10:42 Yalnız ALLAH dan istə ! | |
Yalnız ALLAH dan istə ! "Bir gün qəbirə ibadət edənlərin alimlərindən tövhid əhlinin sıravilərindən birisinə dedi: -Siz iddia edirsiniz ki, Allah dostları fayda və ziyan verə bilmirlər? -(Bəli) Biz deyirik ki, onlar nə bir fayda nədəki bir ziyan verə bilirlər. -Bəs Allah deməyib ki :"Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir." ? -Allah necə deyib:"verilir" yoxsa "verirlər" ? -"Verilir" -O zaman mən (ruzini) Verəndən istəyəcəyəm.Onlara Verəndən, verilənlərdən yox! " -------------- Uca Allah buyurur: De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” Əraf, 188 ---------------- De: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!)” Cinn , 21
| |
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1322 | |