Baş səhifə » 2013 » Fevral » 10
Fəth edilmiş bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da İslam dini insanlar arasında böyük rəğbətlə qarşılanmış və sürətlə yayılmışdı. Fəqət bu mərhələ necə gerçəkləşmişdi? Vuruşaraq, qılınc gücü ilə ələ keçirilmiş hər yerdə yeni bir dinin və ya ideologiyanın qəbul edilməsinin səbəbi, həqiqətən, o yerin hərbi yolla ələ keçirilməsi ola bilərmi? Bu qəti olaraq yanlış fikirdir. Belə ki, mədəni, elmi, dini, ideoloji və ümumiyyətlə, cəmiyyətin ictimai, iqtisadi, siyasi cəhətləri ilə hər hansı bir təbəddülata məruz qalmasını hərbi-siyasi səbəblərlə izah etməyə çalışmaq səhvdir.
---------------------
İslam dininin Azərbaycanda necə sürətlə qəbul edilib yayıldığını klassik müsəlman tarixçilərin əsərlərindən öyrənmək mümkündür. Əhməd ibn Yəhya əl-Bəlazuri IV xəlifə Əli ibn Əbu Talibin dövründə ikinci dəfə Azərbaycan valiliyinə təyin edilmiş Əşas ibn Qeys əl-Kindinin bu ölkəyə gəldiyi vaxt əhalinin müsəlman olduğunu, məscidlərdə Quran oxunduğunu gördüyünü yazır.
(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 330-331.)

Bölmə: Mobil Kitablar | Baxılıb: 1212 | Yüklədi: selefimedia | Tarix: 10.02.2013