Baş səhifə » 2012 » İyul » 31 » "Vəhhabilik" haqında səhv düşüncələrin dəf edilməsi.
17:48
"Vəhhabilik" haqında səhv düşüncələrin dəf edilməsi.

 

"Vəhhabilik" haqında səhv düşüncələrin dəf edilməsi.


Allaha həmd olsun. Ona sığınır, Ondan yardım diləyirik. Siz bizdən Vəhhabilər haqqında məlumat verməyimizi və bizim onlara olan münasibətimiz haqqında soruşursunuz. İstər dost olsun istər düşmən söhbət kimdən, nədən gedir getsin bizim üçün əhəmiyyətli deyil, bizim üçün hər şeydən üstün olan Allahın əmr etdiyi ədalətdir.

 "Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!”’ (Ən-Nisə 135)

 Bu günləri Azərbaycanda ən çox müzakirə edilən məsələlərdən biri də ‘’Vəhhabi’’’ məsələsidir. Vəhhabilik nədir, vəhhabilər kimlərdir? Bu gün bu sualla Azərbaycandakı 8 milyon insana müraciət edilsə, Allah bilir bəlkə də 8 milyon fərqli cavab alınar. Bir sözlə bu gün cəmiyyətimizdə bəzi ‘’Vəhhabi’’ anlayışları var.

1.Həqiqətdə olmayan uydurma bir Vəhhabi anlayışı.

2. Həqiqətdə var olan bəzi qrup insanlar var ki, onlar vəhhabi olmadığı halda onlara vəhhabi deyirlər.

3. Həqiqətdə ‘’Vəhhabilik’’ deyilən bir cərəyanın olması da bir həqiqətdir. Amma buna ‘’Vəhhabilik’’ demək mübahisəli bir məsələdir və belə deməyin nə dərəcədə doğru olub olmadığı da mübahisəlidir.

 1. İnsanların xəyal və fantaziyası nəticəsində yaranmış buynuzlu, quyruqlu, adam əti yeyən... kimi cəfəngiyat və nağıllardan ibarət ‘’Vəhhabi’’ obrazı.

Burada İslam dünyasında hakimiyyət uğrunda mübarizə aparan, dindən öz şəxsi siyasi mənfəəti üçün istifadə edən münafiq qruplar tərəfindən hazırlanıb həyata keçirilən plan nəticəsində yaranan ‘’Vəhhabi’’ anlayışından söhbət gedir.

 Bu zümrə heç bir şeyin qarşısında dayanmaz, heç bir şeydən iyrənməz. Heç bir ar, həya, namus, vicdan, ədalət, mərhəmət insanlıq kimi ülvi duyğular bunlara heç bir təsir göstərməz. Heç bir Allah qorxusu cəhənnəm əzabı həqiqətləri bunların qarşısını almaz. Bunlar ‘’Qalib mühakimə edilməz’’ ,‘’Mühüm olan son nəticədir’’ , kimi prinsipləri hər şeyə o cümlədən də Allahın Quran ilə endirdiyi xəbərdarlıqlara tərcih edərlər. Bunlar müsəlmanlar üçün dəhşətli dərəcə də təhlükə kəsb edərlər. Çünki bunlar üçün heç bir sərhəd yoxdur. Heç bir sərhəd tanımayan insanlardan isə hər şey gözləmək olar.

Rəsulullah sallallahu aleyhi və səlləm buyurub ki: ‘’İlk Peyğəmbərlərdən gələn, insanların anladığı bir şey var: HƏYA ETMƏDİKDƏN SONRA, NƏ İSTƏYİRSƏN ET!’’ (Buxari, Əbu Davud, İbn Macə)

İş orasındadır ki bu insanlardan olan İblislər ortada olmazlar, onlar hər zaman pərdə arxasında qalar plan, proqram tərtib edər sonra da onu üzə çıxartdırarlar. Bunların proqramlarından biri də Azərbaycandakı ‘’Vəhhabi oyunudur’’. Bunların proqramını ilk olaraq həyata keçirən aldanmış (daha doğrusu aldadılmış) məzhəbinin fanatları ilə mənfəətpərəst fırıldaqçılar həyata keçirir.

Bunlardan sonra ikinci eşelon olaraq oyuna gətirilmiş cahil təbəqə estafeti alar ki, bundan sonra az bir qisim müstəsna əksəriyyət şayiələr və planlı təbliğat təsiri altında özləri bilmədən bu virusun daşıyıcısı olurlar. Bundan sonra artıq bu prosesin ipini buraxmaq da olar. Geniş kütlənin nəzərində ‘’dəhşətli vahiməli bir Vəhhabi obrazı’’ yaradılmışdır. Artıq hamı danışır, hamı alimlik edir, hamı fitva verir. Burada bu avam və cahil insanların eşitdiyi çürbəçür iftira və yalanların təsiri ilə xəyalın fantaziyasının məhsulu olan bir ‘’Vəhhabi’’ adlanan cəfəngiyat ortaya çıxır. Buynuzu, quyruğu olan, adam əti yeyən... ‘’vəhhabi’’ obrazları.

Deməli cəmiyyətimizdə vəhhabilər kimlərdir?

 İki üzlülərin planlı təbliğatı və insanların xəyal və fantaziyası nəticəsində yaranmış buynuzlu, quyruqlu, adam əti yeyən... kimi cəfəngiyat və nağıllardan ibarət ‘’vəhhabi’’ obrazı. Bu həqiqətdə olmayan, yaradılan bir Vəhhabi obrazıdır.

2. Bundan başqa bir də həqiqətdə var olan bəzi qrup insanlar var ki, onlar Vəhhabi olmadığı halda onlara vəhhabi deyirlər. Bunlar kimlərdir?

a) Dininə bağlı olan, dinini sevən, Allaha təslim və itaətə dair verdiyi sözə sadiq qalmağa çalışan müsəlmanlardır. Bu istər şiə olsun, istər sünni olsun, istər sufi olsun, istər hədis əhli olsun, istər kəlamçı - fəlsəfəçi olsun hər kəsə aid edilə bilər. Məsələn, əgər biri dinindən güzəşt etməyib içkili toy məclisinə getməz və ailəsini də aparmazsa və ya ailəsindən hicab taxmasını tələb edərsə bu adam olur radikal vəhhabi. Yox əgər adam bir yandan namaz qılıb sonra əyləncələrə qatılarsa onda o adam olur ‘’yaxşı müsəlman’’. Bunlara ‘’Vəhhabi’’ damğasının vurulmasının tək bir səbəbi, bunlar tək bir ‘’günahı’’ Allahın əmrlərini yerinə yetirməyə çalışmalarıdır. Bunlar dinlərini olduğu kimi qəbul edib buyurulduğu kimi, yerinə yetirməyə çalışdıqları üçün insanların hədəfinə çevrilmişlər.

Yuxarıda qeyd etdiyimiz kimi planlı iş görülmüş vəhhabi anlayışı yayılmış, bundan sonra artıq meyvələri yığmaq olar. Sərf etməyən, mane olan, həqiqəti bilən, haqqı söyləyən hər kəsə lazım olan vaxt bu damğanı vurmaq qalır. Artıq kim sərf etmirsə onun haqqında bir kəlmə ‘’Vəhhabi’’ demək kifayətdir. Dininə bağlı olanlar isə çoxlarına sərf etmir. Zina etmə, siğə eləmə, rüşvət alma, içki içmə, narkotik istifadə etmə, qadın alveri ilə məşğul olma, homoseksuallıq etmə! Tövbə et, saqqalı qırxma, Allahdan başqasına ibadət etmə...Bu kimə sərf edər ki? Allahın bu sadiq qullarına qarşı mübarizədə bir çox zümrələrin maraqları üst üstə gəlir. Məsələn narkotik satanların. Vaxtı ilə narkoman olub sonradan tövbə edən bu ‘’Vahhabilər’’ özləri tövbə etməkləri bəs deyil, narkotik istifadə edən gəncləri də imana dəvət edirlər. Sən tövbə etdin, mən tövbə etdim, bəs narkotik satanların planını kim dolduracaq? Onlardan da plan tələb edənlər var axı. Həm də plan tələb edən eyni zamanda həm də bu zəhəri istifadə edənlərdən də dolanır axı. Nəticədə bu biznesə iki tərəfli zərbə vurulmuş olur. Hesablama vaxtı gələndə bütün bunların günahkarı kim olur? ‘’Vəhhabilər’’!

Yenə cadugərlər, falçılar, sehrbazların da biznesi dininə bağlı olanların (Vəhhabilərin) sayəsində zəifləmiş olur.

Yenə dilənçi biznesini əlində tutanlara da dininə bağlı müsəlmanların olması sərf etmir.

Yenə dini ticarətə çevirən gəlir mənbəyi edən dinini Quranı satanların da işinə bunlar yaramır. Xurafat, mövhumat, cəfəngiyat üzərində öz biznesini quran çoxları da bu ‘’Vəhhabilərə’’ qarşı mübarizədə ortaqdırlar.

Yenə adam haqqı bilə-bilə şeytanın yolu ilə gedir. Bir gün qızı və ya oğlu ona bu yoldan əl çəkməyə dəvət edir. Bu da onun nəfsinə ağır gəlir. Yenə günahkar axtarmaq lazımdır. Kimdir günahkar? ‘’Vəhhabilər’’.

Dininə bağlı olanlara (Vəhhabilərə) qarşı davadakı bu ittifaqa hələ çoxları daxildir. Siz hamınız bunları bilirsiniz. Çünki insan susanda, boyun əyəndə ona hücumlar az olar, o müvəqqəti olaraq ‘’yaxşı müsəlmanlar’’siyahısına daxil edilər. Elə ki, haqqı söyləmiş oldu hücumlar çoxalar, ‘’Vəhhabi‘’ damğası vurular. Bu damğa vurmaq adəti yeni bir şey deyil ki. Peyğəmbərlərə də, onlara tabe olanlara da, salehlərə də tarix boyunca damğa vurublar. 

Bu sadaladığımız ‘’biznesmenlərdən‘’ başqa bir də bəzi böyük qüvvələrin də bu məsələdə maraqları üst üstə düşdüyü üçün, münafiqlərin planlarının hazırlanıb həyətə keçirilməsi dəstək qazandığı üçün asanlaşır. Müsəlmanlara qarşı mübarizəyə girişən bütün şeytani qüvvələr bu mübarizədə təbliğata böyük yer verirlər. Çünki bunsuz cinayətlərə bəraət qazandırmaq olmur. Və ya yeni cinayətlər törətmək üçün zəmin hazırlamaq gərəkdir. Məsələn, Sovet ordusunun Bakıda 20 yanvarda törətdiyi cinayəti xatırlayın. Böyük qüvvələr öz rəqibini (SSRİ-ni) dağıtmaq üçün (Azərbaycan xalqının qayğısına qaldığı üçün yox) bundan istifadə etmək istədilər. O zaman Moskva bir kəlimə ilə gediş etdi: ‘’Bakıda İSLAM FUNDAMENTALİZMİ‘’ baş qaldırmışdı, ordu da məhz bu hərəkatı yatırtmaq üçün yeridildi. Bundan sonra hamı geri çəkildi. Nə tez hər şey unuduldu. Yoxsa o vaxtı Sovet ordusuna qarşı əli yalın çıxan adamlar M.S. Qorbaçovun dediyi kimi ‘’İslam fundamentalistləri idi‘’, bəlkə ‘’Vəhhabi‘’ idi? Sonralar ‘’İslam fundamentalistləri‘’, ‘’İslam fanatikləri‘’, ‘’İslam ekstremistləri‘’, ‘’İslam terrorçuları‘’, ‘’Vəhhabilər‘’, ‘’Sünni ekstremistləri‘’ və sair ləqəblər zaman və məkandan asılı olaraq uyğun şəkildə istifadə edildi və edilməkdədir. Sabah maraq və şərait dəyişəcək, bu dəfə ‘’Rafizi ekstremistləri‘’ deyəcəklər. Hələ ki bu gün İslama (sünnilərə) qarşı mübarizədə maraqlarının üst üstə düşdükləri qrupları əzizləməkdədirlər.

b) Vəhhabi olmadığı halda onlara vəhhabi deyildiyi həqiqətdə var olan bəzi qrup insanlardan digəri də Sünnilərdir.

Bu günləri təxribatçıların planının tərkib hissəsindən biri də ‘’Vəhhabi‘’ adı altında sünniləri zəiflətməkdir. Bir aksioma var ki, oda yüksəlmənin iki yolunun olmasıdır: biri özünün qalxması, digəri isə qarşı tərəfin aşağı basılmasıdır. Bu gün ‘’Vəhhabi‘’ adı altında söylənilən bir çox şeylər əslində sünnilər haqqında söylənmiş olur. Siğəni qəbul etməmək, saqqal saxlamaq, möhürsüz namaz qılmaq, kəlmeyi-şəhadətdə Əlinin adını çəkməmək və s. bütün bunların hamısı Vəhhabilik deyil Sünnilikdir. On dörd əsirdir ki, Quran, Sünnət, Səhabənin icması, Tabiin və sair mənbələr üzərində qurulub günümüzə qədər gəlmiş olan bu məzhəb Əhli-Sünnə (Sünni) məzhəbidir, Vəhhabi deyil.

Bütün bunların narahatçılıq doğuran şeylər olması ilə bərabər baş verən bəzi şeylərə baxanda o qədər də dəhşətli görülmür.

 Yuxarıda İslam dünyasında hakimiyyət uğrunda mübarizə aparan, dindən öz şəxsi siyasi mənfəəti üçün istifadə edən münafiq qruplar tərəfindən hazırlanıb həyata keçirilən təxribatın olması haqqında məlumat vermişdik.

Bu zümrə heç bir şeyin qarşısında dayanmaz, heç bir şeydən iyrənməz. Heç bir ar, həya, namus, vicdan, ədalət, mərhəmət insanlıq kimi ülvi duyğular bunlara heç bir təsir göstərməz. Heç bir Allah qorxusu cəhənnəm əzabı həqiqətləri bunların qarşısını almaz. Bunlar ‘’Qalib mühakimə edilməz‘’,‘’Mühüm olan son nəticədir‘’ kimi prinsipləri hər şeyə o cümlədən də Allahın Quran ilə endirdiyi xəbərdarlıqlara tərcih edərlər. Bunlar müsəlmanlar üçün dəhşətli dərəcə də təhlükə kəsb edərlər. Çünki bunlar üçün heç bir sərhəd yoxdur. Heç bir sərhəd tanımayan insanlardan isə hər şey gözləmək olar.

Bunlar Rəsulullah sallallahu aleyhi və səlləmin buyurduğu ‘’HƏYA ETMƏDİKDƏN SONRA NƏ İSTƏYİRSƏN ET!‘’ zümrəsinə daxil olan həyasızlardır.

Bunların təxribatının bəzi nəticələri cəmiyyətimizdə görsənməkdədir. O da müsəlmanların namusuna dil uzatmaqdan ibarət söylənmiş iyrənc iftiralardır. Onu da qeyd etmək lazımdır ki bu planlı şəkildə hazırlanmış təxribatı həyata keçirənlər onlar deyil, onların siyasətinin qurbanı olmuş səfehlərdir. (Kimlərsə sərvət, qadın, mal-mülk, məqam vəzifə, şan-şöhrət əldə edəcək deyə bu bədbəxt zavallılar öz axirətini qurban verirlər.)

 ‘’(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər! Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: ‘’Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!‘’ (əz-Zuxruf 37, 38)

 Sizə Allahın kitabını tövsiyə edə bilərik. Heç kəsə qulaq asmayın. Allahın kitabına qulaq verin. Heç kəsdən fətva dinləməyin. Fətvanı Allah verir.

 Quranda keçən bütün növ insanlar bu gün də yaşamaqdadırlar, qiyamətə qədər də yaşayacaqlar. Yalançılar və sadiqlər, qorxaqlar və cəsurlar, zalımlar və adillər, müşriklər və müvəhhidlər, haqq və batillər, xainlər və şərəflilər və s. Bütün bunlar Quranda bəhsi keçən insan növləridir ki, bunlar hər zaman bütün cəmiyyətlərdə varlığını sürdürmüşlər.

 Quranda ‘’Nur‘’ adında surə var. Bu surə (11 dən 26-ya qədər) Rəsulullah sallallahu aleyhi və səlləmin  namusu sayılan həyat yoldaşı qiyamətə qədər yaşayacaq bütün möminlərin anası hz. Aişə (Allah ondan razı olsun) haqında nazil olmuşdur. Bu gün olduğu kimi o zamanda yer üzü qüvvələri İslam dini və müsəlmanlar (o vaxtkı dövrün Vəhhabiləri) qarşısında aciz və məğlub vəziyyətdə idilər. Müsəlmannlar (Vəhhabilər) gün gündən çoxalır, inkişaf edir, öz əxlaqı ilə yeni-yeni insanların qəlbini fəth edirlər. Hər kəs onların paxıllığın çəkir onlara həsəd aparırlar. Nəhayət bütün bunların səbəbkarı olan Müsəlmanların (Vəhabilərin) lideri Allahın göndərdiyi Rəsulullah sallallahu aleyhi və səlləmə qarşı təxribat törətmə imkanı əllərinə düşür. Və onlar Rəsulullah sallallahu aleyhi və səlləmin pak, tahir yoldaşına zina iftirası atırlar. Bu Rəsulullah sallallahu aleyhi və səlləmi Hz. Aişəni, onun atası Rəsulullah sallallahu aleyhi və səlləmin sadiq dostu hz. Əbu Bəkri (Allah ondan razı olsun çox üzür, çox incidir, çox sarsıdır. Bu bir müddət (40 günə yaxın) davam etdikdən sonra nəhayət Allah bu işə müdaxilə edəcək, və qiyamətə qədər yaşayacaq insanlar üçün Qurana daxil etdiyi sözlərini (ən-Nur 11-24) bir düstur bir qayda bir ölçü edəcəkdir.

Yuxarıda qeyd etdiyimiz kimi, Quranda bəhsi keçən insan kateqoriyaları və onların fəaliyyətləri bu gün eyni ilə yaşanmaqdadır. O vaxtı hz. Aişəyə iftira atan münafiqlərin sünnətini (yolunu) izləyənlər bu planlı, düşünülmüş iftira kompaniyası dedi-qodu, nəmmamlıq (söz gəzdirmək), qeybət, fitnə-fəsad aşiqlərinin fitnəsi ilə inkişaf tapır. Bu xəstələr eşitmək istədiyini (fitnə) eşidir, sərf etməyən şeylərə (haqqa) qarşı isə kar olur. Halbuki, qeybət və dedi-qoduya qarşı kar olub müsəlmanlara hüsn-zəndə olması lazım deyilmi?! O üzdən iraq "möminlər" Allahın kitabına görə dörd ədalətli şahid gətirməli deyildilərmi?!

 "Nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!" (Əl-Nur 13)

"İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir." (ən-Nur 4) Allah bu çirkin işi görənləri Quranda lənətləmişdir.

 "Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. Ancaq Allah bilir, siz bilməzsiniz!" (ən-Nur 19)

"Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir." (Əl-Nur 23)

O ki, qaldı bu işlərdə əli olan aldanmış avama onların da bilməməyi üzür deyil və onlarda Allahın lənətini haqq etmişlər. Şayiələrə uyub, qeybətə qulaq vermək əvəzinə, "Nur"surəsini oxusunlar, və ya Allahın haqq dəvətçilərinin ədalətli və haqq nəsihətinə tabe olaydılar.

"İffətli, namuslu mömin qadınlara iftira atan lənətlənmiş alçaqların hökmü məlumdur.Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.’’ (ən-Nur 24)

Onların bu çirkin işlərinə qarşı, onların cavablarını verməli deyillərmi? Onları qınamaq əvəzinə onlara dinləyib dedi-qoduda iştirak edilər.

‘’Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: ‘’Bu, açıq-aydın bir böhtandır!’’ deməli deyildilərmi? (ən-Nur 12)

O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu Allah yanında çox böyük günahdır! (ən-Nur 15)

Məgər siz onu eşitdiyiniz zaman: ‘’Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!’’ deməli deyildinizmi? (ən-Nur 16)

Bu alçaqların iftirası o qədər çirkindir ki, nəinki bir müsəlmanın hər bir ədalət sahibi insanın tükləri ürpəşir. Siz bizə münasibət bildirməyi istəyirsiniz. Zərrə qədər mənliyi, mənəviyəmi, namusu qeyrəti, ədaləti olan bir adamın belə şeylərə münasibəti nə olar? Dünyanın ən axırıncı dinsiz imansız kafir, ateist kim olursa olsun haqqında söylənən bu kimi iftiraları vicdan sahibi heç kəs qəbul etməzsə bir müsəlmanın namusuna uzadılan bu iftiralar qarşısında bir müsəlmanın münasibəti necə ola bilər?

Müsəlmanların aləmlər içində məxluqatının ən üstünü olduğu hamıya bəllidir. Tük ürpədici iftiraları mömin insanlar haqqında necə söyləmək olar?!

Burada İslam dünyasında hakimiyyət uğrunda mübarizə əlbət ki öz təsirini göstərir. Məlum olduğu kimi, ‘’Vəhhabi’’ deyəndə əsasən ərəblər, daha dəqiq desək Hicaz ərəbləri qəsd edilir. Səudiyyə Ərəbistanı ilə İslam dünyasında hakimiyyət uğrunda rəqabət aparan qüvvələr rəqiblərini vurmaq üçün hər bir vasitəyə əl atmışlar.

Heç bir Allaha və axirətə iman edən kəs müsəlmanlar haqqında belə şeyləri heç vaxt söyləməz. Heç bir şiə istər namaz qılsın istər qılmasın bu cür çirkin iftiralar atmaz. Dindən ən uzaq olan adam belə bunları eləməz, ibadət əhli şiələr!!!

3. Bura qədər anlatdığımız həqiqətdə olmayan uydurma ‘’Vəhhabi’’ sindromudur. Bundan başqa bir də həqiqətdə ’’Vəhhabilik’’ deyilən bir cərəyanın olması da bir həqiqət, bir gerçəkdir. Amma buna ‘’vəhhabilik’’ demək mübahisəli bir məsələdir və belə deməyin nə dərəcədə doğru olub olmadığı da mübahisəlidir.

Bu gün Səudiyyə Ərəbistanında hakim olan məzhəb haqqında ‘’Vəhhabi’’ məzhəbi deyirlər. Bu məzhəbin özəllikləri və fikirlərini bilmək üçün müəyyən islami bilgi bazasının olması gərəkdir. Biz qısa olaraq anlatmağa çalışacağıq.

 Rəsulullah sallallahu aleyhi və səlləmin dövrində elm əsasən səmadan gələn vəhy və Rəsulullah sallallahu aleyhi və səlləmin canlı həyatı vasitəsi ilə yer üzündə yayılmaqda idi. Peyğəmbər sallallahu aleyhi və səlləm dünyanı tərk etdikdən sonra onun sahəbələri həmən o mirasdan pərakəndə şəkildə bəhrələndilər. Onların yeganə kitab halına gətirdikləri İlahi vəhy olan Quran oldu. Sahabələrdən sonrakı dövrlərdə artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründən uzaqlaşma səbəbindən dolayı onun buraxdığı elminin formalaşması, düsturlaşmasına ehtiyac duyuldu. Burada da önə çıxan böyük dahi alimlər ətraflarında həm fikirlərini toplayaraq bu elmi formalaşdırmağa başladılar. Nəticədə əhli-sünnətin sonralar 4 böyük məzhəbi formalaşdı: Hənəfi, Maliki, Şafii, Hənbəli. Burada da təbii ki fərqli-fərqli məktəblər və üsulların ortaya çıxması qaçılmaz oldu. Məsələn, başda İbrahim Nəhayi, Hammad, Əbu Hənifə olmaqla İraq məktəbi ortaya çıxdı. Bu məktəbin nümayəndələri rəyə böyük üstünlük verdiyi üçün bunlara Rəy əhli deyildi. Digər tərəfdən Mədinədə imam Maliki başçılığı ilə, məsləhəti əsas alan başqa bir məktəb ortaya çıxdı. Bunlardan sonra, böyük hədis alimi Əhməd ibn Hənbəl ortaya çıxaraq hədisçilərin yolunu ortaya qoydu. Bunun davamçıları olan ibn Teymiyyə, ibn Qayyim, ibn Kəsir və digər böyük alimlər ara sıra bu üsulu dünyaya duyurur, əks fikir olan rəy əhli, kəlam əhli, fəlsəfəçilər bəzi təsavufçularla elmli mübahisəyə girişirdilər. Əsrin əvvəlində hicaz bölgəsində Hənbəli məzhəbinə mənsub olan Muhammad Abdul Vəhhab bu hərəkatı (mühəddislərin tutduğu yolu, mənimsədiyi üsul) canlandırdı. Hədisçilərin fikirlərinin yayarkən digər yol tutanlarla münaqişəsi qaçırılmaz oldu. Nəticədə təəssüflər olsun ki, bəzi qətllər oldu. Bu hərəkatın digər özündən öncəki Hənbəlilərin hərəkatından fərqli olan biri də bu hərəkatın siyasi tərəfi idi. Bu hərəkət nəticəsində Səudiyyə Ərəbistanı və bir neçə xırda dövlətlə quruldu. Ona görə Əbdülvəhhabın hərəkatı həm məzhəbi, həm də siyasi hərəkat olmuşdur. Bu hərəkət haqqında söylənənlərdən bəziləri isə dəqiq desək, quya bu hərəkatın ingilislər tərəfindən hazırlanıb həyətə keçirdiyi isə ciddi bir dəlilə dayanmamaqdadır. Bunu iddia etmək üçün əlimizdə heç bir ciddi əsas olmadığına görə biz Allahın kitabına görə bunu qəbul edə bilmərik. Bu gün ‘’bir ingilis casusunun etirafları’’Quran və sünnət kimi fitva qaynaqları yayılmaqdadır. Hemferlərin kəlamından dəlil gətirilir. Bu yazılanlar, söylənənlər isə ciddiyyətdən uzaq, avam təbəqənin hissləri ilə oynamağa yarayan əsərlərdir.

‘’Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!’’ (əl-Hucurat 12)

Onu da demək olar ki hansı siyasi xadim cürbəcür adamlarla görüşməmişdir. Məsələn İrandakı fevral inqilabının banisi həm din xadimi həm də böyük siyasətçi Ayətullah Xomeyni uzun illər Fransada yaşamış cürbəcür insanlarla görüşmüşdür. Bir gün biri qalxıb ‘’Bir fransız casusunun etirafları’’ adlı bir kitab yazarsa, onu inkar etmək hər müsəlmanlara vacib olur.

 ‘’Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!’’ (Əl-Hucurat 6)

 Bu bizim sizə verəcəyimiz məlumatdır. Hər nə qədər tarazlığı saxlayıb obyektiv məlumat verməyə çalışdıqsa da buna nə dərəcə nail olduq deyə bilmərik. Ümumiyyətlə məzhəblər haqqında məlumat verəndə mütləq hansısa tərəf narazı qalır. Hər şeyin doğrusunu bilən Allahdır.

 

"Vəhhabilik" haqqında digər məqalə və audio yazılar üçün buradan faydalana bilərsiniz:

Məqalələr.

"VƏHHABİ OLSAYDIQ, DEYƏRDİK VƏHHABİYİK”





Audioyazılar

 

 

 

01.Azadlq1.Qamet.mp3
02.Azadlg2.Ekrem.mp3
03.vahabilikMovzusu.mp3
04.Radio_ANS_Azerbaycanda_Vehhabi_varmi.mp3
05.xarabQelbler1.mp3
HeyderAliyev.mp3

Azadliq radiosu.27.06.2007.«Mən bura gəlməklə xoşbəxtlik tapmışam»

 

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1247 | Yüklədi: selefimedia