Baş səhifə » 2013 » Yanvar » 13 » İbnu Qudamə əl-Məqdisi:"Hər kəs sənə dost ola bilməz".
11:36
İbnu Qudamə əl-Məqdisi:"Hər kəs sənə dost ola bilməz".
İbnu Qudamə əl-Məqdisi:

"Hər kəs sənə dost ola bilməz"



İbnu Qudamə əl-Məqdisi demişdir:

"Bil ki, hər kəs sənə dost ola bilməz. İlk öncə əmin olmalısan ki, dostluq etmək istədiyin kəs onunla dostluğu dəyərli edən xüsusiyyətlərə malikdir. Dost olmaq istədiyin kəsdə aşağıdaki beş xüsusiyyət olmalıdır:

1. Ağıllı olmalıdır. Çünki axmaqla dost olmaqda heç bir fayda yoxdur. O, sənə fayda vermək istədiyi yerdə zərər verəcək. Ağıllı dedikdə istər öz-özlüyündə, istərsə də ona başa salındığı zaman hərşeyi olduğu kimi başa düşən insanı nəzərdə tuturuq;

2. Gözəl əxlaq sahibi olmalıdır, və bu vacibdir. Yalnız ağıllı olan kəsə (lakin əxlaqı gözəl olmayana - tərc.) bəzən qəzəbi və ya nəfsi istəyi üstün gələ bilər, və o, nəfsinə tabe olar. Beləki, onunla dostluq faydasız olar;

3. Fasiq (günahkar) olmamalıdır. Çünki belə insan Allahdan qorxmaz, Allahdan qorxmayana isə etibar etmək olmaz;

4. Bidətçi olmamalıdır. Çünki onun etdiyi çoxsaylı bidətlər, onunla dost olmaqdan çəkindirir;

5. Bu dünyaya həris olmamalıdır."

---------------------------
Mənbə:

 "Muxtəsər Minhəc əl-Qasidin" səh. 126-132

_________
DeenulQayyimah


© İstinad vacibdir
http://deenulqayyimah.blogspot.com/2013/01/hr-ks-sn-dost-ola-bilmz.html
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 579 | Yüklədi: selefimedia