İslam tarixində böyük şəxsiyyət kimi
tanınan, Peyğəmbərin (səllallahu aleyhi va alə alihi va səlləm)
qayınatası, İmam Əlinin (radıyallahu anhu) kürəkəni və möminlərin əmiri
olan Ömər ibn Xəttabı (radıyallahu anhu) haqqım çatmasa belə, az da olsa
haqqını haqq sahiblərinə çatdırmaq istəyirəm. Bu böyük insanın ədaləti
və zahidliyi barədə yazdıqca qurtarmaq, dinlədikcə doymaq olmur. Mən
şəxsən bir azərbaycanlı olaraq əvvəl Uca Allaha şükür etmək və sonra da
Ömərə (radıyallahu anhu) təşəkkürlərimi bildirmək istəyirəm. Çünki biz
atəşpərəst, məcusi olaraq alova ibadət etdiyimiz halda, bizim İslama
gələrək müsəlman olmağımıza, Uca Allahı, Onun Rəsulunu (səllallahu
aleyhi va alə alihi va səlləm) və Əhli-Beytini (radıyallahu anhumə)
tanıyaraq sevməyimizə səbəb Ömər (radıyallahu anhu) olub.