Baş səhifə » 2014 » Sentyabr » 3 » Muhəmməd Nəsiruddin əl-Əlbəni:" Allah üçün sevginin qiyməti."
11:38
Muhəmməd Nəsiruddin əl-Əlbəni:" Allah üçün sevginin qiyməti."


Sual:

" Allah üçün sevənə "Səni Allah rızası üçün sevirəm!" demək vacibdirmi?"

  Şeyx (rahimahullah) :

" Bəli.Amma "Allah üçün sevmə"nin QİYMƏTİ çox bahadır.Bu qiyməti ödəyə bilən az bir insan var.
   Siz Allah üçün sevmənin qiymətini bilirsinizmi?
İçinizdən kim bunun qiymətini bilir? Kim bilir qoy cavab versin..."

   İştirak edənlərdən biri:

"Rəsulullah sallallahu aleyhi və səlləm buyurudu:"Allah Öz kölgəsindən başqa bir kolgənin olmadığı bir gündə 7 nəfəri kölgələndirər... Onlardan ikisdə Allah üçün bir birini sevdikləri üçün görüşən və ayrılan kəslərdir."

   Şeyx:

"Bu sözlər özlüyündə düzgün sözlərdir, lakin bu sualın cavabı deyildir.Bu yaxın sözlərdir, amma Allah üçün sevgini ifadə üçün natamamdır. Mənim isə sualım budur: "Allah üçün bir birini sevən iki kəs bunun üçün hansı qiyməti  ödəməldirlər?" Mən Qiyamət gününün mükafatını soruşmuram.Sualımla bunu demək istəyirəm:"Allah üçün bir birini sevən kəslərın sevgisini isbat edəcək hansı praktiki sübut olmalıdır? Axı iki nəfər bir birni sevə bilər amma bu sevgi formalda ola bilər.O zaman əsl sevgi nədir və əsl sevginin sübutu nədir?"

   İştirakçılardan biri:

"O özü üçün istədiyini, qardaşı üçündə istəməlidir."

   Şeyx:

"Bu sevgini keyfiyyətidir və ya sevginin xüsusiyyətlərindən biridir."

   İştirakçılardan biri:

"Uca Allah buyurur:

" De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin..."

(Ali İmran, 31)

   Şeyx:

:"Bu başqa bir suala düzgün cavabdır."

   İştirakçılardan biri:

"Düzgün cavab bu hədisdə ola bilər:"Üç şey var ki, kimdə bunlar olarsa həmən şəxs imanın ləzzətini dadar..." Buna Allah üçün bir birini sevən iki nəfərdə daxildir."

   Şeyx :

" Bu Allah üçün sevginin meyvəsdir.O meyvəki insan ləzzətini öz qəlbində hiss edir."

   İştirakçılardan biri:

" Uca Allah buyurur:

"And olsun axşam çağına ki, insan ziyan içindədir.Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! "

(Əsr surəsi,1-3)

   Şeyx:

" Əhsən! Bax cavab budur.

 Bunun izahı budur:

"Əgər mən həqiqətən səni Allah üçün sevirəmsə mən sənə səmimi NƏSİHƏT edəcəyəm. Səndə eyni münasibəti mənə bəsləyəksən.
   Görərsən ki, bir birini Allah üçün sevdiklərini elan edənlər arasında səmimi nəsihət edənlər azdır. Bu sevgilərin hansı məqamında səmimilik təzahür edə bilər amma tam ola bilməz. Çünki hər birimiz tərəf müqabilimiz olan insanın reaksiyasını nəzərə alırıq. Qorxur ki, həmən insan küsər və ya qorxur ki, onu tərk edər....və s. və i.a.
    Beləliklə Allah üçün sevmənin qiyməti odur ki, hər birimiz bir birimizə qarşı səmimi olmalıyıq.Bu isə qarşılıqlı nəsihətləşmə ilə olur, onu daima yaxşılığa çağırıb pislikdən çəkindirməyə məcbur edir. O nəsihətində ona öz kölgəsindəndə yaxındır.
    Məhz buna görə bəzi səhih rəvaətlərdə bizə gəlib çatıb ki, səhabələr bir birindən ayrılan zaman :" And olsun axşam çağına ki, insan ziyan içindədir.Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!" deyə oxuyardılar.

--------------

"əl-Həvi min əl-fətava əl-Əlbəni" səh 165-166
 

Bölmə: Faydalar | Baxılıb: 988 | Yüklədi: selefimedia