Baş səhifə » 2012 » Noyabr » 22 » Cümə günü oruc tutmağın hökmü.
17:34
Cümə günü oruc tutmağın hökmü.
Cümə günü oruc tutmağın hökmü.

Sual:


Assalamu aleykum! Belə bir rəy var ki, ümumiyyətle fərz orucları çıxmaq şərtilə, cümə günü oruc tutmaq bəyənilmir. Əgər nafilə oruclardan biri hicri ayin 13,14,15--nə təsadüf edərsə tutmaq olar, yoxsa yox?

Cavab:


Aleykum salam va rahmətullah. Əgər insan yalnız cümə günü oruc tutarsa bu halda ona oruc tutmaq qadağan olar. Yox əgər cümə günündən əvvəl, və ya sonra da oruc tutacaqsa onda ona cümə günü nafilə orucları eləcədə ayın 13, 14, 15-nin oruclarını tutmaq qadağan olmaz necə ki, Peyğəmbərdən (Ona Allahın Salamı və salavatı olsun) gələn bir hədisdə belə deyilir:
- Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Sizlərdən biriniz Cümə günü ondan əvvəlki və ya sonrakı gündə oruc tutmadan (cümə günü) oruc tutmasın.” (Müslim /1144).
Başqa bir hədisdə: » Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Cümə gecəsini sair gecələrin içindən qiyamla xüsusiləşdirməyin. Cümə günü sair günlərin içindən orucla xüsüsiləşdirməyin. Yalnız biriniz daimi tutduğu bir oruc olduqda, onu tutsun.” (Müslim /1144).


Cavablandırdı:


 Mədinə İslam Unversitetinin məzunu
Ramil Soltanov

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 617 | Yüklədi: selefimedia