Baş səhifə » 2014 » Sentyabr » 29 » AbdulƏziz ibn Bəz:" Allahdan qorxun və övladlarınız arasında ədalətli olun! "
09:25
AbdulƏziz ibn Bəz:" Allahdan qorxun və övladlarınız arasında ədalətli olun! "

AbdulƏziz ibn  Bəz 

(rahimahullah)

"Allahdan qorxun və övladlarınız arasında ədalətli olun!"

"Heç şübhə yoxdur və hər kəsə məlumdur ki, (valideynlərin gözündə ) övladlardan bəzisi digərindən üstün olur.Lakin valideynə bir övladı qarşısında digərinə üstünlük verməsi duzgün deyildir. Rəsulullah sallallahu aleyhi və səlləmin: "Allahdan qorxun və övladlarınız arasında ədalətli olun" (1) sözlərində deyildiyi kimi bu adillik vacibdir.Ona görədə birinin yaxşı digərinin pis olmasına görə birnciyə üstünlük vermək qadağandır.Onlar arasında adil olmalı, hər birinə Allahdan qorxu üzərində sadiqlik, Ona və Rəsuluna tabeçilik haqqında nəsihətlər edilməlidir. Eləcədə valideynlər hədiyyə və vəsiyyətdədə hansınasa üstünlük verib digərlərini isə unutmalı deyillər.Əksinə bütün övladlar hədiyyə və mirasın şəriətdə gələn hədiyyə və vərəsəlik əhkamlarında buyrulduğu tərzdə bölünməsində bərabərdirlər.

Valideynlər övladlar arasında şəriətdə gəldiyi tərzdə adil olmalıdırlar.Hansındaki kişi cinsindən olana qadın cinsinə verilənin ikiqatı verilir.Əgər oğluna 1000 verirsə bu zaman qız övladına 500 düşür.Və onlardan hansısa lütfkarlıq göstərərək öz hədiyyə haqqını digərinə :" Bunu mənim qardaşıma ver" deyərək güzəştə gedirsə o zaman onun dediyi kimi edilə bilər.Əgər onlar :"Biz razıyıq ki sən bu maşını (və ya nəyisə) ona hədiyyə edəsən..." deyirlər və atayada dəqiq məlumdur ki onlar bunu onun qarşısında qorxudan deyil lütfkarlıqdan edirlər bunu etməkdə heç bir maneə yoxdur.Bununda mənası odur ki, ata övladlar arasında adilliyə riayət etsin. Yalnız o hallar istisnadır ki əgər övladlar , qız və ya oğlan fəqi yoxdur, bir birilərinə hüquqlarını güzəştə getsinlər, hansısa xüsusi səbəbdən dolayı özlərinə veriləni digərinə verilməsini istəsinlər.Bundada problem yoxdur.Bu onların hüququdur."


"Məcmuu əl-fətava". 9/235

----------
1.Noman ibn Bəşir deyir ki, atam öz malının bir hissəsini mənə bağışladı. Anam Amrə bint Rəvahə isə dedi: Sən bu işdə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məsləhət almasan mən razılıq verən deyiləm! Atam mənə verdiyi sədəqəyə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şahid tutmaq üçün onun yanına getdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona dedi: «Sən bütün övladlarına belə hədiyyə etmisənmi?» Atam dedi: Xeyr. O dedi: «Allahdan qorxun və övladlarınız arasında ədalətli (mövqedə) olun». Atam qayıdıb həmin sədəqəni geri götürdü. Digər rəvayətdə isə onun belə cavab verdiyi deyilir: «Elə isə məni bu işdə şahid tutma. Çünki mən haqsızlığa şahidlik etmirəm».
Digər rəvayətdə isə belə cavab verdiyi nəql olunur: «Sən istərdinmi ki, onlar sənə qarşı xoş münasibətdə bərabər olsunlar?» Atam dedi: Bəli. O dedi: «Elə isə belə etmə»
--

Buxari, Müslim, Əbu Davud.

Bölmə: Gözümüzün nuru övladlarımız. | Baxılıb: 533 | Yüklədi: Azerislamoglu