Baş səhifə » 2014 » Yanvar » 26 » Şeyx Useyminin dövrəsində izah etdiyi bəzi sözlərin mənaları.
10:51
Şeyx Useyminin dövrəsində izah etdiyi bəzi sözlərin mənaları.

Şeyx Useyminin dövrəsində izah etdiyi bəzi sözlərin mənaları.


1) Ərəbcə bədəni qüvvətləndirən bütün şeylər qida sayılır. qida "əl-ğizə`u" sözündəndir. Yəni, Yuxu, dərman, yemək, yatmaq və s. bədəni qüvvətləndirən şeylər hamısı qida sayılır. Bizim dildə isə qida dedikdə çox zaman "yemək" üçün olan şeylər nəzərdə tutulur.

2)Vəsvəsənin baş verdiyi yer insan və cinlərin köksləridir. Cin tərəfindən gələn "vəsvəsə" elə "vəsvəsə adlanır." İnsan tərəfindən gələn "vəsvəsə" isə "vəşvəşə" adlanır.

3) "Bərəkət" sözünün mənası "xeyiri ...bol və davamlı olan" deməkdir.

4) "Dayfun" (qonaq)la "zəir" (ziyarətçi)nin fərqi: Dayfun - (qonaq) odur ki, başqa yerdən, ölkə xaricindən və ya uzaq yerdən səni qəsd edərək yanına gəlir. O zaman ona xidmət etmək, qarşılamaq sənə gərəklidir. "Zəir" (ziyarətçi) isə odur ki, ölkə daxilindən və ya yaxın bir yerdən səni qəsd etmədən sən qalan yerə gəlib çıxır, o zaman ona xidmət etmək ikramdır, lakin vacib hökmündə deyil. Qonaq (dayfun) ev sahibinin evinə gəlib qapını döysə, ev sahibi evdə olmadıqda "qapı açıq olarsa" icazəsiz içəri girə bilər ki, çöldə gözləməsin. (Çünki, ev sahibini qəsd edib evdən çıxıb). "Zəir" (Ziyarətçi) isə ev sahibi evdə olmadıqda "qapısı açıq olsa belə" icazəsiz evə girə bilməz. (Çünki, ev sahibini qəsd edib evindən çıxmayıb).

MƏNBƏ:

Şeyx Useyminin dövrəsində izah etdiyi bəzi sözlərin mənaları.
("Qırx hədis"in şərhi və "kiçik surələrin təfsiri" kitablarının şərhində)

Tərcümə etdi:

Sahib Əsədov.

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 693 | Yüklədi: selefimedia