Baş səhifə » 2015 » Fevral » 16 » Təvəzökar olmanın fəzilləti.
10:02
Təvəzökar olmanın fəzilləti.

Təvəzökar olmanın fəzilləti.

Ənəs (radıyallahuanhu) rəvayət edir ki, Allah Elçisi (sallallahualeyhi  və  səlləm) dedi:

« Uca Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olasınız və bir-birinizə təcavüz etməyəsiniz». 

(İbn Macə 3396, 4204, 4214, 4354; əl-Buxari «Ədəbul-Mufrad» 426. əl-Albani səhih olduğunu demişdir.)

--------------

Rəvayət edilir ki, Ömər (radıyallahuanhu) demişdir:

«Peyğəmbər (sallallahualeyhi  və  səlləm) ovucunu yerə tərəf yaxınlaşdıraraq dedi: «Uca Allah buyurur: «Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram». Peyğəmbər (sallallahualeyhi  və  səlləm) bunu deyərək ovucunu səmaya qaldırdı». 

(Əhməd 292, 309, 316. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (№ 2894) hədisi səhih adlandırmışdır. )

-------------

İyad ibn Himər (radıyallahuanhu) rəvayət edir ki, Allah Elçisi (sallallahualeyhi  və  səlləm) dedi:

«Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın». Mən dedim: «Ey Allahın Elçisi! De görüm, əgər bir nəfər məni məndən də çox nöqsanı olan bir toplum içində söysə, mən də ona cavab qaytarsam, buna görə günah qazanarammı?» Peyğəmbər (sallallahualeyhi  və  səlləm) dedi: «Söyüşən iki nəfər, bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır». 

(Əbu Davud 4250, 4897; əl-Buxari «Ədəbul-Mufrad» 428/ 1. əl-Albani səhih demişdir.)

----------------

İbn Abbas (Radiyallahu  anhu) rəvayət edir ki, Allah Elçisi (sallallahualeyhi  və  səlləm) demişdir:

«Elə bir Adəm oğlu yoxdur ki, onun başında olan hikmət bir mələyin əlində olmasın. O, təvazökar olduqda mələyə belə deyilər: «Onun hikmətini artır!» O, təkəbbürlük etdikdə isə, mələyə belə deyilər: «Onun hikmətini burax!» 

(əl-Bəzzar 7847; ət-Tabərani «əl-Kəbir» 12939. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (№ 5675) həsən olduğunu bildirmişdir.)

Bölmə: Faydalar | Baxılıb: 576 | Yüklədi: Azerislamoglu