Fitrə zəkatı, onun miqdarı, çıxarılma vaxtı və PULLA verilməsinin icazəli olmaması. ----------- Sual: Biz Barselonada yaşayırıq və Şimali Afrika qrupunun üzvləriyik. Fitrə zəkatını necə hesablamaq lazımdır? Cavab: Həmd Allaha məxsusdur.
Allahın Rəsuluna (Allahın ona salavatı və salamı olsun) istinadən
müsəlmanlara fitrə zəkatını, bir sa xurma yaxud bir sa arpa verməyi əmr
etdiyi təsdiqini tapıb. Və bunu insanlar bayram namazına yola
düşməmişdən öncə verməyi əmr etmişdir. Səhiheyn əsərində Əbu Səid
əl-Xudrinin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur:
"Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) vaxtında biz bir sa
təam yaxud bir sa xurma və ya bir sa arpa, bir sa kişmiş verərdik”.
Alimlərdən bir qrupu bu hədisdə keçən "təam” kəlməsinin arpa olduğuna
dair şərh vermiş; digərləri isə istər arpa, buğda, darı yaxud nə olursa
olsun, ölkənin əsas qida məhsulları nəzərdə tutulduğunu izah etmişlər.
Doğru rəy budur. Çünki zəkat zənginlərin yoxsullara köməyidir və
müsəlman başqa deyil yalnız ölkəsinin əsas qida məhsulları ilə kömək
etməlidir. Sözsüz ki, düyü Harameyndə[1] əsas qida məhsuludur, yaxşı və
qiymətli bir təamdır; mətndə qeyd olunan arpadan daha yaxşıdır.
Beləliklə aydın olur ki, fitrə zəkatı olaraq düyü verməkdə heç bir xəta
yoxdur. Verilməsi vacib olan Peyğəmbərin (Allahın ona salavatı
və salamı olsun) təyin etdiyi sa ölçüsünə görə əsas qida məhsullarından
olan istənilən növdür. Bu isə əl-Qamus və s. görə iki dolu əl ilə
götürülən dörd tam parça bərabərdir. Müasir çəki vahidlərində bu
təxminən 3 (üç) kq bərabər tutulur. Əgər bir müsəlman bir kq düyü yaxud
ölkəsində olan digər qida məhsulu növlərindən fitrə zəkatı verirsə
alimlər arasındakı iki rəydən ən doğru olanına görə hədisdə bildirilən
növlərdən olmasa belə bu kifayətdir. Buna bərabər tutulan miqdarı çəkiyə
görə verməkdə xəta yoxdur və bu təxminən üç kq edir. Fitrə
zəkatı bütün müsəlmanlar, gənc-yaşlı, kişi-qadın, azad-kölə adından
verilməlidir. Ana bətnindəki dölə gəldikdə isə alimlərin icmasına görə
onun adından vermək vacib deyil, bununla belə müstəhəbdir. Çünki Osman
(Allah ondan razı olsun) vermişdir. Fitrə zəkatını İd
namazından öncə vermək vacibdir və bayramdan sonraya saxlamaq icazəli
deyil. Bayramdan bir yaxud iki gün öncə verməkdə bir xəta yoxdur. Çünki
məlumdur ki, alimlər arasında olan iki rəydən ən doğru olanına görə bunu
çıxarmağın icazəli olduğu ən erkən vaxt Ramazan ayının 28-ci gecəsidir.
Çünki ay 29 yaxud 30 gün ola bilər. Allah Rəsulunun (Allahın ona
salavatı və salamı olsun) səhabələri fitrə zəkatını bayramdan bir yaxud
iki gün öncə çıxarardılar. Fitrə zəkatı sərf edilməsi vacib
olan tərəflər isə yoxsul və möhtac olanlardır. İbn Abbasın (Allah ondan
razı olsun) belə söylədiyi sübuta yetirilib: "Allahın Rəsulu (Allahın
ona salavatı və salamı olsun) fitrə zəkatını oruc tutanın boş və pis
sözlərdən təmizlənməsi və miskinləri yedizdirməsi üçün əmr etdi. Kim
bunu namazdan öncə verərsə bu, məqbul zəkatıdır, kim namazdan sonra
verərsə bu sadəcə sədəqədir”.[2] Bunun dəyərini pul şəklində
ödəmək elm əhlinin cumhuruna görə icazəli deyil. Bu rəyin söykəndiyi
güclü dəlillər var. Daha doğrusu fitrə zəkatı Peyğəmbər (Allahın ona
salavatı və salamı olsun) və Onun səhabələrinin (Allah onlardan razı
olsun) etdiyi kimi ərzaq şəklində verilməlidir. Bu, həmçinin ümmətin
cumhurunun rəyidir. Allahdan diləyimiz budur ki, bütün müsəlmanlara Onun
dinini düzgün başa düşməkdə və buna möhkəm bağlanmaqda kömək etsin,
bizi hidayət etsin. Çünki O Ən Səxavətli və Ən Rəhimli Olandır. Məcmu əl-Fətəvə, Şeyx ibn Bəzz, 14/200. Bu, Şeyx ibn Bəzin (Allah ona rəhmət etsin) mülahizəsidir. O, fitrə zəkatını təxminən 3 kq hesablamışdır. Həmçinin Daimi Heyətin alimlərinin mülahizəsidir (9/371). Şeyx ibn Üseymin (Allah ona rəhmət etsin) bunu düyüyə görə 2100 qr hesablamışdır. Bunun üçün bax. Fətəvə əl-Zəka, səh.274-276. Burada fikir ayrılığının səbəbi budur ki, sa çəki deyil həcm vahididir.
Alimlər bunu çəkiyə görə hesablamışdırlar ki, bunu hesablamaq asan
olsun. Məlumdur ki, dənli bitkilərin çəkisi fərqlidir. Bəziləri yüngül,
digərləri ağır, bəziləri isə orta çəkili olur. Faktiki olaraq eyni növ
dənli bitkilərin sa çəkisi fərqli ola bilər və təzə olanı köhnə
olanından daha ağır gələ bilər. Deməli, əgər bir insan ehtiyatlı olanı
götürüb daha çox çıxarırsa bu daha yaxşı olar. Məhsulların çəkisinə görə nisabının hesablandığına bənzər məlumatlar üçün bax. əl-Muğni, 4/168. Ən doğrusunu Allah bilir.
http://www.dinifetvalar.com http://islam-qa.com/ar/ref/49793
Sual:
Fitrə zəkatını yeyinti məhsullarından başqa şeylərlə ödəmək olarmı? Cavab:
Fitrə zəkatı
yalnız hədisdə adı keçən qida məhsulları növündən olmalıdır. Məsələn:
Fitrə zəkatında ət, paltar, həmçinin pul vermək olmaz.
(İbn Useymin, İbn Cibrin, İbn Bəzz)
|