Baş səhifə » 2013 » Fevral » 03

IV Xəlifə Əli ibn Əbu Talib Dövrü

Osman ibn Əffanın şəhid edilməsindən sonra Rəsulullahın (salallahu aleyhi və səlləm) əshabının yekdil qərar və xalqın əksəriyyətinin beyəti ilə Əli ibn Əbu Talib (r.a.) xəlifə seçildi. Qəhrəman, zəkalı, uzaqgörən, hikmət sahibi bir şəxs olan Əli ibn Əbu Talib Rəsulullahın (
salallahu aleyhi və səlləm) evində böyümüş, ondan tərbiyə almışdı. O, Quran-i Kərimi ən yaxşı bilən səhabələrdən biri idi...

(Bizans imperatoru) II Konstansın hakimiyyətə gəlməsi ilə Bizans paytaxtında taxt-tac uğrunda mübarizəyə son qoyulmuş və ölkə siyasi istiqrara qovuşmuşdu. Bu siyasi sabitlik nəticəsində Bizansın xarici siyasətində canlanma müşahidə edilmişdi. Bu canlanma Zaqafqaziyada da özünü bariz şəkildə göstərirdi. Bizans imperatoru köhnə müttəfiqi Xəzər xaqanı ilə əlaqələri yenidən qurmuş və gücləndirmişdi.

Bölmə: Mobil Kitablar | Baxılıb: 1221 | Yüklədi: selefimedia | Tarix: 03.02.2013