Baş səhifə » 2018 » Dekabr » 24 » Şeyx Muhəmməd Ğalib əl-Uməri (həfizahullah) ilə görüşdə şeyxin Azərbaycanlı elm tələbələrinə nəsihəti .
11:11
Şeyx Muhəmməd Ğalib əl-Uməri (həfizahullah) ilə görüşdə şeyxin Azərbaycanlı elm tələbələrinə nəsihəti .

 Şeyx Muhəmməd Ğalib əl-Uməri (həfizahullah) ilə görüşdə şeyxin Azərbaycanlı elm tələbələrinə nəsihəti .

*Allahın adı ilə. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavatı və salamı qulu və elçisi olan Peyğəmbərimiz Muhammədin, onun əhli beytinin və əshabının üzərinə olsun.* Və sonra:

İlk olaraq Uca Allahdan istəyirəm ki, bizi burada itaət və Allah üçün qardaşlıq üzərində cəm etdiyi kimi, eləcə də Öz yanında - kəramət diyarında və Cənnətində cəm etsin. Və həmçinin Allahdan istəyirəm ki, bizi və sizi din üzərində sabit etsin, bizi sünnə üzərində yaşatsın, İslam və sünnə üzərində öldürsün.

Həqiqətən, belə gözəl bir məqamda ən xeyirli nəsihətləşmə Allahın mömin qullarına bir çox ayələrdə etdiyi nəsihətidir. O da Uca Allahdan qorxmaqdır.

*"Ey iman gətirənlər! Allahdan qorxun (Ali-İmran, 102)."*

Və Allah nəbisinin ﷺ səhabələrinə etdiyi nəsihətdir, necə ki, ibn Abbasa (Allah onlardan razı olsun) demişdir:

*"Harada olsan belə, Allahdan qorx."*

(Bu nəsihət) başqa hədislərdə də varid olmuşdur. Bildiyiniz kimi, Allah qorxusu Allahdan olan nur üzərində ona ibadət etmək və Allahdan savabını ümid etməkdir. Allaha olan asilikləri Allahdan olan nur üzərində tərk etmək və Allahın əzabından qorxmaqdır. Bir-birimizə Uca Allaha təqvalı olmağı nəsihət edirik. O təqva ki, onun əsası elmdir. Təqva elmsiz hasil ola bilməz. O (elm), Allaha təqvaya aparan ən əzəmətli yoldur. Həmçinin etdiyimiz nəsihətlərdən, Allahın üzərimizdə olan nemətlərini bilməkdir. Allahın da nemətləri çoxdur.

*"Əgər Allahın nemətlərini saymağa qalxsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən də insan zalım və küfr edəndir (İbrahim, 34)."*

Həmçinin, Uca Allah buyurur: *"Sizdə elə bir nemət yoxdur ki, Allahdan olmasın (Nəhl, 53)."*

Tövhid neməti, İslam neməti, sünnə neməti, bədənlərdəki sağlamlıq neməti, bu ümmətin sələfinin yolundan tutunmaq neməti, həmçinin şəri elm yolunu tutmaq neməti. Şəkk yoxdur ki, bu nemətlər çox əzəmətlidir. Uca Allahdan istəyirəm ki, bizə və sizə bu nemətin şükrünü verməyi nəsib etsin. Həqiqətən nemətə şükür, onun davamiyyətli olmasına bir yoldur.

*"Rəbbiniz buyurdu ki, əgər şükür etsəniz, artıracağam, əgər küfr etsəniz, həqiqətən də Mənim əzabım şiddətlidir (İbrahim, 7)."*

Uca Allahdan istəyirik ki, bizə və sizə bu nemətlərinin şükrünü nəsib etsin. Şəkk yox ki, əgər qul nemətə şükür etməyə müvəffəq olarsa, o, böyük bir nemətə müvəffəq olmuşdur. Bu (müvəffəqiyyətin özü də) şükür nemətidir. Həmçinin, bu nemətin özü də ayrıca şükrü gərəkdirir.

Həmçinin, mənə çatan (xəbərlərdən), sizdən eşitdiyim ürək açan gözəl xəbərlərdən: Əhli sünnənin yolu üzərində olmaq, faydalı elm və dəvətin yayılması kimi xeyirlərə əsasən, qardaşlarıma nəsihət edirəm ki, bu xeyir üzərində davam edin. Elm tələbəsi özü üçün, faydalı elm üçün, şərii dərslərin təkrarı üçün vaxt ayırsın. Allaha həmd olsun, siz elm tələbələrisiniz, sizdə çoxlu xeyir vardır. Siz elm əhlinin yanında dərs almısınız və sizə bu faydalar nəsib olmuşdur. Labüddür ki, sizə asanlaşdırılan və cəm etdiyiniz bu elmin qədrini şəri elmləri təkrar etməklə biləsiniz. Elmin təkrara ehtiyacı vardır. Bildiyiniz kimi, elm üç şeylə qorunur: Ya öyrənməklə, ya öyrətməklə, ya da təkrarla. Ola bilər ki, insan hansısa işinə (səbəbə) görə dərs deyə bilməsin. Bu halda ən azından, təkrar etsin. Özü üçün asan proqram düzəltsin və şəri elmləri təkrar etsin. Məsələn, vaxtın müəyyən hissəsini fiqh elminə, bir hissəsini əqidəyə ayırsın və şəri elmlərdən öyrəndiklərini təkrar etsin. Həmçinin elm yolunda olan və əhli sünnə vəl-camaat yolunu tutan qardaşlarını dəvətə vaxt ayırsın. Onlara elmin başlanğıcını (əsasını) öyrətsin, şəri məqalələr yaysın, faydalı səs yazıları yaysın və ya faydalı müxtəsər dərslər yaysın. Allaha həmd olsun ki, Allahın lütfü ilə hal-hazırda əlaqə vasitələri (internet) asanlaşdırılıb və rahatlaşdırılıb.

Həmçinin sizə elm əhlinin daima etdiyi nəsihəti edirəm. O da, öz aranızda bir olmaq, bir-birinizdən bərk yapışmaq, köməkləşmək, yardımlaşmaqdır. Şəkk yox ki, bu, qəlblərin birləşməsinə və qardaşlar arasında birliyə ən böyük səbəbdir. Yaraşan odur ki, bir-birimizə təşəkkür edək, nəsihət e

dək, əgər nə isə təqsir olarsa, qardaşından xəta hasil olarsa, xətasına səbir et və ona nəsihət et. Həmçinin əhli sünnə vəl-camaatın dəvəti üçün məsləhət olan şeydə hərisliyini izhar etsin.

Sizə nəsihətim budur, artıracaq bir sözüm yoxdur. İstədiyim odur ki, ilk olaraq alimlərdən eşidiklərimizdən faydalanaq. Alimlərin bu mövzuda nəsihətləri çoxdur. Məndə əslində sizə verəcək bir şey yoxdur (Bu, şeyxin təvazökarlığından irəli gəlir). Biz elm tələbələrinin yanına gəlmişik. Necə deyərlər - xurmanı öz əhlinə satırıq.

Allahdan istəyirəm ki, sizin çalışmanızı bərəkətləndirsin və sizi söz və əməldə müvəffəq etsin.

*Allahın salavatı və salamı peyğəmbərinə, əhli-beytinə və onun əshabının üzərinə olsun. Aləmlərin Rəbbi olan Allaha həmd olsun.*

*Allah sizi xeyirlə mükafatlandırsın.*

_Tərcümə: Mənsur Cəlil_

Bölmə: Faydalar | Baxılıb: 107 | Yüklədi: Azerislamoglu