Baş səhifə » 2012 » Dekabr » 25
Bizi MÜSƏLMAN OLARAQ yaradan Uca Allaha sonsuz həmdu-sənalar olsun.Çünki, müsəlman - olmaq şərəfdir, izzətdir, insanı insan edən ən böyük amildir.Bu nemət üçün Uca Allaha (Azzə va Cəl) nə qədər şükr etsək, azdır. Neçə-neçə insan bu nemətə layiq olmadıqları halda, Uca Allah bizləri sevdi, seçdi, izzətə layiq gördü.İslamı özünə həyat prinsipi edən insan necədə xoşbəxt insandır.Bunu yalnız düşünənlər bilər.

Müsəlman olub, MÜSƏLMAN KİMİ YAŞAMAQ -bəzilərinin zənn etdiyi kimi- qaranlıq bir dünya yox, işıqlığa/aydınlığa aparan və sonu Cənnət olan bir yoldur.Müsəlman - hər an, istənilən vəziyyətdə Uca Allahın və Onun Rəsulunun (sallallahu aleyhi va Əlihi va səlləm) əmrlərinə uymalı, yasaqlarından çəkinməli, nəfsini bu əmr və yasaqlardan üstün tutaraq özünü aldatmamalıdır.Əsl İslam və müsəlmanlıq da, məhz budur.
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 945 | Yüklədi: selefimedia | Tarix: 25.12.2012