Baş səhifə » 2012 » İyul » 21 » Təyyarələrdə namaz otaqları fəaliyyətə başladı.
17:24
Təyyarələrdə namaz otaqları fəaliyyətə başladı.
Malayziya Hava Yolları sərnişinlərinə namaz qılmaq üçün ayrıca yerləri olan təyyarələrlə xidmət göstərməyə başlayıb.

Şirkətin aldığı iki mərtəbəli "Airbus A380” təyyarəsində sərnişinlərin namazlarını qılmaları üçün xüsusi yerlər ayrılıb.

Lent.az-ın Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, təyyarə Malayziyanın sifarişi üzrə içində namaz qılma yerləri ayrılmaqla inşa edilib. İki mərtəbəli təyyarənin içində 5 ayrı hissədə "namaz qılınacaq yer” mövcuddur.

Təyyarə 15 saat havada qala və birbaşa 13500 km məsafəni qət edə bilir. İlin bəzi fəsillərində sərnişinlər bu müddətdə 5 vaxt namaz qıla bilər. Namaz qılma yerləri təyyarənin salonlarına görə müəyyənləşdirilib.

Ehtiyac duyulduğu zaman heyət sərnişinlərə səccadə verir, qiblənin təyinində yardımçı olurlar.

Qeyd edək ki, indiyədək istifadəyə qəbul edilmiş "Airbus A380” təyyarələrinin bir çoxunda müxtəlif maraqlı xidmətlər göstərilir. "A380”-a ilk sahib olmuş Sinqapur Hava Yollarında təyyarənin içində 12 ədəd iki nəfərlik yataq otağı bölməsi yaradılıb. "Emirates” şirkəti isə birinci sinif salonun ayaqyolunu genişlətməklə sərnişinlərə duş qəbul etmə imkanı yaradıb. "Air France” şirkətinin A380 təyyarəsinin "first class” salonunda gözəllik salonu və bərbərxana, "Lufthansa”da isə 2 hamam otağı fəaliyyət göstərir. Koreya Hava Yolları isə istifadəsindəki təyyarənin quyruq hissəsində "Duty free mağazası” yaradıb.

Rəşad
Baxılıb: 551 | Yüklədi: selefimedia