Baş səhifə » 2015 » Fevral » 3 » Şeyx Raslan:"Təkfir mövzusu haqda ittihamlara cavab" (Təkfirin qaydaları) -video+mətn-
16:43
Şeyx Raslan:"Təkfir mövzusu haqda ittihamlara cavab" (Təkfirin qaydaları) -video+mətn-



 

Təkfir yalnız Allahın haqqıdır. Yəni, hökm sayılan təkfir. Hətta kimsə Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) dediyi sözü yalan sayarsa belə. Ola bilər ki, insan İslamda yeni olsun və uzaq bir yerdə olsun, belə hallarda o kəs, ona hüccət çatana qədər təkfir olunmur. Ola bilər ki, insan bu dəlilləri eşitməyib, yaxud eşidib, lakin onun üçün dəlil sabit deyil və ya  həmin dəlildən üz döndərməsinə səbəb olan başqa amillər var ki, onu təvil etməyə məcbur edir. Hətta bu etdiyi səhv olmuş olsa belə... Hər bir müsəlmana və elm tələbəsinə vacibdir ki, İslamdan çıxaran amillər və təkfirə mane olan şeylər haqqında məlumatı olsun. Hətta doğru yolda olsun və həddini aşmış xəvariclərdən, yaxud hər şeyi xəfifə alan murciələrdən fərqli olaraq orta mövqe tutsun.

Şeyxul İslam İbn Teymiyyə (rahiməhullah) buyurur:
 - Təvil edən və bununla da Allah rəsuluna (sallAllahu aleyhi və səlləm) tabe olmaq istəyən təkfir olunmur. Buna görə də, o vaxt ki, cəhmilər, hülulilər - Allahın adlarını inkar edənlər – Allahın Ərşdə olmasını inkar edirdilər, onların fitnəsi zamanı deyirdim ki, əgər mən siz deyənə müvafiq olsam, onda mən kafir olaram, çünki sizin dediklərinizin küfr olduğunu bilirəm. Lakin siz mənə görə kafir olmursunuz, çünki cahilsiniz.

Həmçinin demişdir:

Mənlə birlikdə olanlar bilirlər ki, mən daima demişəm. Mən insanları təkfir etməkdən, təfsiqdən və asi adlandırmaq ən çox çəkindirənlərdən biriyəm. Hətta ona risalət hüccəti çatıb-çatmadığı məlum olana qədər.

Şərtlərin yerinə yetməsi və maneələrin aradan qalxması vacibdir. Məsələn, təvil kimi, cəhalət kimi, ikrah kimi və buna bənzər təkfirə maneə olan şeylər, həmçinin ona hüccətin çatması vacibdir. Çünki təkfirin şərtləri və maneələri vardır. Ola bilsin ki, bu şərtlər və ya maneələr, müəyyən təkfirə maneə olsun. Ümumi təkfir xüsusi təkfiri gərəkdirmir. Mütləq gərək, şərtlər yerinə yetsin və maneələr aradan qalxsın. Bunların hər biri şəriət hökmləridir. Küfr şəri hökmdür və şəri hökmlərin qaytarıldığı yer də, Allahın Kitabı və Rəsulunun (sallAllahu aleyhi və səlləm) Sünnəsidir. Kitab və Sünnənin küfrünə dəlalət etdiyi şey küfrdür, Kitab və Sünnənin küfrünə dəlalət etmədiyi şey isə küfr deyildir. Heç kimə icazəli deyildir ki, kimisə, Quran və Sünnədən dəlil olmadan təkfir etsin. Təkfir şəri hökmdür, ona görə də, Quran və Sünnəyə qaytarılmalıdır.

Təkfrin şərtləri vardır. Bu şərtlər dörddür:

1- Deyilən sözün, əməlin yaxud tərk edilən şeyin küfr olmasına Quran və Sünnədən dəlili olması.
Ola bilər ki, insan təkfiri gərəkdirməyən bir şeyə görə təkfir edilsin. Əgər görsək ki, bir insan deyir, əməl edir, yaxud əmrləri tərk edir, lakin əslində isə, bunlar onun təkfirini vacib etmir. Çünki təkfir şəri hökmdür və qaytarıldığı yer də, Quran və Sünnədir. Mütləq bu sözün, əməlin yaxud tərk edilən şeyin – küfr olması Quran və Sünnə ila isbat olunmalıdır.

2- Onun həddi buluğa çatması.

3 – Hüccətin çatması.

4 – Təkfirə maneə olan şeylərin aradan qalxması.

Əgər edilən əməlin, deyilən sözün və ya tərk edilənin küfr olması, Quran və Sünnə ilə isbat olmasa, onun sahibi təkfir olunmur. Əgər təkfir edilərsə, o zaman Allaha qarşı yalan danışılmış olar. Uca Allah buyurur: 

De: “Rəbbim həm aşkar, həm də gizli (törədilən) yaramaz əməlləri, (hər cür) günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. (Əraf, 33)

Həmçinin buyurur:

Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır. (İsra, 36)

Əgər küfr edilməsi, həmçinin edilən əməlin küfr olması sübut edilməzsə, mücərrəd bir zənlə hökm etmək olmaz. Elmin olmadığı bir şey haqqında danışma. Çünki bu bir günahsız insanın qanını haqsız yerə halallaşdırmağa gətirib çıxarır. Bu isə Allah qatında ən böyük günahlardandır. Həmçinin o insana hüccət çatmazsa, onun küfrünə hökm verilmir.

Uca Allah buyurur:

Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. (Ənam, 19)

Sənin Rəbbin (şəhərlərdən) ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik. (Qasas, 59)

Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik. (İsra, 15)

Əgər İslama nisbət olunmayan birinə hüccət çatmayıbsa, onunla müsəlman kimi müamilə olunmur, Axirəti isə Allaha qalır, çünki ona hüccət çatmayıb, İslam və dəvət çatmayıb.

Əgər bir kəs həddi buluğa çatmış olarsa, təkfirin şərtləri tam olarsa, o adamın əməli, yaxud sözü, yaxud da tərk etdiyi Quran və Sünnə ilə küfr olduğu isbat edilərsə, həmçinin o insana hüccət çatarsa, lakin təkfirinə maneə olan şeylər ortaya çıxarsa, belə olduğu təqdirdə, o adam təfkir olunmur. Çünki maneələr var.

Təkfirin maneələrindən – məsələn, ikrah. Əgər qəlbi imanla sabit olduğu halda, ikrah ilə küfr işlədərsə, onun küfrünə hökm edilməz. Çünki ikrah təkfirə maneədir.

Təkfirin maneələrindən –insanın şiddətli qəzəb, yaxud sevinc və ya qorxu halında olub, ağlının örtülməsi və nə dediyini bilməməsidir. Səhih Müslimdə, Allah rəsulu (sallAllahu aleyhi və səlləm) buyurur ki, səhrada dəvəsini itirən kişi ümidsizlikdə yataraq, ölümünü gözləyirdi. Ayılanda itirdiyi dəvəsini yanında görür və şiddətli sevinc halında deyir: “Allahım, Sən mənim qulumsan, mən sənin rəbbin!”

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dedi: “Şiddətli sevincindən dolayı belə xəta etdi.”

Həmçinin cəhalətlə bağlı olan şeylər... İstər əqidədə olsun, istər əməldə (fiqhdə), cahillik üzrlüdür. Bu cür məsələlərin hər birində  təfsilata ehtiyac vardır.

Allah sizi və bizi xeyrə müvəffəq etsin!

Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salat və salamı olsun.

www.fatvalar.com

Word Document:

15.3 KB 

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 620 | Yüklədi: Azerislamoglu