Baş səhifə » 2013 » Noyabr » 21 » "...və qarnınıda cıraraq körpəni bir kənara tulladılar"...
09:41
"...və qarnınıda cıraraq körpəni bir kənara tulladılar"...
"...və qarnınıda cıraraq körpəni bir kənara tulladılar"...

----------------
Əlinin (Allah ondan razı olsun) Şama yürüşü təxiirə salıb xavariclərlə döyüşməsinə səbəblərdən birisidə onların fitnə yaymalarına görə idi.Bu fitnələrdən biridə onların səhabə Abdullah ibn Həbbaba (Allah ondan razı olsun) və onun hamilə zövcəsinə qarşı etdikləri idi...
Onları əsir götürən xavariclər belə bir sual verirlər:"Sən kimsən?". Səhabə:"Mən Rəsulullah sallallahu aleyhi və səlləmin səhabəsi Abdullah ibn Həbbabam və siz məni qorxudursunuz".Xavariclər dedilər:"Həyəcanlanma.Bizə atanın danışdığı haqqında de". O:"Mən atamdan belə eşitdim:"Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu:"Fitnələr gələcək.O zaman oturan dayanandan, dayanan yeriyəndən, yeriyəndə qaçandan yaxşı olacaq" (Əhməd,5/110.AbdurRəzzaq,18578. Əhməd Şakir və əl Əlbəni səhih demişlərdir.)
Onlar onu qolubağlı olaraq özləri ilə götürdülər.Onlar yolda hansısa zimmiyə (müsəlmanların himayəsi altında olan xristian) mənsub donuza rast gəldilər.Onlardan birisi qılıncı ilədonuza zərbə endirərək dərisini zədələyir.Digəri ona irad tutaraq :"Sən nə çüçün bunu etdin.Bu ki zimmiyə məxsusdur".Sonra o həmən donuzun sahibi zimmiyə yaxınlaşaraqonu razı slana qədər mülayım tərzdə söhbət edir.onlarda bir digəri isə ağacdan düşmüş bir xurmanı yemək üçün götürür amma digəri ona irad tutaraq:"Sən onun üçün nə icazə almısan nədəki əvəzini ödəmisən" deyir.Və o həmin anda xurmanı ağzından çıxararaq atır.Bütün bunlara baxmayaraq onlar Abdullah ibn Həbbabı qətlə yetirirlər...Və eləcədə onun hamilə qadınının "Mən hamilə qadınam.Məgər Allahdan qorxmursunuz?" sözlərinə baxmayaraq başını kəsir, qarnınıda cırararaq bətnindki körpəni bir kənara tullayırlar"

İbn Kəsir."əl bidayə vəl Nihayə, 10/583.

--------------------

Diqqət edin.Onlar xırda məsələlərdə diqqətli amma böyük, hansındakı müsəlma qanı tökülür etinasız idilər.Onlar kafir olduğu halda donuz sahibi ilə problemi həll edib, onu razı saldılar.Həmçini onlar yerə dümü xurmanı yemək məsələsindədə ehtiyat etdilər.Amma müsəlmanın ölümü qarşısında Allah qorxus göstərmədilər.

Günümüzda buna aid misallar çoxdur.Məsələn onlar kafirlərin ölkəsindən gətirilən ətlər barədə ehtiyat edirlər amma "Bu kafirdir, bu kafirdir" deyə müsəlmanları küfürdə ittiham etməkdə eyhtiyatı əldən verirlər.Onlardan "Dəliliniz nədir?" deyə soruşduqda dəlillər axtarıına çıxırlar.Bəzi insanları, hakimləri təkfir etmək üçün şəriət dəlillərini öz nəfslərinə uyğun yozurlar.Çünki, əgər onları təkfir etməsələr hakimlərə qarşı çıxmanın vacibliyi haqqında insanları inanadıra bilməz və planlarını həyata keçirə bilməzlər.
Çünki insanlara məlumdur dindən çıxmaqadıca müsəlmanların hakiminə qarşı çıxmaq qadağandır.Ona görədə ilk öncə hakimləri küfürdə ittihama başlayır, sonrada insanları hakimlərinin İslamdan çıxmasına inadırmağa başlaylrlar.İnsanlar onlarla razılaçan kimi onları hakimə qarşı üsyana qaldırılar.

Hafiz İbn Kəsir xavariclər haqqında deyir:

"Mən deyirəm ki :Onlar Adəm övladlarının ən qəribələrindəndirlər.Allah Subhanahu və Təala öz yaratdıqlarını müxtəlıif etmiş və hamısının qədərini yazmışdır.Xavariclər haqqında bəzi sələflərin dediklərindən gözəl nə ola bilər ki, hansıki deyirdilər ki Uca Allahın :
"De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. (Kəhf 103-105)
ayələrində xavariclər nəzərdə tutulur.Çünki bu cahillər dərin zəlalətdədirlər.Onlar həm sözlərində həm də əməllərində hüsrandadırlar.Onlar müsəlmanların əksəriyyətini tərk etməkdə qərar vermişlərdir.
---------------------
Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu:

"Xavariclər Cəhənnəmin tulalarıdır"

Əhməd 4/355, İbn Macə,173. Şeyx Əlbəni səhih deyib.
---------------------
İmam əl Qurtubi buyurdu:

 "Təkfir təhlükəli bir qapıdır.Bir çox insanlar ona yaxınlaşdılar və büdrədilər.Bu qapıda ancaq seçilmişlər dayandılar və xilas oldular.Və biz bu xilası heç nə ilə müqayisə etmirik".

"əl-Mufhim",3/111
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 888 | Yüklədi: selefimedia