Baş səhifə » 2013 » Avqust » 20 » Abdul-Aziz Ali Şeyx:"Tağutu inkar etməsən iman gətirmiş olmazsan- fikri doğrudurmu?" -video+mp3+mətn-
06:55
Abdul-Aziz Ali Şeyx:"Tağutu inkar etməsən iman gətirmiş olmazsan- fikri doğrudurmu?" -video+mp3+mətn-

Mufti Abdul-Aziz Ali Şeyx:

""Tağutu inkar etməsən iman gətirmiş olmazsan" fikri doğrudurmu?"


Mp3 Yüklə:

2.9 MB






Sual:

Allah sizin savabınızı artırsın möhtərəm şeyx! Hal-hazırda bəziləri: Kimisə kafir hesab etməyincə insanın imanı tamamlanmaz. Çünki din, Allaha iman gətirmək və tağutu inkar etmək prinsipi üzərində qurulub və küfr əhlini tanıtmaq da tağutu inkar etmək hesab olunur - fikrini söyləyir. Bu doğrudurmu?

Şeyx:

Ey qardaşım!
Allah Öz Elçisini -ona Allahın salavatı və salamı olsun- göndərdiyi zaman o, insanlara: bu küfrdür - deyə xitab etmədi. Peyğəmbər onları imana və ona riayətə dəvət edirdi. Məlumdur ki, imana, islama riayətə, şəriəti qəbul etməyə və ona uyğun əməllərə çağırış əsas məğzdir. Həqiqətdə insanları imana və islama dəvət etmək onları islama riayət etməyə çağırmaqdır. Peyğəmbər ona Allahın salavatı və salamı olsun, ərəblərə deyərdi:
"Mən sizə elə bir söz öyrədərəm ki, əgər onu söyləsəniz ərəblərin üzərində hökmranlıq edərsiniz, onlardan qeyri xalqlar isə, sizə cizyə vergisi ödəyərlər." Onlar: o hansı sözdür? - deyə soruşduqda o, buyurardı: Deyin "lə iləhə illəllah".
Ərəblər ondan üz döndərərək deyirdilər: "Əcaba, o, ilahların hamısını bir ilahmı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir". Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- onları imana dəvət edirdi və bu dəvət əsnasında bəyan edirdi ki, kim imana müxalif olarsa ondan kənar sayılar. Buna görə də küfrə dəvəti əsas hesab etmək yolverilməzdir. İzzət və cəlal sahibi Allah buyurur: "Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə..." Məlumdur ki, Allaha iman gətirib İslam ərkanlarına riayət edən şəxs mütləq şəkildə tağutu inkar edəcəkdir. Ona görə də İzzət və cəlal sahibi Allah Öz Peyğəmbərinə buyurur: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər". Buna səbəb onların Peyğəmbərə: bizim ilahlarımızı söymə ki, biz də sənin ilahını söyməyək - sözləri olmuşdur. Allah, aləmlərin Rəbbinin söyülməsindən ehtiyat edərək Peyğəmbərə -ona Allahın salavatı və salamı olsun- ilahları söyməyi qadağan etdi.
Deməli, dəvət İslam dininə olmalıdır. Ona görə də Allah peyğəmbərlər haqda buyurmuşdur: "Biz Nuhu öz tayfasına göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur... Ad tayfasına da qardaşları Hudu göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir ilahınız yoxdur... Səmud tayfasına da qardaşları Salehi göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur... Mədyən tayfasına da qardaşları Şüeybi göndərdik. (Şüeyb) onlara belə dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur...".
Dəvət imana və ona riayət etməyə olmalıdır. Əsas odur ki, sən imana riayət etməyəni imana dəvət edəsən. Həmin dəvətin tərkibində, imana müxalif olan kəs mömin sayılmaz məsələsi də vardır. Əgər o, mömin deyilsə, yalnız bundan sonra digər hökmlərə baxılmalıdır.

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 894 | Yüklədi: selefimedia