Baş səhifə » 2014 » Yanvar » 6 » Şeyx Useyminin Azərbaycan kimi ölkələr üçün "Namaz qılmayan kafir olmur" fətvası.
11:56
Şeyx Useyminin Azərbaycan kimi ölkələr üçün "Namaz qılmayan kafir olmur" fətvası.
Şeyx Muhamməd Saleh əl-Useyminin (rahimahullah) Azərbaycan kimi ölkələr üçün

 "Namaz qılmayan kafir olmur"

fətvası.


(225) وسئل فضيلته : هل يعذر الجاهل بما يترتب على المخالفة؟ كمن يجهل أن ترك الصلاة كفر؟

فأجاب بقوله : الجاهل بما يترتب على المخالفة غير معذور إذا كان عالماً بأن فعله مخالف للشرع كما تقدم دليله ، وبناء على ذلك فإن تارك الصلاة لا يخفى عليه أنه واقع في المخالفة إذا كان ناشئاً بين المسلمين فيكون كافراً وإن جهل أن الترك كفر . نعم إذا كان ناشئاً في بلاد لا يرون كفر تارك الصلاة وكان هذا الرأي هو الرأي المشهور السائد بينهم ، فإنه لا يكفر لتقليده لأهل العلم في بلده ، كما لا يأثم بفعل محرم يرى علماء بلده أنه غير محرم لأن فرض العامي التقليد لقوله-تعالى-: {فاسألوا أهل الذكر إن كنتم لا تعلمون} والله الموفق.
--------------
Sual:

" Şeyx insan muxaləfə etdikdə onun başına gələcək (ona tətbiq ediləcək hökmlər) barədə cahildirsə üzürlü sayılırmı? Məsələn namazı tərk etməyin küfr olduğunu bilmir? "

Şeyx Saleh əl-Useymin (rahimahullah):

" Etdiyi şeyin şəriətə zidd olduğunu bilən insan, necəki bunun dəlilini onda zikr etdik (bu dəlil Ramazan orucu vaxtı ailəsi ilə yaxınlıq edənin hədisidir.Həmin insan bildi ki Ramazan günlərində cinsi əlaqədə olmaq olmaz, amma cinsi əlaqədə olarsa başına nə gələcəyini bilmirdi.Buna baxmayaraq Rəsulullah sallallahu aleyhi və səlləm ona kəffarə əmr edir.) müxalif olduğu şeyə görə başına nələr gələcəyindən cahil olsa belə bu barədə üzürlü sayılmır. Buna görə də namazı tərk edən müsəlmanların arasında yetişibsə ona gizli deyil ki, o şəriətə müxalif olmuşdur, günah etmişdir. Bu zaman namazı tərk etməyin küfr olmasını bilməsə belə kafir olur.

Amma əgər o insan elə bir ölkədə yetişib ki, o ölkədə namaz qılmayanı kafir görmürlər və həmən ölkədədə məhşur və aralarında gedən rəy budursa, o öz ölkəsinin elm əhlinə təqlid etdiyi üçün KAFİR OLMUR. Eləcədə əgər onların elm əhli bir haramı haram görmürsə həmən ölkədə o haramı edən insanlar günah daşımır. Çünki adi insanların işi təqlid etməkdir.

Allah buyurur:

"Əgər bilmirsinizsə zikr əhlindən soruşun"

(əl-Ənbiya surəsi, 7)

Allah müvəffəq etsin,"

"Məcmuu əl_Fətava", 225


Günümüzdə böyük bir həvəslə Şeyx Useyminin (rahimahullah) namazı tərk edəni kafir görməsi barədə fətvalarını, kitablarını yayan(lar) görəsən Şeyxin bu sözlərini nə üçün yaymır(lar)?
Bizə görə beləsinin iki halı vardır.
1.Ya Şeyxin bu sözlərindən xəbərsizdir.
2.Yada öz nəfsinə uyğun olanı götürür, digərini isə gizlədir.
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 925 | Yüklədi: selefimedia