cihada çıxanları nəzərdə tuturam. Məgər mücahidlər xavaric sayılır? Və yaxud onun vaxtı ilə "dinin demakratik olması” bu gündə "Etiqadda hamının azad olmağı” haqqında son yazdıqları? Yəgin ki, siz də bunu bilirsiniz. Eyni zamanda illər boyu Mustafa İslamoglunu taniyasan amma bilməyəsən ki, zəlalət ehlidir. Və yaxud son 3 ayın cıxışlarında bildirir ki, mən 20 il bundan əvvəl dediklərımdən tövbə etmişəm. Əvvala sən nə demisən ki, indi də tövbə edəsən? Məgər sən demirsənmi mənim mənhəcim tərcümə etdiyim kitablarda və dərslərdə var!? İndi bizi başa sal ki, o kitablar yalanmi tərcümə olunub yoxsa həqiqətə uygun tərcumə olunub!? İkincisi də nədən tövbə etmisən bəyan et, cunki hər iki tərəfi labirintə salmısan, və hər iki tərəf səndən bəyan istəyir. Üçüncüsü də, 20 il hardan oldu, Universiteti 12-13 ildir ki, gurtarmısan, yoxsa dəvətin kökunü sən qoymusan bizim xəbərimiz yoxdur? Eyni zamanda sənin bu iki başli danişiqların hər iki camaatı artıq zara gətirib. Elxan sən özündə bilirsən ki, bizim sənə verdiyimiz diaqnoz düzdür, biz başa düşürük ki, bəlkə sənin niyyətin yaxşıdır, camaatı islah etmək istəyirsən, ancaq gəl özümüz özümüzü aldatmayaq islahin yolu sələfin manhəci üzərində olmalıdir, kiminsə xoşuna gələn uslubla yox, axi sən də biz oxuyan məktəbi oxumusan, və kimin necə oxudugunu da gözəl bilirsən, nəyə görə kimin tam, kiminsa yarimcıq oxudugunu yazirsan, yoxsa bizə deyil haqq dəvətə qarşımı müharibə elan edirsən, məgər sənin yazdıqların heç dəvətçiyə yaraşarmı!? Hamının səninlə şəxsi məsələləri kifayət qədər var, sən bilirsən ki, biz sənin kimi edən iftira yazan deyilik, bunu sən gözəl bilirsən, vallahi gözəl bilirsən! Əgər bizdən birimizi təkfirçilər özlərindən hesab etsəydilər, Vallahi hamımız bəyan edərdik, daha sənin kimi, tələbələrə yalan və iftira atmaqla məşğul olmazdıq, əgər sənin hansısa tələbə ilə şəxsi problemin varsa get onunla üzbə üz otur və ya bacarmırsansa bizdən birinidə dəvət et oturub həll edək, daha bu qədər izahat nəyə ğörə lazimdir, mən həqiqətən sənin yerinə xəcalət çəkirəm. Səni artiq kifayət qədər tanıyanlar var.
Nə isə bu barədə çox uzatmaq istəmirəm, cünki buna tələbələr kimi, başqa müsəlmanlarda şahiddirlər. Keçək iftiralara:
1- Elxan iddia edir ki, mən 20 ildir Qamətin əlaltısıyam əvvəla bunun yalan olduğunu özün də məndən yaxşı bilirsən. Heç kim Qamətin əlaltısı deyil ələlxüsusda ki mən. Sonradakı mən hidayətə 1994-cü ilin axırlarında gəlmişəm Qaməti isə 1998-ci ilin axırlarından tanımışam, bu da sənin dediyin kimi 20 il deyil 15 il edir, yerdə qalan 5 ili görəsən məni kimin əlaltısı olmağımla ləkələyirsən?! Heç utanırsan?! Allah Təala buyur ki: " Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” Yaxşı və Təqvalı işdə mən tək Qamətə yox kim olursa olsun ona kömək edərəm.
2- Sən mənə deyirsən "Qamətin əlaltısı” bəs fikirləşdinmi ki, bu əməlinlə sən kimin əlaltısısan? San haqqa dəvət edən tələbələri bu cür iftiralarla ləkələmək istəyəndə, hec düşündünmü? Özünə sual verdinmi mən bu əməlimlə kimə xidmət edirəm, kimi razi saliram? Üçüncüsü də bunun belə olmadığını özün məndən də yaxşı bilirsən. Məgər uzun illərdir ki, səni dəstəkləyən mən deyildimmi?
3-Hərameyn barədə olan iftiralar da açıq aşkar iftira olduğunu sən elə Turabdan da soruşa bilərsən. Yoxsa həgigət sənin batil əməllarin ücün hec bir rol oynamadigindan soruşmadin?
4-İddia edir ki, mən Məkkə, Mədinə,Ər-Riyad kimi şəhərlərdə nələr yığmışam, əgər mən bunu etmişəmsə yəqin ki, mənə bunu mənim sələflərim öyrədib, o da sən və Mübarizdir, çünki mən tələbə olanda ən çox sənin və Mübarizin yanında olmuşam, mən səni orda tanımışam, ancaq Mübarizi tələbə olmamışdan əvvəl tanımışam, bunu da Mübarizdən soruşa bilərsən. Mən dərslə bagli bilmədiklərimi cox vaxt Mübarizdən sorusmuşam. Sonrada ki, sən məni öyrətdiyin bir şeyləmi qınayırsan? Axi sən bunun iftira olmasini ay kimi, günəş kimi aydin bilirsən!!!
5- Elxan iddia edir ki mən qayıdanda İxlas dükanı açmışam, əvvəla ixlas dükanı mən oxuyanda açılıb, ikinci də dükanın sahibi başqasıdır, mən sadəcə tələbə olduğum zaman, həmin dükana- tələbələr evə pal-paltar alıb qayıdanda, mən çantamda ətir və misvak gətirmişəm, bunu da sən Mübariz və Turabdan yaxşı soruşa bilərsen. Axi bu məsələnin mənhəcə nə dəxli var, gardaşim?!
6- Elxan iddia edir ki, mənim 4 mərtəbəli villam var, əvvəla olsaydı əlhəmdulilləh, ikincisi də heç olmasa vərəqi yazanda gəlib qıraqdan sayardın ikidir ya dörd, bu qədər yalan sənin nəyinə lazımdır?
7- Elxan iddia edir ki, mənim Siyəzəndə qoyun sürülərim var, amin ya Rəbb, əvvəla mənim nəinki Siyəzəndə, Azərbaycanın heç bir yerində balaca bir keçim belə yoxdur. İkincisi də mənim qoyun saxlamaq ən böyük arzumdur, inşallah Allah yetirər, əgər mənim gələcək fermam haqqında məlumat istəsən mən sənə o məlumatı verərəm, əziyyət çəkib yalan danışmayasan deyə. Bunun bu qədər yalan olduğunu, ay Elxan, özün də yaxşı bilirsən, axı bu qədər yalan nəyinə lazımdır?
8-Elxan iddia edir ki, mən Yaşar haqqında filan sözü demişəm, əgər mən o sözü desəydim elə etdiyin bu əməlinə görə sənə deyərdim, cünki bu gün sən bu ada daha cox layiqsən.
9- Elxan iddia edir ki, 2006 ci ildə mən Qamətin göstərişi ilə Elxanın avtobusunda casus olaraq həccə getmişəm. Əvvəla sənin indiyə kimi qardaşlar haqqınnda yazdığın vərəqlərdə gün, ay, tarix, saat, dəqiqə, saniyə yazmağın - az qalır ki, həmin günün hava göstəricisini də yazasan- kimin casusluğu yaxşı bacardığına daha yaxşı dəlildir. İkinci də həmin avtobusda mənimlə olanlardan cəmi bir nəfər şamaxılı olub, o da Vazeh deyil, özün bilirsən ki, kimdir. Həmin adamla garşilacagsan deyami onun deyil Vazehin adini yazmisan? Üçüncüsü də aramızda Minada heç bir sorğu sual omayıb ki, hətta sən məndən bunu soruşasan, mən də susum. Sadəcə bəzi qardaşlar məsləhət etdi ki, Qurban qoyununun pulunu kesilmesi deqiq bilinen dövlət şirkətinə kecirsinlər vəssalam. Qardaşlar məndən soruşanda mən də onların dediklarini təsdiqlədim, qardaşları xeyirə yönətdik deyəmi məndən incimisən? Axı bu qədər iftira sənin nəyinə lazımdır?
10- Elxan iddia edir ki, mən həccdən qayıdandan sonra ailə qurmuşam və Elxani, Ramili, Mübarizi toyuma çağırmamışam. Əvvəla mən evləndikdən 16 gün sonra həccə getmişəm, ikincisi də mən 34 tələbədən 2-3 nəfəri çağırmışam, təkcə səni deyil, məgər buna görə hamı mənə vərəq yazmalıdır? Bu qədər həsəd, yalan və kin sənin nəyinə lazımdır axı?
11- Elxan iddia edir ki, 2004 cü ildə mən onun xütbəsinə qulaq asmışam, sonra nə bilim Turabı qoymamışam qulaq assın ki, birdən səni müdafiə edər. Əvvəla mən Turabla Mədinədə bir otaq yoldaşı olmuşam, və bu məsələnin nə qədər düz olduğunu ondan soruşa bilərsən. İkincisi əgər mən sənə qarşı bu illər boyu nifrət etsəydim, sən yol qəzasına düşəndə, xəstələnəndə mən gəlib sənin evində səni ziyarət etməzdim. Mən bunu riya baxımdan demirəm, məqami olduğu üçün açıqlayıram. Ürəyini buz kimi saxla əziz qardaşim mən heç indi də sənə nifrət etmirəm, mən sadəcə sənin nə etmək istədiyini başa düşə bilmirəm...?
12-Elxan iddia edir ki, 2005-ci ilde mən Xaqanini gətirib sənə, Mübarizə, Ramilə, Turaba qoşmuşdum ki, onların malını mənimsəyim. Əvvəla Xaqaninin işi də var idi, pulunu da qazanırdı, biz tələbə olduğumuza görə o bizimlə işləmək istəyirdi ki, bizə də xeyir olsun. İkincisi də həmin işdə sizdən başqa da iki tələbənin pulu var idi. Üçüncüsü də sən deyirsən ki, mənim qoyun sürülərim, dükanım, villam var, mən sənin bir az pulunu nə edirdim ki? Üçüncüsü də əgər elə bir şey var idisə də sən bunu bilib nəyə görə qardaşlarına əvvəlcədən xəbər vermədin, yoxsa onlara xəyanətmi etdin? Dördüncüsü sən deyirsən ki, Turab, Ramil, Mübariz Ərafatda bəddua etdik, mən Turab və Ramildən soruşdum onlar bunu təkzib etdi, deyirəm bəlkəm sən onların da yerinə dua etmisən, elə zənn etmisən ki, onlar da edib. Eyni zamanda sən iddia edirsən ki, həccdən sonra məni tutdular, xeyir qardaşım mənim tutulmağım həccə getməyimizə 2 həftə qalmış baş verdi. Əlhamdulilləh, bu məsələni özünə yazma, sən çox zamanlar belə edirsen ki, bir qardaşin başına bir sinaq gələndə sarsılmaq əvəzinə, kədərlənmək əvəzinə sevinərək deyirsən ki: "bax Ərafatda bəd dua etmişəm ona", özünü duası qəbul olanlar kimi aparırsan camaatın arasında, görəsən sən avtoqəzaya düşəndə kimin duası idi, deyirəm ki, bəlkə Ərafatdakı siyahını qarışdırmısan, xəta edib özünə bəd dua etmisən? Deyirəm bəlkə ola bilər hə? Elxan qardaş deyirəm bu qədər təvazökarlıq etmə də, yaxşı deyil, axırda riyaya çevrilər, onsuz da bizdə cahillik baş alıb gedir, axırda gələrlər sənin yanına ki, bəs bizim üçün də dua elə. Əzizim imkan et arada ozünə güzgüdə bax, bax gör ki, bu keçən 10 ildə nə gədər lənət oxumusan, və oxuduğun lənətlərin özündə əks etdirdiyini hec düşünmüsənmi? Yaşina bax, sacina başina, saggalina bax! Qardaşım bu qədər yetməzmi daha?
13-Elxan iddia edir ki, mən Turab və Mübarizi zəkatla dolanmaqda ittiham etmişəm, əvvəla zəkatla dolanmaq haram deyil, ikincisi də mən "Elxanın yanındakılarının çoxunun zəkatla saxlamasını" deyəndə, nəyə görə bunu Turab və Mübarizə şamil etdin? Turab və Mübarizin adı çəkiləndən sonra 3-cü cümlədə mən zəkatla bağlı demişəm, Allahım sən qəlblərdə olana şahidsən, mənim zəkatla bağlı Turab və Mübariz niyyətim olmayıb, mən bunu Turaba da bildirmişəm, və belə başa düşdüyünə görə halallıq almışam, mən Turabı çox yaxşı tanıyıram, eləcə də o da məni yaxşı tanıyır.
14-Elxan iddia edir ki, Qamətin yanındakı tələbələrin filan qiymətdə evi var, filan qiymətdə maşını, var. Olsun, lap yaxşı, istəməyənin gözü cixsin, qardaşlar sevinir ki, hansısa qardaşın evi var kirayə qalmır, çətinliyi azdır, sən isə bunu vərəqdə yazıb haqq dəvətin düşmənlərinə sevinc verirsən. Heç olmasa vərəqi yazanda pəncərədən öz maşinina da baxardin, Mübarizin də maşinina, bari hec olmasa bunu yazmazdin vərəgə!? O ki, qaldı sənin iki otağlı evinə və Mübarizin evinin olmamasına, gəl mən sənə bir balaca sirr açım, deyirəm bəlkə xəbərin yoxdur, sənin balaca iki otağından başqa da maşallah təbərakallah gözəl villa tipli evin var, deyirəm ki, bəlkə kimsə tikib sənə hədiyyə edib sənin xəbərin yoxdur ona görə deyirəm haa, yoxsa başqa pis bir şey fikirləşmə, bax həmin evi özünün ehtiyacı yoxdursa, zahidlik edib iki otagli balaca evdə yasamağa üstünlük verirsənsə, həmin evi hədiyyə et Mübarizə, və beləliklə Mübarizin ev məsələsi həllini tapsın, yoxsa nəyə lazmdır bu qədər vərəq yazmaq? Sənin necə evivin olmasını yanındakə qardaşlar çox yaxsi bilir axı! Nəyə görə bunu yazdiğını heç düşündünmü? Özün də hədis yazmısan: "insanların əlindəkina göz dikmə Allah da səni sevsin". Adama deyərlər ki, axı sənin nəyinə lazımdır, kim harda nə qiymətə evdə yaşayır, və yaxud nə bilim nə qiymətə maşın sürür. Axı bu sənin nəyinə lazımdır qardaşım?
Qardaşlarım sonunda sizə muraciet edib bildirmek isteyirem eger bir kesin bir kesle dini meselede anlaşılmazlığı varsa, bunu nefsi məsələlərə yonəltməyin, əks halda izhar etmek istədiyiniz haqq ortada itecək, və məsələ öz oxu ətrafından çıxacaq, dini məsələ qalacaq bir tərəfdə, nəfsi məsələ qalacaq mərkəzdə. Hal hazırda gördüyünüz kimi. Bizim məqsədimiz haqq mənhəci izhar etmekdir, hec kimin şexsi işinə qarişmaq deyil, necə ki, biz bunu keçən 10 ildə qorumuşug, inşallah gelen illerdə də qorumağa calişacağıq.
Qardaşlar, mən bunu qardaşlarımızın şübhəyə düşməməsini nəzərə alaraq yazmağı özümə borc bildim və bəzi qardaşların məsləhətini üstün gördüm, əslində mən heç kimin eyib və nöqsanlarını açmağa cəhd etmirəm, sadəcə mənə deyilənləri inkar edirəm. Necə ki, səhih hadisdə gəldiyi kimi, " İbn Ömər (Allah ondan razı oısun) demişdir: "Peyğəmbər (Ona Allahın salamı olsun demişdir) xütbə verdi və belə buyurdu : "Ey dili ilə iman edib qəlbinə iman girməyənlər toplusu: "Müsəlmanlara əziyyər verməyin! Onların eyiblərini axtarmayın! Çünki kim bir müsəlman qardaşının eybini ğüdərsə, O evinin içində (və ya evinin daxilində) olsa belə Allah onun eybi təqib edib onu rüsvay edər" ". Allah Təala bizim eyiblərimizi örtsün!
Və sonunda üzümü tutub Elxana deyirəm sən, mən və yerdə qalan gardaşlar hansılarınkı adını şahid və ya zərər çəkmiş qismində yazmısansa gəlin yiğişag bir yerə və bu yazılan iftira və böhtanların yalan olub olmamasına and içək, və sonda yalan danışanın üzərinə Allahın lənəti olsun deyək.
Və sonda deyirəm: "Ey uca Allah, sən xain gözləri və qəlbdə gizlin olanları bilirsən, yalan danışan, iftira atanı – vəzifə, şərəf və mənsəb fitnəsinə yönəlt, nitqini al, insanlara onun həgigi üzunü bəyan et, özünü məzlum kimi aparıb zalımlıq edəni ifşa et, elm tələbələrini dilənçilikdə ittiham edirsə onun ömrünü uzalt və onu dilənciliklə sinağa cək, yalnız tövbə edib haqqa gələnlərdən başqa. Ey Allahim sən bizim haqq tovhid dəvətinin qarşisini almag istəyənin layigli cəzasini ver, həgigətən Sən buna gadirsən! Ey Allahım bizi nəfsimizdən dolayı danışanlardan etmə, bizi nəfsimizə deyil, özünə tabe et, bizi bağışla, haqqa dəvət edənləri gözdən salmağa çalışan insanları sən özün gözdən sal, onlarin hiyləsini ifşa et, qardaşlarimizin gözünü ve qəlbini haqqı görməyə və duymağa yonəlt, bizi ikiüzlü insanların şərrindən qoru, bizi özümüzü müdafiə etdiyimizə görə özümüzə buraxma, həqiqətən sənə təvəkkül edənə Sən yetirsən!
Allahım bunu yazmaqda sənə sığındım, və haqqı bəyan etməyi səndən istəyirəm.
Yazdi: Allaha möhtac bəndə: Ömər.

Bölmə: Sələfin Mənhəci | Baxılıb: 2278 | Yüklədi: selefimedia