Baş səhifə » 2012 » Sentyabr » 7 » Bilmədiyinə “bilirəm” deyib fətva verənlərə...
08:25
Bilmədiyinə “bilirəm” deyib fətva verənlərə...

Bilmədiyinə "bilirəm” deyib fətva verənlərə...


İmam Əbu Hətim əl-Busti (rahiməhullah) buyurur:

- Afiyət ondur, bunun doqquzu isə susmaqdır.

İmam əş-Şabi (rahiməhullah) buyurur:

- Bilmirəm demək- elmin yarısıdır.

İmam Əhməd (rahiməhullah) buyurur:

- İnsanların bütün suallarını cavablayan dəlidir.

İmam Nəsaiyə (rahiməhullah) sual verdikdə o buyurardı:

- Soruşmağa məndən başqa adam tapmadınızmı?

İbn Şirindən (rahiməhullah) sual soruşduqda rəng dəyişərdi və o buyurur:

- İnsanın cahil kimi ölməsi, bilmədiyini danışmasından daha xeyirlidir.

Səa’d ibn Cubeyr (rahiməhullah) buyurur:

- Vay olsun, bilmədiyinə bilirəm deyənlərə.

İməm Məlik (rahiməhullah) buyurur:

- Səndən bir şey soruşduqda elə bil ki, Cənnət və Cəhənnəm arasında durmusan. Sənin fikrin onu tez başından uzaq etmək olmasın. Sənin dərdin özünü necə xilas etmək olsun. Özün üçün Qiyamət günü bir çıxış yolu olacaqsa, onda danış, əks halda isə sus!

Abdullah ibnul Vəhb (rahiməhullah) buyurur:

- Bir gün imam Məlik (rahiməhullah) mənə dedi: "Yə Abdullah! (Fətva verərək) insanları arxanca daşıma! Heç zaman dininlə oynama!

Sufyən əs-Səuri (rahiməhullah) buyurur:

- Sənin əvəzinə sual veriləcək və fətva verəcək biri varsa, bunu qənimət bil və fətva verməkdə rəqabətə girmə! Sözünə əməl edilən, sözü yayılan və dinlənilməyi xoşlayanlardan olma! Şöhrət arzusundan çəkin! Çünki insana şöhrət arzusu, qızıl və gümüş arzusundan daha sevimlidir. Bu gizli bir qapıdır və bunu yalnız alimlər görə bilər.

___________________

Hazırladı: əz-Zubeyr

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 545 | Yüklədi: selefimedia