Sələfin həyatından ibrət.
Bir gün sultanlardan biri Kəbəyə gəlir. Ona Ömər ibnul Xattabın
(radıyAllahu anhu) nəslindən olan, abid və fəqih bir kişini göstərirlər.
Sultan ona yaxınlaşıb, hörmət əlaməti olaraq deyir: -Məndən nə istəyirsən istə, istədiyini sənə verim. Həmin kişi buyurur: … - Allahın evində Ondan qeyrisindən istəməyə utanıram.
Bu sözdən təsirlənən sultan heç bir söz demədən, kişinin məsciddən
çıxacağını gözləyir. Elə ki, məsciddən çıxırlar, sultan həmin kişiyə
yaxınlaşıb deyir: - Artıq Allahın evindən çıxdıq, indi nə istəyirsən istə! Kişi soruşur: - Axirətdən istəyimmi, yoxsa dünyadan? Sultan –"Əlbəttə ki, dünyadan.”- deyə cavab verərkən, Ömər ibnul Xattabın nəslindən olan həmin kişi buyurur:
- Mən bu vaxta qədər dünyanı heç onun Sahibindən istəmədim, səndənmi istəyəcəm?! [ Kənzul Umməl- kitabı ] __________ əz-Zubeyr
|