Baş səhifə » 2013 » Sentyabr » 22 » 4-cü mərtəbədən yıxılan körpəyə təcili yardım !
18:14
4-cü mərtəbədən yıxılan körpəyə təcili yardım !
 4-cü mərtəbədən yıxılan körpəyə təcili yardım !

Bir neçə gün öncə, yəni sentyabr ayının 15-də Nazim qardaşımızın 1 yaş 6 aylıq olan körpəsi ƏbdurRəhman Vəliyev dördüncü mərtəbədən yerə yıxılmışdır.

Uca Rəbbimizin mərhəməti onun yerə yox, zibil qabına düşməsinə səbəb olub və Allaha həmd olsun ki, diri qalıbdır.

Ancaq körpə ağır xəsarətlər alıb və hal-hazırda Kliniki xəstəxananın (keçmiş Semaşko) reanimasiya şöbəsindədir, vəziyyəti isə ağırdır. Sifət sümüklərinin hamısı zərbədən dağılmış haldadır. Gözünün biri hematomadır və hələlik açılmadığından görüb görə bilmədiyi məlum deyil.

Türkiyənin xəstəxanalarının birində (www.livhospital.com.tr) əməlliyyat və digər xərclərə 40000 dollar pul tələb olunur. Əməliyyat kəllə və üz sümüklərinin, həmçinin əl sinir sonluqlarının bərpası üzrə olacaq Allahın izni ilə.

Körpənin atasına aid bank hesabı: Az03AZEG4102084002471571200

Əlaqə nömrələri: Anası - Mədinə : +994 503887387 Atası - Nazim : +994 502256567

Yardım etmək istəyənlər bizim vasitəmizlə də edə bilər.

azeriumma.com

------
Son məlumat.

Bir yaxın qardaşdan aldığımız məlumata görə ƏbdurRahmən balamızı inşAllah gələn həftə Türkiyəyə aparacaqlar.Lazım olan məbləğdə artıq toplanmışdır.
Hal hazırda balacanında vəziyyəti bir qədər yaxşıdır.
Dualarınızı əksik etməyin.Uca Allah balaca qardaşımızı tezlikllə sağlamlığına qovuşdursun.Amin!
Əlhəmdulilləh.
Əlavə məlumat olduqca bu linkdə yayımlanacaqdır.


Bölmə: Elanlar | Baxılıb: 744 | Yüklədi: selefimedia