Baş səhifə » 2015 » May » 6 » Seyyid İbn Səd əd-Din əl-Ğabəşi:"Cahilliyin üzürlü olmasının bəyanı və müxaliflərə rədiyyə."
08:10
Seyyid İbn Səd əd-Din əl-Ğabəşi:"Cahilliyin üzürlü olmasının bəyanı və müxaliflərə rədiyyə."

Seyyid İbn Səd əd-Din əl-Ğabəşi:

"Cahilliyin üzürlü olmasının bəyanı və müxaliflərə rədiyyə."



Abdul Aziz İbn Abdullah İbn Bəzdən hörmətli Qardaş Seyyid İbn Səd əd-Din əl-Ğabəşiyə 

    " Əssələmu      aleykum    va  rahmətullahi     va  bərakətuh.    Sizin  bizə göndərdiyiniz bu iki risaləyə - "Vəsilənin mənasının bəyanında uca  faydalar   və  qəbirpərəstlərin  şübhələrinə  rəddiyyə"   və  "Aləmlərin Rəbbinin rəhmətinin genişliyi" adlı risalələrinizə cavab olaraq: Sizə bildirirəm   ki,  biz  artıq  bu   iki   risaləni oxuduq   və  gördük  ki,  bu  risalələr aşağıdakı kimidir: ... "

1-   Birinci   risalə: Siz   "Vəsilənin     mənasının   bəyanında   uca  faydalar     və  qəbirpərəstlərin    şübhələrinə     rəddiyyə"      risaləsində təvəssülə, istiğasəyə və qəbirləri ziyarət etmək üçün səfərə çıxmağa  aid   məsələləri  açıqlamış,  bu    əməli   edənlərin  şübhələrinə  Quran, Sünnə    və  Sələflərin   sözlərindən     olan  açıq-aydın  dəlillərlə    rədd 
vermisiniz. 

   
2-   İkinci   risalə: "Aləmlərin      Rəbbinin    rəhmətinin   genişliyi" risaləsində isə siz, dini işlərin hər hansı birində müxaliflik edən və bu müxalifliyindən cahil olan kəs barəsində bəhs etmisiniz, belə ki, o   kəs  günah  qazanırmı,   yoxsa   cahilliyinə  görə  üzrlü  bilinir?   Və buna da Quran, Sünnə və ümmətin imamlarının sözləri ilə, Şeyxül- İslam İbn Teymiyyə, tələbəsi İbn Qeyyim və həmçinin Şeyxül-İslam Muhəmməd        İbn  Abdul     Vahhab     və onun    övladları,  nəvələri    və tələbələrinin    sözləri    ilə  aydınlıq    gətirməklə     yanaşı,    burada müxaliflərə rədd verərək, onların cahilliyini və insanlara məsələni başqa formada göstərməklə hiylələrini bəyan etmisiniz. Əvvəldə  keçənlərdən  aydın  olur  ki,  bu  risalələrin   hər   ikisi  öz  mövzusunda faydalıdır və bunların çap olunmasına heç bir maneə yoxdur.     Bu   risalələrin   hər   ikisi  də çox   mülayim   bir     üslubla  yazılmışdır.     Allahdan     istəyirəm   ki,   Allahın   pak   dininə  ixlaslı  xidmətinizdə      sizin   əməyinizə      bərəkət     versin.    Və  Allahdan istəyirəm  ki,  müsəlmanları  və       onların  əmir      sahiblərini  Allahın  
kitabı   və  peyğəmbərin       (sallAllahu     aleyhi   və  səlləm)   Sünnəsi üzərində    qorusun     və onları  buna  əməl      etməyə  müvəffəq     etsin. 

Həqiqətən Allah duaları qəbul edəndir, eşidəndir. 
Əssələmu aleykum va rahmətullahi va bərakətuh. 
                           

Elmi bəhslər, fətva və dəvət idarəsinin rəisi Abdul Aziz İbn Abdullah İbn Bəz.

Hicri 1403/5/8 

------------------

Risalənin tamamını PDF fayl olaraq yüklə:


PDF

-----------------


Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1418 | Yüklədi: Azerislamoglu