Şeyx Useymin :
" Avtomobillə gedərkən Quranı dinləmək. "
_____________
Şeyx Useymindən (rahimahullah) soruşdular:
"İnsanlardan bəziləri avtomobillə səfər edərkən onlardan biri Quran yazısı olan kaseti işə salır. Orada olan hər kəs bu Quranı dinləməyə məcburdurmu? Bu zaman söhbət edən günah qazanırmı?"
O cavab verdi :
" İmam Əhməd (rahimahullah) bu ayə
( "Quran oxunan zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun!" (Əraf , 204) )
haqqında deyir :
"Bu ayə namaza aiddir.Onlar (alimlər) icma ediblər ki, bu ayə namazda tətbiq olunur. Buna görədə əgər mən Quranı səsli oxuyan birisinin yanında oturmuşamsa və bu zaman təsbihlə məşğulamsa və ya "Lə iləhə iləllah" deyirəmsə ona qulaq asmaqda məcbur deyiləm.Bu (dinləmək) yalnız namaza aiddir."
Lakin mən bu kaseti işə salan qardaşa müraciət edirəm. insanlar ona lazım olan diqqəti vermədiyi zaman onu qoşma.Çünki bu (diqqət yetirməyənlər) haqda ən yüngül deyiləsi söz Allahın bu ayələridir :
"Kafirlər: “Bu Qurana qulaq asmayın, (oxunarkən) hay-küy salın. Bəlkə, qalib gələsiniz”– dedilər." (Fussilət, 26)
Əgər siz görsəniz sizinlə olan qardaşların başı söhbətə qarşıb və qulaq asmaq istəmirlər o zaman bu kaseti işə salmayın. Əgər özünüz dinləmək istəyirsinizsə o zaman qulaqcıqları taxın və dinləyin ."
" Likə əl-Bəb əl-Məftuh " 197/26
_____________
Həmçini Şeyx Useymin (rahimahulah) buyurdu:
" Hətta kasetdən belə oxunursa, Quranı dinləməkdə səhlənkarlıq gözəl davranışdan sayılmır . "
" Likə əl-Bəb əl-Məftuh " 146/9.
|