08:54 İranda siğə qalmaqalı ! | ||||
İranda siğə qalmaqalı
İran parlamentinin keçmiş deputatı, azərbaycanlı Əkbər Ələmi sentyabrın 11-i öz saytında yerləşdirdiyi yazıda Cümə Namazının Təşkili Qərargahının rəisi Möhsün Qəraətinin müvəqqəti evlilik (siğə) barədə bəyanatına etiraz bildirib. Sentyabrın 10-da Tehranın Şəhid Behişti
Universitetində ali məktəb rektorları ilə görüşən Möhsün Qəraəti tələbə
qız və oğlanlar arasında siğənin yayılmasına şərait yaradılmasını tələb
edib: "Siz universitetlərdə elə bir şərait və atmosfer yaratmalısınız
ki, tələbə qızlar və oğlanlar asan yolla müvəqqəti evliliyə girsinlər,
yoxsa haramın və haram əməllərin qarşısını almaq mümkün olmayacaq. Siz
həm də tələbə qızlarla oğlanları bir-birindən ayırmalı, onların bir
yerdə təhsil almasının qarşısını almalısınız”. "Media forum” saytının məlumatına görə, Əkbər Ələminin saytında yerləşdirdiyi yazıda deyilir: "Universitet rektorlarına belə bir tövsiyə məntiqə, əxlaqa və insani dəyərlərə o qədər ziddir ki, ona önəm verməyinə dəyməz. Birincisi, ali təhsil ocaqlarında təhsil alan tələbə qızların əksəriyyəti bakirə və subay qızlardır. Bəzi tanınmış fiqh alimləri, o sıradan da ayətullahlar Sistani, Şübeyri Zəncani, Təbrizi, Nuri Həmədani və başqalarının dediyinə görə, bakirə bir qızın kiməsə siğə olunması üçün atanın izni vacibdir. Hətta qız kiməsə siğə olmağa razılıq versə də, şərəfi olan heç bir ata bununla razılaşmaz, qızının bu yolla bədbəxt olmasını istəməz. Mən siğənin tələbə qızlar arasında yayılmasını dini baxımdan xeyirli sayan və buna rəvac verilməsinə israr edən cənab Qəraəti və onunla eyni fikirdə olanlara təklif edirəm ki, bu xeyirli işə əvvəl öz qızları, qız nəvələri və ya ailə üzvlərindən başlasınlar”. | ||||
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1714 | |