Baş səhifə » 2013 » Oktyabr » 10 » Şeyx Suleyman Ruheyli: "Misirdə (hərbi çevriliş nəticəsində hakimiyyətə yiyələnmiş) yeni hakimiyyət şəri hakimiyyət sayılırmı?"
10:06
Şeyx Suleyman Ruheyli: "Misirdə (hərbi çevriliş nəticəsində hakimiyyətə yiyələnmiş) yeni hakimiyyət şəri hakimiyyət sayılırmı?"
Şeyx Suleyman Ruheyli:

"Misirdə (hərbi çevriliş nəticəsində hakimiyyətə yiyələnmiş) yeni hakimiyyət şəri hakimiyyət sayılırmı?"

Sual:


"Allah sizi xeyirlə mükafatlandırsın!
Sizdən xahiş edirik ümumən müsəlmanlara, xüsusəndə şəriət elmi öyrənənlərə Misirdə baş verənlər haqqında nəsihət edəsiniz.Misirin (Mursini devirən) yeni hakimiyyəti şəri hakimiyyət sayılırmı?"

Şeyx Suleyman Ruheyli:


"Mən Uca Allahdan Onun gözəl ad və sifətləri diləyirəm ki, O müsəlmanlar arasında qan tökülməsini dayandırsın və onları bəlalardan qorusun!

Şübhə yoxdur ki, doğru fəhmi və səlim elmi olan hər bir kəs bu qanların axıdılmasının durdurulmasına və böyük şərrin aradan qalxmasına səbəb olan hər bir əmələ sevinər.

Məhz buna görə mən deyirəm ki, Misir xalqına vacibdir ki, bu axıdılan qanların durdurulması üçün bütün cəhdlərini ortaya qoysunlar.Onlar müxtəlif qrupdan olan insanların qətlinə səbəb olan əməlləri hər bir yöndən saxlasınlar. Çünki qanın şəni əzəmətlidir (yəni, adam öldürmək çox ağır bir şeydir). Hədisdə deyilir: "Mömin haram qan axıtmadıqca, itaətdə möhkəm olar, haram qan axıtdığı təqdirdə isə bu hal ondan gedər!" .

Əhli sünnədə açıq aydın bilinən, mötəbər qayda budur ki, Qılıncla hakimiyyətə oturan hakim höküm üzərinə qələbə çalıbsa (yəni hakimiyyəti ələ alıbsa) və ümumi (camaata görə) idarəçilik Ona baxırsa, bu artıq Şəri Hakim sayılır.” Ona görə də, biz deyirik ki, əhli sünnə bir şeyə haram dedikdə, bu onun nəticəsi ilə bağlıdır. 
Əhli Sünnə vəl Cəmaə hakimiyyəti zəbt etməyi caiz görmür və qadağan edir.Əhli Sünnə vəl Cəmaə hakimə qarşı silahlı üsyanı və zorakılıqla hakimiyyətə yiyələnməyi haram görür.Lakin birdən üsyan qalxarsa və üsyançı hakimiyyəti zəbt edərsə bu zaman o qanuni hakim sayılır.

Allahdan bu ümmətin hakimlərini, alimlərini və Sünnə üzrə olan mötəbər insanlarını bu qanların axıdılması və şərrin dayandırılması uğrunda hər cür cəhdlərdə müvəffəq etməyi diləyirik.





Bölmə: Videolar | Baxılıb: 724 | Yüklədi: selefimedia